Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədə .....                     Naxçıvan sakinləri SƏFİL GÜNÜNDƏ... .....                     “Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq” .....                     Azərbaycan nərə balığını Türkmənistana 1,3 manata satır .....                     Mənimsəməyə görə tutulan sabiq xidmət rəisi .....                     Söküləcək kiçik mənzillərə görə ədalətli kompensasiya veriləcəkmi? .....                     Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs .....                     Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbəri barəsində hökm dəyişdirilib .....                     “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır .....                     "Prezident Administrasiyası mediaya Ermənistandakı son seçkilərdə pozuntuları vurğulamağı "tövsiyə edib"...” .....                     Zelenskidən Bakı və İrəvanla bağlı .....                     Sevgilisini yatdığı yerdə bıçaqlayan gənc qız .....                     Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır .....                     Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir .....                     Rubio Paşinyanı .....                     Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir .....                     Rusiya Paşinyanın qələbəsini tanımasa, nə baş verəcək? .....                     Paşinyanın “B planı” hazırdır .....                     Bərdədə ağır qəza: Hərbçi həlak oldu .....                     Tramp İranla müharibəni dayandıra bilmir .....                     Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötdü .....                     Əfqan Sadıqov həbs edilib .....                     Bodrum sularında 150 milyonluq “üzən saray” BELƏ GÖRÜNTÜLƏNDİ .....                     Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib .....                     Qusarda yol tikintisinə 1 milyon xərclənəcək... .....                     "Axır ki, evimin sənədlərini düzəltdirdim..." .....                     Şahin Bağırovun kantoru ilə bağlı NARAZILIQ... .....                     Tramp Ədliyyə Nazirliyinin rəhbəri postuna Todd Blanşı namizəd göstərib .....                     Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? .....                     TƏBİB şefi olmaq istəyən deputatla bağlı ilginc iddialar... .....                     "İmkanım olsaydı, Paşinyanı təbrik edərdim" .....                     Məktəblərdə "LinkedIn" niyə bloklanıb? .....                     "Baker Energy Services" QSC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq .....                     Paşinyan hakimiyyətdə qaldı, AMMA... .....                 

Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
Tarix: Bu gün, 10:01 | Çap et

“Ermənistanda keçirilən parlament seçkiləri formal olaraq hakimiyyətin – baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi ilə yekunlaşdı. Lakin “formal” ifadəsi burada əsas açardır. Çünki bu seçkilər siyasi böhranı həll etmədi – əksinə, onu sadəcə dondurdu və geri sayım rejiminə keçirdi”.

Musavat.com erməni nəşrlərində son bir neçə saatda dərc edilən bəzi təhlilləri ümumiləşdirib.

Əsas qənaət budur ki, müxalifət seçkinin nəticələrini bu saata qədər rəsmən tanımayıb. Robert Köçəryan rəhbərlik etdiyi blokun nəticələri məhkəmə yolu ilə mübahisələndirəcəyini bəyan edib. Müxalif qüvvələr seçkilərin inzibati təzyiq, həbslər, qorxutma, nəzarətli səsvermə və siyasi zorakılıq şəraitində keçirildiyini iddia edir. İkinci yeri tutan “Güclü Ermənistan” bloku da rəsmi nəticələrin real mənzərəni əks etdirmədiyini bildirib. “Çiçəklənən Ermənistan” partiyası bəzi məntəqələrdə səslərin yenidən sayılmasını tələb edir.

Beynəlxalq reaksiyalara gəlincə, təhlillərə görə, “reaksiyalar geosiyasi xətt üzrə bölündü”.

Qərb ölkələri və Avropa İttifaqı Paşinyanı tələsik təbrik etdi. Türkiyə də seçkilərin “sakit və sabit şəraitdə keçdiyini” bəyan edərək nəticələrdən məmnunluğunu ifadə etdi və Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirdi.

ATƏT müşahidəçiləri isə daha balanslı mövqe sərgilədi. Qurumun nümayəndəsi seçicilərin seçim imkanı olduğunu desə də, təzyiq, rüşvət, həbslər və media məhdudiyyətləri ilə bağlı narahatlıqları qeyd etdi. Bu, klassik diplomatik formuladır: “problemlər var, amma nəticə qəbul olunur”.

Rusiyanın seçkilərlə bağlı reaksiyası da ən çox müzakirə edilə mövzulardan biridir. Bu reaksiya göstərir ki, Moskva bu seçkiləri sadəcə daxili siyasi proses kimi deyil, regional güc balansının dəyişməsi kimi qiymətləndirir.

Seçkilərdən sonrakı ssenarilərə gəlincə, belə nəticəyə gəlinir ki, Ermənistanı qeyri-müəyyənlik dövrü gözləyir.


Ermənistanda 7 iyun parlament seçkilərindən sonra ölkə yeni və qeyri-müəyyən siyasi mərhələyə daxil olub. Formal olaraq hakimiyyət vəziyyəti nəzarətdə saxladığını nümayiş etdirməyə çalışsa da, reallıqda bir neçə paralel inkişaf ssenarisi mümkündür və hər biri ölkənin gələcəyinə ciddi təsir göstərə bilər.

Bildirilir ki, ən real və hakimiyyət üçün ən əlverişli variant vəziyyətin tədricən “söndürülməsi” ssenarisidir. Bu halda hakim komanda seçki mövzusunu mümkün qədər tez gündəmdən çıxarmağa çalışacaq. Ayrı-ayrı məntəqələrdə formal yenidən sayımlar keçirilə, Mərkəzi Seçki Komissiyası texniki izahlarla çıxış edə, məhkəmə prosesləri isə uzadılaraq ictimai diqqət zəiflədilə bilər. Hesab sadədir: zaman keçdikcə cəmiyyət yorulacaq, müxalifət daxilində fikir ayrılıqları dərinləşəcək və nəticədə legitimlik məsələsi tədricən arxa plana keçəcək.

Digər mümkün istiqamət hüquqi və siyasi mübarizə xəttidir. Müxalif qüvvələr seçki nəticələrini məhkəmələrdə mübahisələndirməyə, pozuntularla bağlı sübutlar toplamağa və beynəlxalq təşkilatlara müraciət etməyə cəhd edə bilərlər. Lakin bu yol yalnız ciddi təşkilatlanma, peşəkar hüquqi komanda və vahid koordinasiya mərkəzi olduğu halda effekt verə bilər. Əks halda, proses emosional çıxışlar və ayrı-ayrı bəyanatlarla məhdudlaşaraq real nəticə verməyə bilər.

Üçüncü ssenari küçə etirazlarının başlamasıdır. Əgər müxalifət cəmiyyəti inandıra bilsə ki, məsələ sadəcə mandat bölgüsü deyil, seçmək hüququnun qorunmasıdır, kütləvi aksiyalar mümkündür. Lakin burada ciddi risklər də mövcuddur. Hakimiyyət artıq sərt ritorikaya keçid edir və etirazları “siyasi revanş” kimi təqdim etməyə hazırlaşır. Bu isə potensial qarşıdurma ehtimalını artırır.

Dördüncü istiqamət xarici siyasətdə sürətlənmə ilə bağlıdır. Hakimiyyət mövqeyini möhkəmləndirdikdən sonra uzun müddətdir gündəmdə olan layihələri daha sürətlə həyata keçirməyə cəhd göstərə bilər. Buraya Azərbaycanla sülh sazişi, Türkiyə ilə münasibətlərin normallaşdırılması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionda yeni iqtisadi layihələrin reallaşdırılması daxildir. Bu addımlar beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənsə də, ölkə daxilində əlavə gərginlik yarada bilər, çünki cəmiyyət bu proseslərə birmənalı yanaşmır.

Nəhayət, beşinci ssenari Rusiya ilə münasibətlərin daha da pisləşməsi ehtimalıdır. Əgər Moskva Ermənistanın qəti şəkildə Qərb və regiondakı digər aktorların təsir dairəsinə keçdiyini hesab etsə, bu, siyasi və iqtisadi münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola bilər. Belə bir vəziyyətdə Ermənistan mürəkkəb seçim qarşısında qala bilər: bir tərəfdə Qərbin siyasi dəstəyi, digər tərəfdə isə real iqtisadi və təhlükəsizlik riskləri.

Bütün bu ssenarilər göstərir ki, seçkilərdən sonra Ermənistan sabitlik mərhələsinə deyil, əksinə, çoxşaxəli risklərin və qeyri-müəyyənliklərin hökm sürdüyü bir dövrə daxil olur. Hakimiyyətin əsas vəzifəsi yalnız siyasi nəzarəti saxlamaq deyil, həm də cəmiyyətdə itirilmiş etimadı bərpa etməkdir. Əks halda, formal sabitlik uzunmüddətli davamlılığa çevrilməyə bilər.

7 iyun seçkiləri Paşinyan üçün formal qələbə oldu, lakin siyasi baxımdan bu, triumf deyil, xəbərdarlıq siqnalıdır. Hakimiyyət saxlanıldı, amma cəmiyyət birləşdirilmədi. Müxalifət uduzdu, lakin mübarizə üçün əsas qazandı. Xarici güclər isə Ermənistan üzərində təsir imkanlarını genişləndirmək üçün yeni fürsətlər əldə etdilər.

Erməni mediasının həyəcanla vurğuladığı daha bir tezis: ən vacib nəticə isə budur- hakimiyyəti qorumaq ölkəni qorumaq demək deyil..
.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:58
Naxçıvan sakinləri SƏFİL GÜNÜNDƏ... - ACI REALLIQ...
Bu gün, 10:54
“Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq” - Azat Arşakyan
Bu gün, 10:51
Azərbaycan nərə balığını Türkmənistana 1,3 manata satır - SİYAHI
Bu gün, 10:47
Mənimsəməyə görə tutulan sabiq xidmət rəisi yenidən kassasiya şikayəti verdi
Bu gün, 10:37
Söküləcək kiçik mənzillərə görə ədalətli kompensasiya veriləcəkmi? - ŞƏRH
Bu gün, 10:36
Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?
Bu gün, 10:34
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
Bu gün, 10:30
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs qərardan şikayətçidir
Bu gün, 10:29
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbəri barəsində hökm dəyişdirilib - TƏFƏRRÜAT
Bu gün, 10:27
“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
"Prezident Administrasiyası mediaya Ermənistandakı son seçkilərdə pozuntuları vurğulamağı "tövsiyə edib"...” - “MEDUZA”
Bu gün, 10:10
Zelenskidən Bakı və İrəvanla bağlı AÇIQLAMA
Bu gün, 10:07
Sevgilisini yatdığı yerdə bıçaqlayan gənc qız cəzasının azaldılmasını istəyir
Bu gün, 10:06
Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır – Foto
Bu gün, 10:04
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
Bu gün, 10:01
Rubio Paşinyanı TƏBRİK ETDİ
Bu gün, 10:00
Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir - “Hraparak”
Bu gün, 09:58
Rusiya Paşinyanın qələbəsini tanımasa, nə baş verəcək? -AKTUAL
Bu gün, 09:57
Paşinyanın “B planı” hazırdır – Hər iki rəqibi belə “yox” edə bilər
Bu gün, 09:55
Bərdədə ağır qəza: Hərbçi həlak oldu - TƏFƏRRÜAT
Bu gün, 09:53
Tramp İranla müharibəni dayandıra bilmir - “Foreign Policy”
Bu gün, 09:49
Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var - Kobaxidze
Bu gün, 09:47
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 09:45
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
Bu gün, 09:41
Əfqan Sadıqov həbs edilib - AÇIQLAMA
Bu gün, 09:23
Bodrum sularında 150 milyonluq “üzən saray” BELƏ GÖRÜNTÜLƏNDİ - FOTOLAR
Bu gün, 09:17
Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib
Bu gün, 09:05
Qusarda yol tikintisinə 1 milyon xərclənəcək... - DETALLAR
Bu gün, 08:01
"Axır ki, evimin sənədlərini düzəltdirdim..."
Bu gün, 07:58
Şahin Bağırovun kantoru ilə bağlı NARAZILIQ... - Necə əlaqə saxlayaq ki. .
Bu gün, 07:28
Tramp Ədliyyə Nazirliyinin rəhbəri postuna Todd Blanşı namizəd göstərib - “The New York Times”
Bu gün, 07:15
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – TƏBİB araşdırmalıdır
Bu gün, 07:14
TƏBİB şefi olmaq istəyən deputatla bağlı ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 07:06
"İmkanım olsaydı, Paşinyanı təbrik edərdim" - Sərdar Cəlaloğlu
Bu gün, 06:57
Məktəblərdə "LinkedIn" niyə bloklanıb? - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:55
"Baker Energy Services" QSC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:44
ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq - Vens
Bu gün, 06:29
Paşinyan hakimiyyətdə qaldı, AMMA... - GƏLİŞMƏ
Bu gün, 05:53
Biz səsimizi necə veririk... - ARAŞDIRMA
Bu gün, 05:43
Tokayev Paşinyana jest etdi və... - ORTAYA FƏRQ QOYDU...
Bu gün, 05:14
1500 manat xərclə, axırı da belə... - AXI NİYƏ?..
Bu gün, 05:09
AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! - BU DA FAKT...
Bu gün, 04:50
Adamı heç YÜK YERİNƏ də qoymurlar - GİLEY
Bu gün, 04:41
Dini posterlər ilə biznes quranların yalanları - İFŞA
Bu gün, 04:32
Biz bu dilin fatihəsini ÇOXDAN OXUMUŞUQ... - MALƏSƏF...
Bu gün, 04:28
Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır... - Taleyin ən böyük ironiyası!
Bu gün, 04:16
Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... - HƏM DƏ...
Bu gün, 04:13
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
Bu gün, 04:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru