Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Rusiya-Azərbaycan münasibətləri: Problem bitməyib, davam edir - GƏLİŞMƏ
Tarix: 31-10-2025, 05:55 | Çap et

Azərbaycanda məhkəmə narkotik ticarəti və kiberdələduzluq ittihamı ilə saxlanılan səkkiz rusiyalı İT mütəxəssisinin həbs müddətini üç ay uzadıb.
“Mash” bununla bağlı yazır: “Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda AZAL təyyarəsinin qəzaya uğramasına görə Azərbaycan prezidenti İlham Əliyevdən ictimaiyyət qarşısında üzr istəməsinə baxmayaraq, məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bütün vəsatətləri rədd edib”.

Nəşr bildirir ki, Kalininqrad sakini İlya Bezuqlı ev dustaqlığına keçirilməsi üçün məhkəməyə müraciət edib. O bunu təcridxanada səhhətinin pisləşməsi və ürəyində problemlər yaranması ilə izah edib. Onun qohumları da məhkəmədə müvafiq vəsatət qaldırıblar, lakin rədd cavabı alıblar. Bundan sonra Aleksandr Vaysero və Anton Draçyovun valideynləri də eyni vəsatətlə çıxış ediblər, amma onlara da imtina cavabı verilib.

Eyni zamanda, oktyabrın 25-də Rusiyanın təbliğat ruporu olan “Sputnik Azərbaycan” agentliyinin Azərbaycanda saxlanılan baş redaktoru Yevgeni Belousov azadlığa buraxılıb. O, iyul ayında həbs edilmişdi. Onun həmkarı, redaksiyanın rəhbəri İqor Kartavıx isə Putin və Əliyevin görüşündən demək olar dərhal sonra – oktyabrın 10-da sərbəst buraxılmışdı. Hər iki jurnalist iyunun sonunda “Sputnik Azərbaycan”ın digər əməkdaşları ilə birlikdə saxlanılmışdı. O zaman respublikanın Daxili İşlər Nazirliyi onların barəsində dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açmışdı.

Bu hadisələrin fonunda Rusiya hakimiyyəti də azərbaycanlı məhbuslardan birini azad edib. “Kommersant” yazır ki, söhbət Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevdən gedir. O, 20 milyon rubl məbləğində dələduzluqda ittiham olunurdu. Moskvanın Taqanski məhkəməsi onun barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Oktyabrın 27-də isə Voronejdə iş adamı Yusif Xəlilov azadlığa buraxılıb. O, oğlunun hərbi xidmətə çağırışdan yayınmasına kömək etmək üçün həkimə rüşvət verməkdə ittiham olunurdu.

Eyni vaxtda Yekaterinburq məhkəməsi Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini 30 dekabra qədər uzadıb. O, adam öldürməyə cəhddə ittiham olunur.

Moskva ilə Bakının münasibətləri 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından sonra gərginləşməyə başlamışdı. O zaman hava gəmisi Rusiya HHM sistemi tərəfindən vurulmuşdu. Qəza nəticəsində 38 nəfər həlak olmuşdu. Pilotların məharəti nəticəsində 29 nəfər sağ qalmışdı.

İyul ayında prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiya Federasiyasının məsuliyyətə cəlb olunması tələbi ilə Beynəlxalq Məhkəməyə müraciət edəcək. Çünki Moskva yeddi ay ərzində Azərbaycanın haqlı tələbinə rəsmi cavab verməmişdi. Əliyev Rusiyanın günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını, ölənlərin və yaralananların ailələrinə kompensasiya ödənilməsini tələb edirdi.

2025-ci ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı reydlərdən sonra gərginlik daha da artdı. Polis idarəsində dindirilmə zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar işgəncə nəticəsində öldürüldülər. Buna cavab olaraq Azərbaycanda rusiyalıların saxlanılmasına başlandı, Moskva ilə bir sıra iqtisadi istiqamətlər üzrə əməkdaşlıq dayandırıldı.

