Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı

Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı


Bu gün, 10:44
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı
“Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyası çərçivəsindəki çıxışında açıq şəkildə bildirdi ki, ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsini qanunvericiliyə uyğun hesab etməsə, o zaman konstitusiya dəyişdiriləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.

Qəzet yazır ki, Paşinyan bununla Bakıya daha bir şərtin problemsiz qəbul ediləcəyi mesajını verib. O, sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun hesab edilməyəcəyi təqdirdə, Azərbaycanın tələbinə uyğun olaraq konstitusiyanın dəyişdiriləcəyini bildirib.

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Alvina Gylumyan Paşinyanın açıqlamasını dəyərləndirib:

“Hökumətin imzaladığı beynəlxalq müqavilə mütləq şəkildə Konstitusiya Məhkəməsindən keçməlidir. Əgər məhkəmə müqavilədə götürülən öhdəliklərin və şərtlərin Ermənistan qanunvericiliyinə uyğun olmadığına qərar verərsə, o zaman ya sənədin maddələri, ya da ölkənin konstitusiyası dəyişdirilməlidir. Nikol Paşinyan BMT-də bunu çox arxayın, özündən əmin şəkildə dedi. Ya o qanunvericiliklə sülh sənədi arasında ziddiyətin olmayacağına əmindir, ya da məhkəmənin konstitusiyanın dəyişdirilməsi qərarı verməsi üçün təzyiq göstərəcək”.

Geri qayıt