Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar1-10-2024, 17:50 |
“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Yulas SM” MMC (VÖEN – 1506753531) olub. Yeniavaz.com xəbər verir ki, “Yulas SM” MMC “Yaşamaq vaxtı” adlı payız festivalı tədbirinin təşkil olunması işlərini həyata keçirəcək və qarşılığında “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”ndən 75 min manat alacaq. Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan bu şirkət bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. “Yulas SM” MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur. Çarçarov Elnur Rafiq oğlunun qanuni təmsilçi olduğu bu şirkət bir müddət əvvəl 2 nömrəli Bakı Baza Tibb Kollecinin 30 min 962 manatlıq, İnformasiya və Statistika İdarəsinin isə 48 min 834 manat 10 qəpiklik tender müsabiqələrində qalib olub. Maraqlıdır ki, cəmi bir-neçə ay əvvəl təsis olunan “Yulas SM” MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinə mebel satdığı halda, “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” üçün ssenari yazacaq. Onu da bildirək ki, qısa müddət ərzində Çarçarov Elnur Rafiq oğlu və Çarçarova Aynur Rafiq qızının qanuni təmsilçi olduğu 10 şirkət dövlət qeydiyyatına alınıb. Barələrində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlər çoxsaylı tender müsabiqələrində qalib olublar. Məsələn, Çarçarov Elnur Rafiq oğlunun qanuni təmsilçi olduğu “Zanbar RR” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin tender müsabiqəsində qalib olub. Çarçarovların qanuni təmsilçi olduğu şirkətlər bunlardır: “Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu; “Yulas SM” MMC (VÖEN: 1506753531) – Çarçarov Elnur Rafiq oğlu; “Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu; “Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu; “Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu; “Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı; “Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı; “Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı; “Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı; “Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı. Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərin qalib olduqları tender müsabiqələrindən bəziləri isə bunlardır: Geri qayıt |