Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yarımçıq saziş sülh gətirməyəcək

Yarımçıq saziş sülh gətirməyəcək


Bu gün, 09:38
Yarımçıq saziş sülh gətirməyəcək
“Hazırda Paşinyan hakimiyyətinin əsas planı hiyləgər manevrlər edərək Azərbaycanla yarımçıq sülh sazişi imzalamaqdır”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində Ermənistan Baş naziri Nikol Paşinyan BMT-nin Baş Assambleyasında sülh sazişi və bu sazişin Ermənistan konstitusiyası ilə uyğun olub-olmayacağı ilə bağlı çıxışını şərh edərkən bildirib. O qeyd edib ki, Paşinyan sülh sazişinin razılaşdırılmış 13 maddə üzərində imzalanmasını istəyir:

“Paşinyan hakimiyyəti Azərbaycana təklif edir ki, gəlin, sazişi 13 maddə üzərində imzalayaq, digər dörd maddəni isə sonradan müzakirə edərik. Rəsmi Bakı bununla razılaşmır və razılaşmaq niyyətində deyil. Hər hansı yarımçıq sülh sazişi imzalansa belə, bu, regionda sülh şəraiti yaratmayacaq.

Çünki Ermənistan konstitusiyasıda Azərbaycana qarşı ərəzi idddialarını nəzərdə tutan müddəalar var. Paşinyanın özü də etiraf edir ki, sülh sazişi imzalansa belə, bu sənəd Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil edəcək. Rəsmi Bakı İrəvanla sülh sazişinin mətnini müzakirə etməklə yanaşı, konstitusiyada sözügedən müddəaların ləğv olunmasını tələb edir.

Ancaq yaxın dövrlərdə bu ehtimalın reallaşması inandırıcı görünmür. Ona görə ki, Paşinyanın özü bunda maraqlı deyil. Paşinyan, eləcə də onun komandasının bir sıra üzvləri bir müddət bundan əvvəl çıxışlarında qeyd ediblər ki, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi 2027-ci ildə gündəmə gətirilə bilər. Bu, onu deməyə əsas verir ki, Paşinyan 2026-ci ildə növbəti parlament seçkilərinə qədər daxili siyasi problemlərlə üzləşmək istəmir”.

Ekspert bildirib ki, Nikol Paşinyanın davranışlarında ardıcıllıq mövcud deyil:

“Bu gün dediyini sabah inkar edir. Onun bəyanatları və davranışları bir-biri ilə ziddiyyət təşkil edir”.

Politoloqun sözlərinə görə, Paşinyanın BMT-dəki çıxışı özünü sülhpərvər göstərmək idi. “Paşinyan konstitusiyanı bəhanə gətirir. Halbuki bəhanə gətirmək yox, problemi həll etmək lazımdır. Yəni konstitusiyada mütləq dəyişikliklər olmalıdır.

Əgər bu dəyişiklik baş verərsə, hər hansı bəhanəyə ehtiyac qalmaz. Ermənistan Baş naziri müəyyən manevrlərlə dünyayı inandırmağa çalışır ki, guya sülhə can atır, amma qarşısında əngəllər var və bunların öhdəsindən gəlmək imkanlarına sahib deyil. Belə anlaşılır ki, Paşinyan növbəti dəfə mərkli siyasi oyun oynamaq niyyətinə düşüb. Rəsmi Bakı da buna imkan verməyəcək”.

Geri qayıt