“The Moscow Times” yazır ki, 2025-ci ilin oktyabrında Vladimir Putin ilk dəfə İlham Əliyevdən AZAL təyyarəsinin qəzaya uğramasına görə ictimai şəkildə üzr istəyib, Rusiyanın məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd edib. Putin qeyd edib ki, faciənin səbəbləri müəyyənləşdirilib, lakin araşdırmanın və hüquqi nəticələrin tamamlanması üçün vaxt lazımdır.

Lakin baş verənlərə diqqət yetirəndə, bu üzrü səmimi adlandırmaq çətindir. Putin Düşənbədə keçirilən MDB sammitində çıxışı zamanı məsuliyyəti Ukraynanın üzərinə ataraq, guya “hadisəyə Ukrayna pilotsuz uçan aparatının səbəb olduğunu” deyib. Bir çox hərbi ekspertlər bunu dərhal tam yalan adlandırdılar. Eyni zamanda, Putin HHM sistemində nasazlıq baş verdiyini də etiraf edib.

Bəs indi nə baş verir? Bakı və Moskva arasındakı münasibətlərdə gərginlik hələ də ortadan tam qaldırılmayıb? Bunu həm Bakı, həm də Moskvanın bəzi şəxsləri azad etməsi, digərlərinin isə həbs müddətini uzatması da göstərir. Bu nə oyundur? Tərəflər bu yolla nə əldə etməyə çalışırlar?

Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən tanınmış politoloq, Şərq–Qərb Tədqiqatlar Mərkəzinin direktoru Ərəstun Oruclunun sözlərinə görə, son aylarda Bakı ilə Moskva arasında müşahidə olunan ziddiyyətlər və yuxarıda sadalanan faktlar bu münasibətlərin mahiyyətini açıq şəkildə əks etdirir.

Zaman-zaman elə təəssürat yaradılır ki, guya münasibətlərdəki gərginlik azalır, müsbət dinamika başlayır. Amma bu dinamika yalnız bir sahədə – ticarətdə müşahidə olunur. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, bütün bu ziddiyyətlərə baxmayaraq, artır. Bunu həm Azərbaycan, həm də Rusiya statistikasından görmək olur. Lakin görünür, başqa ziddiyyətlər də var. Hansılar? Çox güman, bunlar geopolitik xarakterli ziddiyyətlərdir.
Moskva istəyir ki, Bakı tam şəkildə Şimal–Cənub nəqliyyat dəhlizinə üstünlük versin. Lakin Bakı bu qərarı verməyə tələsmir. Onun Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstanla intensiv əlaqələri, Türkiyə ilə müttəfiqlik münasibətləri göstərir ki, Azərbaycan seçim etməyə tələsmir. Çünki Şərq–Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta Dəhlizi də var. Təəssüf ki, Azərbaycan bu iki qlobal layihənin kəsişməsində yerləşdiyindən bunlardan birini seçmək çətindir. Çünki təzyiq təkcə Rusiyadan gəlmir. Orta Dəhlizi dəstəkləyən və Azərbaycanın bu layihədə iştirakını istəyən digər qlobal oyunçulardan da təzyiq edir”, – Oruclu bildirib.

Politoloqun fikrincə, baxmayaraq ki, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb, Xəzər məsələsində də ziddiyyətlər qalır.

