Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB...

Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB...


Bu gün, 11:57
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB...
İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli olayında diqqətimi iranlı qızın kimliyi çəkib. Fəridin anasının sözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb. Bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlib. Ancaq qız İstanbula gəlməyib və telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur. İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər. Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Mən də belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. Həmin qız ölkəsinə gətirdiyi Fəridə “casus” damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib.

Elxan Şahinoğlu - Dia-az.Media

Geri qayıt