Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə?

Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə?


Bu gün, 15:07
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə?
Azərbaycan sülh müqaviləsi imzalamaq istəyir, bütün addımlarını da bu istiqamətdə atır.

Lakin Ermənistan sülh müqaviləsi imzalamaq istədiyini iddia etsə də, sülh əleyhinə addımlar atır. Rəsmi İrəvan konkret olaraq sürətli şəkildə silahlanır, sülh müqaviləsinin əsas maddələr olmadan imzalanmasını təklif edir. Bu faktın özü belə kimin sülh, kimin müharibə istəyidini açıq şəkildə göstərir.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Ermənistan sülh müqaviləsini sadəcə sözdə istəyir:

"Çünki rəsmi İrəvan tərəfindən bu istəyin gerçəkləşməsi üçün əməldə atılan addımları görə bilmirik. Əgər Ermənistan həqiqətən Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirdisə, indiyə kimi Zəngəzur dəhlizini açmalı idi.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın Qərb rayonlarını ilə Naxçıvan arasındakı quru əlaqənin açılması ilə bağlı məsələ 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatda da öz əksini tapıb.

Həmçinin, Ermənistan sülh istəsəydi, atəşkəsi bu qədər pozaraq təxribatlar törətməzdi. Bütün bunlar İrəvan hakimiyyətinin sülh istəyinin olmadığını göstərir".

Ekspert qeyd edib ki, silahlanma sülhə birbaşa zərbə vuran məsələdir:

"Ermənistanın silahlanması onun sülh müqaviləsi ilə bağlı planlarının olmadığını deməyə əsas verir. Rəsmi İrəvan atdığı addımlarla müharibəyə hazırlaşdığını göstərir. Onların son addımları da buna yönəlib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinini imzalandıqdan sonra Konstitusiya Məhkəməsinə göndərəcəyini, uyğunsuzluq olacağı təqdirdə Konstitusiyasını dəyişəcəyini deyir. Bu, boş sözdür. Çünki əvvəlcə Konstitusiya dəyişməlidir, sonra sülh müqaviləsi imzalanmalıdır.

Hesab edirəm ki, Ermənistanın bütün cəhdləri hazırda davam edən sülh danışıqlarının pozulmasına və yenidən münaqişənin yaranmasına hesablanıb. Nikol Paşinyanın əsas hədəfi gərginlik yaradaraq xarici qüvvələri bölgəyə cəlb etməkdir".

Geri qayıt