Burada da problemlər var. O vaxt Bakı müəyyən güzəştlərə getməyə məcbur olmuşdu. Bunun əsası hələ 2013-cü ildə qoyulmuşdu – Rusiya prezident seçkiləri ərəfəsində Azərbaycan rəhbərliyinə siyasi təzyiq göstərməyə başlamışdı. Mən “Milyarderlər klubu”, İbrahimbəyov və s. prosesləri nəzərdə tuturam. Azərbaycan uzun illər bu məsələdə geri addım atmaq istəmirdi, lakin nəhayət, siyasi təzyiq nəticəsində kompromisə getməyə məcbur oldu və 2018-ci ildə konvensiya imzalandı. Amma bu məsələ bu günə qədər tam həll olunmayıb.
Çünki İran həmin sənədi hələ də ratifikasiya etməyib, yəni sənəd rəsmi olaraq qüvvəyə minməyib. Nəticədə Xəzər hövzəsində xaos yaranıb. Hər bir sahilyanı dövlət, eləcə də Şərq–Qərb dəhlizi ilə maraqlanan ölkələr üçün bu region böyük əhəmiyyət daşıyır. Buna görə də, Putinbu günlərdə MDB ölkələri ilə sərhədlərin demarkasiyası və delimitasiyası üzrə yeni nümayəndə təyin edib. Azərbaycanla Rusiya arasında quru sərhədlərlə bağlı problem yoxdur, amma Xəzər məsələsi hələ də açıq qalır. Ona görə də, 2018-ci il konvensiyasına görə neytral hesab olunan zonalardan hamı istifadə edir: Rusiya öz təlimlərini keçirir, Azərbaycan Türkiyə ilə birlikdə hərbi təlimlər aparır və s. Beləcə, Xəzər hövzəsi potensial olaraq təhlükəli regiona çevrilib.

İkinci əsas ziddiyyət Zəngəzur dəhlizi məsələsidir. Diqqətlə baxsaq, görərik ki, həm Azərbaycana, həm də Ermənistana eyni vaxtda və paralel şəkildə təzyiq göstərilir. Sadəcə, Azərbaycana təsir rıçaqları Ermənistanla müqayisədə daha azdır. Üstəlik, Ermənistanın Türkiyə kimi müttəfiqi yoxdur, amma Azərbaycanın var və bu, mühüm amildir.
Bütün bunlara görə düşünürəm ki, Bakı ilə Moskva arasında çox ciddi geosiyasi fikir ayrılıqları mövcuddur. Təəssüf ki, tərəflər insan faktorunu da bir-birinə qarşı siyasi silaha çeviriblər. Bu isə siyasətdə tez-tez rast gəlinən, amma təhlükəli haldır.

Rusiyada azərbaycanlı diasporuna qarşı başlanmış kampaniya bu gün də davam edir. Azərbaycan da hələlik quru sərhədlərini açmayıb. Eyni zamanda, Azərbaycanda saxlanılan rusiyalıların istintaq müddəti də uzadılıb.
Hər iki tərəf müəyyən xoşməramlı jestlər etsə də, bunlar hələ nə kütləvi, nə də yekun xarakter daşıyır. Deməli, ziddiyyətlər qalmaqdadır. Mən istisna etmirəm ki, Moskva Azərbaycana siyasi təsirini artırmaq istəyir. Əvvəllər bunun üçün onun əlində işğal altındakı ərazilər kimi bir vasitə var idi. İndi bu rıçaqlar itib. Rusiya indi itirdiyi təsir imkanlarını başqa yollarla bərpa etməyə çalışır, amma hələlik buna nail ola bilmir.
Ümid edək ki, buna da nail olmayacaq.

Yəni bu ziddiyyətlər nə insanların həbsi, nə diaspor fəaliyyəti, nə də etnik cinayətkar qruplarla bağlı deyil. Bütün bunlar əvvəldən məlum idi və Rusiya da bunları yaxşı bilirdi. Biz uzun müddət çox geniş əməkdaşlıq etmişik.
Mən əminəm ki, əsas fikir ayrılıqları siyasi və geosiyasi xarakter daşıyır. Moskva istəyir ki, Bakı Rusiyanın geosiyasi maraqlarına uyğun siyasət aparsın. Amma Bakı bunu istəmir, çünki o halda müstəqilliyini qorumaq daha çətin olacaq – həm Qərbdən, həm Türkiyədən, həm də digər tərəflərdən təzyiqlər artacaq. Bu isə Rusiyadan asılılığı gücləndirə və Azərbaycanın suverenliyini təhlükə altına ala bilər.
Ona görə də Bakı balans siyasətini qorumağa çalışır. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək”, – Ərəstun Oruclu yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru