Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? - İNCƏLƏMƏ
Tarix: 25-10-2025, 09:12 | Çap et

“Azərbaycanın Ermənistana gedən tranzit yüklər üçün ərazisini açmaq qərarı Bakı və İrəvanın sülhə doğru getməsində ciddi olduqlarına işarədir”.

Bunu rusiyalı ekspert Mixail Belyayev Azərbaycanın Ermənistana gedən tranzit yüklərə öz ərazilərini açmasını şərh edərkən deyib (Axar.az).

“Azərbaycanın bu qərarı ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha çox isə Azərbaycan və Ermənistan, xüsusən də Qarabağ münaqişəsinə görə iki qonşusu tərəfindən otuz ildən artıq blokadada olan Ermənistan arasında ticarət üçün. Belə çıxır ki, Ermənistan əngəlləndiyi üçün belə boz ləkə olub və indi yeni imkanlar yaranır. Ermənistan və Azərbaycan sonda ticarət edəcək. Ermənistanın Rusiya ilə obyektiv, faydalı iqtisadi əlaqəsi var və bunu yadda saxlamalıdır. Azərbaycan ərazisi vasitəsilə isə dənizə çıxışı olmayan bu ölkə təhlükəsiz dəniz limanlarına aparacaq nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək”, - o bildirib.

Belyayevə görə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin qurulması ümumilikdə həm MDB, həm də Aİİ üçün faydalıdır: “Nəqliyyat marşrutları həm də əlavə iş yerləri yaradır və iqtisadi inkişafa təkan verir. Təbii ki, dövlətlər arasında münasibətlərdə müxtəlif eniş-yoxuşlar, siyasi maneələr olur, lakin hər bir ağıllı rəhbər başa düşür ki, həmişə ölkənin coğrafiyasının özü tərəfindən təyin olunan obyektiv iqtisadi imkanlar mövcuddur. Qarşıda uzun bir yol var: Ermənistan ərazisində Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi. Bu magistralların özlərinin - dəmir yollarının, avtomobil yollarının və digərlərinin tikintisi öz növbəsində iqtisadiyyata töhfədir”.

Rusiyalı ekspertin rəyindən belə nəticə çıxarmaq olarmı ki, Azərbaycanın Ermənistana qarşı iqtisadi-ticari məhdudiyyətləri götürməsi Moskvanı da qane edir? Axı bu, İrəvanın Rusiyadan asılılığının azalmasına gətirəcək.

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistana gedən tranzit yüklər üçün ərazisini açması Ermənistanın digər ölkələrlə, o cümlədən də Orta Asiya respublikaları ilə ticarətini asanlaşdıracaq: “Bu isə faktiki olaraq Rusiyanın Ermənistana təsir imkanlarının nisbətən də olsa azalması deməkdir. Belə ki, uzun bir dövr ərzində bu ölkələrdən və ümumilikdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən Ermənistana məhsullar əsasən Rusiya üzərindən daşınırdı. Özü də əsasən avtomobil yolu vasitəsilə. Yəni olduqca mürəkkəb logistika var idi və Rusiya bu mənada Ermənistana əlavə təsir imkanları əldə edirdi. İndi isə tranzit yüklər üçün daha uyğun, daha qısa və təhlükəsiz marşrut vasitəsilə, Azərbaycan üzərindən daşınmanın həyata keçirilməsi mümkün olacaq ki, bu həm də daha ucuz başa gəlməklə daşınan malların qiymətinə də təsir edəcək. Bu həmçinin digər ölkələrlə Ermənistan arasında ticarət imkanlarının da yaxşılaşdırılmasını və yeni iqtisadi əlaqələrin qurulmasını təmin edəcək. Başqa sözlə desək, Ermənistanın Azərbaycanla tranzit imkanları genişləndikcə, Rusiya malları ilə yanaşı, digər ölkələrin malları da Ermənistan bazarında daha rahat yer tutmağa başlayacaq ki, bu da bazarda rəqabəti artıracaq. Amma bütün bunlara baxmayaraq Azərbaycanın bu addımının Rusiya tərəfindən də müsbət qarşılanması da təsadüfi deyil. Belə ki, Azərbaycanın tranzit imkanları, Ermənistanla Rusiya arasında da malların daşınmasına müsbət mənada təsir edəcək. Rusiyanın da öz yüklərini Azərbaycan üzərindən ucuz və sürətli şəkildə göndərməsi üçün yeni imkanlar yaranmış olur. Loqistik marşrutların dəyişməsi bu baxımdan əslində Rusiyanın özü üçün də faydalıdır”.

Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq dövlətdir və bu prinsipə uyğun addımlar atır: “Qonşu Ermənistanla da normal qonşuluq münasibətlərində maraqlı olan Azərbaycan bununla həm də daimi sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı işğalçılığı, Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanı dalan dövlətə çevirmişdi. Bunun günahkarı Azərbaycan və Türkiyə deyildi, məhz Ermənistan dövlətinin yanlış siyasəti idi. İndi Ermənistan sevinir ki, dalan dövlət vəziyyətindən Azərbaycanın köməyi ilə çıxmaq imkanı əldə etməkdədir. 44 günlük müharibədən və Azərbaycanın Qarabağda dövlət suverenliyini bərpa etməsindən sonra regionda yeni reallıq yaranıb. Reallığı Azərbaycan yaradıb və prosesdə Azərbaycan həlledici ölkədir. Bunu artıq Ermənistan və Rusiya da qəbul edir. Rusiya hesab edir ki, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması, kommunikasiyaların açılması bu iki dövlət arasında münaqişəli vəziyyətdən daha yaxşıdır. Çünki münaqişə vəziyyətində üçüncü qüvvələrin, Qərbin və digər maraqlı güclərin regiona, Ermənistana müdaxilə imkanları daha genişlənir. Bu baxımdan hesab etmək olar ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhə, əməkdaşlığa xidmət edən prosesdən razı qalması gözlənilən idi. Rusiya fərqindədir ki, Azərbaycanla Ermənistan arasında hava məkanı, gələcəkdə quru yolları, dəmiryolları açılanda bu kommunikasiyalardan Rusiyanın özü də çox ciddi şəkildə yararlana biləcək və bundan iqtisadi qazancları olacaq. Ona görə də Azərbaycanın Ermənistana qarşı iqtisadi-ticari məhdudiyyətləri götürməsi Moskvanı da qane edir. Azərbaycan üzərindən yeni nəqliyyat, kommunikasiya əlaqələrinin yaranması Ermənistanı əslində Rusiya ilə daha da yaxınlaşdıracaq, iqtisadi əlaqələri bir qədər dərinləşdirəcək”.

Yada salaq ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Azərbaycan dövlət başçısı deyib: “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru