Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK?

Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK?


Bu gün, 10:14
Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK?
Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Dia-az.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın Baş naziri burada Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu iclası iyun ayında Nesvijdə (Belarus) keçirilib.
Xatırladaq ki, Aİİ ölkələrinin hökumət başçılarının daxil olduğu bu şura Aİİ ölkələrinin prezidentlərindən ibarət Ali Avrasiya İqtisadi Şurasının qərarlarını həyata keçirir. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilir.
"Mişustinin İrəvan səfəri Ermənistan-Rusiya münasibətlərinin gərginliyi fonunda baş tutduğundan əlavədən maraq cəlb edir". Dia-az.Media xəbər verir ki, bunu öz açıqlamasında siyasi ekspert Orxan Tuncər qeyd edib. O bildirib ki, Kreml artıq İrəvana edilən hər səfərə xüsusi həssaslıqla yanaşır. Amma Paşinyanın kursu bəllidir. Ona görə də Mişustin-Pşainyan görüşü olsa belə, nələrinsə dəyişə biləcəyi inandırıcı görünmür. Yəni Kreml-İrəvan münasibətləri hazırki gərginlik ritmində davam edəcək".

Geri qayıt