Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi - BELƏ HARA GEDİRİK?
Tarix: 31-10-2025, 10:05 | Çap et

Azərbaycanın səhiyyə gündəmini son günlər ən çox məşğul edən mövzulardan biri İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması və “Tibbi sığorta haqqında” Qanuna təklif edilən yeni dəyişikliklər həm ictimai narahatlıq, həm də geniş müzakirələr doğurub. Çünki məsələ birbaşa vətəndaşın sağlamlığı, sosial təminatı və gələcəkdə səhiyyə sisteminin necə işləyəcəyi ilə bağlıdır.

2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması planlaşdırılır ki, bu da ötən illə müqayisədə 516 milyon 405 min manat və ya təxminən 36,5 faiz az deməkdir. Rəqəmlərin bu qədər kəskin dəyişməsi təbii olaraq cəmiyyətdə “nə baş verir?” sualını gündəmə gətirib. Xüsusilə, sosial şəbəkələrdə və ekspert dairələrində “səhiyyəyə az vəsait ayrılır”, “sığorta sistemi zəifləyir”, “işsizlər tibbi yardımdan məhrum qalacaq” kimi fikirlər səslənməkdədir.

Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu narahatlıqları tam fərqli rakursdan izah edir. Onun sözlərinə görə, bu azalma əslində səhiyyə üçün təhlükə deyil, sistemin maliyyə müstəqilliyinə keçid mərhələsidir. Dövlət artıq ilk illərdə “tampon gücü” rolunu oynayıb, indi isə məqsəd İcbari Tibbi Sığorta Fondunun öz daxilolmaları hesabına dayanıqlı fəaliyyətə keçməsidir. Mahmudov bildirir ki, bu dəyişiklik vətəndaş üçün əlavə yük yaratmayacaq, əksinə, tibbi xidmətlərin keyfiyyətini və şəffaflığını artırmaq məqsədi daşıyır.

Parlamentin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli də hesab edir ki, burada əsas məqsəd qeyri-formal məşğulluğun azaldılması və əmək bazarının “ağardılması”dır. Onun sözlərinə görə, dövlət tərəfindən hazırda uşaqlar, tələbələr, pensiyaçılar və sağlamlıq imkanları məhdud şəxslər tam şəkildə sığortalanır. Lakin əmək müqaviləsi olmadan işləyən və ya gəlir əldə edən şəxslərin öz sığorta haqlarını ödəməsi mexanizmi formalaşdırılır. Məmmədliyə görə, bu, həm sosial ədalət, həm də iqtisadi şəffaflıq üçün vacib addımdır.

Təklif edilən dəyişikliklərə əsasən, artıq qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər də sığortalı qismində özləri çıxış edəcəklər. Yəni kənd təsərrüfatı ilə məşğul olan, amma rəsmi uçota alınmayan ailə təsərrüfatları, vergi qeydiyyatı olmadan fəaliyyət göstərən fərdi işçilər, habelə mülki müqavilə ilə işləyənlər gələcəkdə öz tibbi sığorta təminatlarını şəxsən formalaşdırmalı olacaqlar.

Beləliklə, gündəmdəki əsas suallar - “Dövlətin payı azalırsa, vətəndaş daha çox ödəyəcəkmi? İşsizlərin sığortası necə olacaq?” - hələ də müzakirə predmetidir. Amma rəsmi açıqlamalardan görünür ki, məqsəd xərcləri azaltmaq yox, sistemi dayanıqlı və öz-özünü maliyyələşdirən hala gətirməkdir.

Yeni mərhələdə İcbari Tibbi Sığorta artıq yalnız dövlətin deyil, işəgötürənlərin, özəl sektorun və iqtisadi aktiv vətəndaşların birgə məsuliyyəti üzərində qurulacaq.

Bəs işsizlərin ona qədər tibbi sığortası necə olacaq?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, xeyli insan var ki, faktiki olaraq qeyri-rəsmi işləyir: “Bunun da səbəbləri müxtəlifdir, məsələn, vergidən yayınmaq və sairə. Yəni həmin şəxsi qeyri-rəsmi işlədirlər. Amma xeyli insan da var ki, həqiqətən də işləmir. Məsələn, evdar qadınlar - onlar harada işləyirlər? Heç yerdə işləmirlər. İndi onlara da deyiləcək ki, gəlin, özünüz ödəyin, əks halda tibbi sığortanız olmayacaq. Yəni bunun adını qoyurlar ki, guya qeyri-formal əmək fəaliyyəti ilə mübarizə aparmaqdır, amma faktiki olaraq, doğrudan da işləməyən vətəndaşların vəziyyətini ağırlaşdırırlar. Neftin qiyməti düşür, neft hasilatımız da azalır və buna görə də hökumət qənaət rejiminə keçib. İndi bu sözü də deyəndə hökumət deyəcək ki, inkişaf etmiş ölkələrin çoxunda belədir. Doğrudur, belədir - işləməyən özü tibbi sığortanı ödəyir. Amma gəlin görək, o ölkələrdəki vəziyyət necədir, bizdə necədir? Ölkəmizdə işsizlik çoxdur. Həmin ölkələrdə isə dövlət məcbur edir ki, işəgötürənlər işçi ilə rəsmi müqavilə bağlasın. Amma bizdə belə deyil axı. İnsanları qeyri-rəsmi işlədənlər elə əksər hallarda məmurlar, sahibkarlardır”.

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, əhalinin demək olar ki, əksəriyyəti sığorta sistemindən faydalanmaq imkanına malikdir: “Bütün bunlar olduqca yaxşıdır. Lakin sığorta sistemi işlədikcə, onun təkmilləşməsi istiqamətində də addımların atılması zərurəti ortaya çıxır. Çünki təcrübə harada boşluqların, harada fərqli yanaşmaların olduğunu üzə çıxarır. Bu baxımdan müxtəlif təkliflər və yeni baxışlar meydana çıxır. Deyərdim ki, bu proses də davam edəcək. Konkret olaraq işsiz adamlarla bağlı məsələyə gəldikdə, burada bir nüans xüsusilə diqqətçəkəndir. Həssas məqam ondan ibarətdir ki, belə olan halda işsiz olan, sosial təminatı çox aşağı səviyyədə olan, eyni zamanda müəyyən xəstəlikləri, xüsusilə də xroniki problemləri olan insanların hamısının heç olmasa minimal bir sosial dəstəklə təmin olunması çox vacib olardı. Çünki bu halda həmin adamlar tamamilə sığorta dəstəyindən kənarda qala bilərlər ki, bu da onların onsuz da kritik olan vəziyyətlərini daha da ciddiləşdirə bilər. Bu baxımdan düşünürəm ki, həmin qismi nəzərə alan bir yanaşma və ayrıca müəyyən dəstək forması olmalıdır ki, bu insanlar da sığorta sistemindən kənarda qalmasınlar. Əlbəttə ki, yaxşı olardı ki, insanların hamısı formal şəkildə çalışsın, onların müəyyən təminatları olsun və normal sığorta paketi ilə həyatları sığortalansın. Lakin təbii ki, bu baxımdan məqsəd insanları həm formal əmək fəaliyyətinə, həm də hüquqi qeydiyyata cəlb etməyə yönəlsə də, nə qədər biz bunları desək də, əhalinin elə bir qrupu var ki, onlar müxtəlif səbəblərdən işləmirlər, qeydiyyatla bağlı problemləri var və bu sistemə inteqrasiya edə bilməyiblər. Düşünürəm ki, onlarla bağlı da hansısa əlavə bir yanaşmanın ortaya qoyulması zəruriyyəti var”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru