Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                 

Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:00 | Çap et

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. “Yeni Müsavat”ın məlumatına görə, əsas müzakirə mövzularından biri regional kommunikasiyaların açılması məsələsi olub.

A.Qriqoryan bir daha vurğulayıb ki, Ermənistan bu məsələdə ərazi bütövlüyü, suverenlik və milli yurisdiksiya prinsiplərinə əsaslanır. Bu, birbaşa olaraq Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı mövqe kimi qiymətləndirilir. Əhmədian da İranın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu bəyan edərək Ermənistanın yanaşmasını dəstəklədiyini bildirib. Tehran dəfələrlə bəyan edib ki, regionda eksterritorial (yəni suveren dövlətin nəzarətindən kənar) dəhlizlərə qarşıdır.

Eyni gündə İranın Ermənistandakı səfiri Mehdi Sobhani növbəti dəfə destruktiv mövqe sərgiləyib. “Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvan və Tehran arasında münasibətlərə zərər vermir”. Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. Onun sözlərinə görə, Tehran erməni dostlarına güvənir. Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. Diplomat qeyd edib ki, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanla qonşuları arasında dinc yanaşı yaşamada maraqlıdır.

İyulun 18-də isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus (Tammy Bruce) yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. Musavat.com xəbər verir ki, tədbirdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Cənubi Qafqazda son günlərin ən çox müzakirə olunan geosiyasi məsələlərindən biri olan Zəngəzur koridorunun açılması ilə bağlı ABŞ hökumətinin rəsmi mövqeyini gündəmə gətirib. Əhməd Şahidov sualında qeyd edib ki, ötən həftə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak (Thomas Barrack) media qarşısında çıxışında Zəngəzur Koridorunun idarəçiliyinin 100 illik müddətə bir Amerika şirkətinə verilməsinin mümkün olduğunu bildirib. Bu bəyanat Cənubi Qafqazda geniş rezonans doğurub və bir sıra siyasi dairələrdə, o cümlədən Rusiya və İranda ciddi narahatlığa səbəb olub. Moskva və Tehran bu koridora nəzarəti öz əllərində saxlamaq istədiklərini açıq şəkildə bəyan ediblər.

Bu kontekstdə, Əhməd Şahidovun sualı Birləşmiş Ştatların rəsmi qurumlarının Zəngəzur Koridoruna və ümumiyyətlə, bölgədə kommunikasiya yollarının açılması ilə bağlı strateji yanaşmasını öyrənmək məqsədi daşıyıb.

Suala cavab verən Dövlət Departamentinin mətbuat katibi Tammy Bruce bildirib ki, bu məsələ birbaşa Ağ Evin səlahiyyətinə daxildir və yekun qərar prezident səviyyəsində verilir. Bununla belə, o, ABŞ hökumətinin Cənubi Qafqazda sülh təşəbbüslərini, Azərbaycan və Ermənistan arasında dayanıqlı və davamlı sülhün əldə olunması prosesini dəstəklədiyini bildirib.

Mətbuat katibi əlavə edib ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio daha əvvəl bu mövzu ilə bağlı açıq bəyanatlar verərək regional kommunikasiya və infrastruktur layihələrinin sülhə töhfə verəcəyini vurğulayıblar. ABŞ tərəfi hesab edir ki, nəqliyyat və iqtisadi əlaqələrin açılması Cənubi Qafqazda etimad mühitini möhkəmləndirə, iqtisadi əməkdaşlığı artıraraq uzunmüddətli sabitliyə zəmin yarada bilər.

Tammy Bruce həmçinin vurğulayıb ki, Zəngəzur Koridoruna dair ABŞ hökumətinin konkret və rəsmi mövqeyi yaxın günlərdə yazılı şəkildə təqdim olunacaq.

Qeyd edək ki, baş nazir Paşinyan dəhlizə nəzarətin xarici şirkətə verilməsini istisna etməyib. Hesab edilir ki, bu şirkətin ABŞ-a aid olması mümkündür. İstisna deyil ki, Əbu-Dabi danışıqlarında da əsas mövzulardan biri dəhliz olub. İran isə bu yöndə fəallığı gördüyü üçün yenidən danışmağa başlayıb və İrəvandakı səfir sinəsini qabağa verib. Məlumdur ki, Tehran dəhlizin əleyhinədir. İranın bu məsələdə hələ də israr etməsi Ermənistanın bir qədər yumşalan mövqeyinə necə təsir edə bilər?

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında İranın siyasəti ilə bağlı Ermənistanda mövcud olan yanaşmaları xatırlatdı: “Zəngəzur dəhlizinin açılmasının indiyədək gecikdirilməsinin səbəbkarının məhz İran olmasının artıq Ermənistanın özündə belə fərqinə varırlar. Suren Surenyants adlı politoloqa görə, İran avropalı müşahidəçilərin bölgəyə gəlməsinə qarşı çıxırdı. Sonra gördü ki, bu missiya İranın dövlət maraqlarına zidd deyil, indi kommunikasiya xətlərinin açılmasına və bu işə Amerika şirkətinin nəzarət etməsinə də eyni yumşaq mövqe ilə yanaşmağa məcbur olacaq. Başqa bir siyasət adamı Artur Xaçikyan da deyir ki, kommunikasiyaların açılmasına İranın etirazı həm də o deməkdir ki, qonşu ölkə Ermənistanı sevmir və onun dünyaya açılmasını istəmir. Bu yanaşmanın bölgədə sülh və sabitliyin təhlükəyə düşməsi ilə əlaqəsi yoxdur. Əksinə, Ermənistan müəyyən müzakirələrin nəticəsində ağıllı qərar verərsə, o zaman təhlükələri dəf etmiş olar”. Q.Çaxmaqlı qeyd etdi ki, Mehdi Sobhani bir Türk düşmənidir: “İndiyədək verdiyi bəyanatların hamısının Türkiyə və Azərbaycan əleyhinə olduğunu görmüşük. Amma bunların heç bir faydası olmayıb. Rəsmi İran yeri gəldi gəlmədi "qırmızı xətt"dən danışaraq əslində Ermənistanı basqı altında saxlayıb. Ermənistan tarixi fürsəti dəyərləndirib Azərbaycanla sülh prosesinə yardım edəcək qərar versə, İran nə edəcək? Ermənistanı işğalmı edəcək, onun hansı vasitələri var ki, qonşu ölkəni verəcəyi qərardan vaz keçirə bilsin. İran boşuna belə bəyanatlar verir". Ekspertin sözlərinə görə, artıq İranın Zəngəzur dəhlizinin açımasına mane olacaq gücü yoxdur: “Ehtimal ki, iki ölkə təhlükəsizlik şuralarının katibləri - Armen Qriqoryanla Əhmədian bir birini anlayıblar. Əhmədian deyə bilər ki, İranın mövqeyi dəyişməyib. Amma Ermənistanın mövqeyinin dəyişəcəyini bilməlidirlər. Çünki bu ölkənin başqa çarəsi və dirəniş göstərəcək gücü yoxdur. Bu dəhliz açılacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, İran daim Zəngəzur dəhlizinin açılmasına qarşı olub: “Xüsusilə Ermənistan da bu dəhlizə qarşı idi. Bir növ İran bundan "cəsarətlənib" İrəvana dəstək verirdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin sənədinin təsdiq olunması, Əbu-Dabidə aparılan danışıqlarda müsbət prosesin başlaması artıq İrəvanın mövqeyində dəyişiklik etdi. Həmçinin Nikol Paşinyanın Ankara səfərindən sonra Zəngəzur dəhlizinin açılması aktuallaşdı. Bununla da Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bu dəhlizin ABŞ şirkətinin nəzarətinə verilməsi və digər texniki məsələlər müzakirə edilir. Əsas məqam ondan ibarətdir ki, Tehran rejimi bu dəhlizə qarşı çıxdığı halda, Ermənistanın razılığından sonra İran geri addım atdı. Hətta Paşinyan İranın düşməninin nəzarətində olması halında dəhlizin təhlükəsizliyi məsələsində razılaşmaya üstünlük verir. Lakin İran yenə də susur". M.Əsədullazadənin fikrincə, ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcəksə, İran bu dəhlizdən istifadə edə bilməyəcək: “Göründüyü kimi, Paşinyan İranın ənənəvi düşmənini İranla tam sərhədə gətirir. Halbuki Azərbaycan Ermənistandan Kalininqrad dəhlizinə uyğun olaraq sərbəst gediş-gəlişi təklif kimi irəli sürürdü. İran buna da qarşı idi. Ermənistan guya rəsmi Tehranı arxayın salıb ki, İranın təhlükəsizliyi üçün problemlər yoxdur. Halbuki İrana qarşı aparılan hərbi əməliyyatlarda Ermənistanda ABŞ kəşfiyyatı fəal rol oynadı. İran düşmənin onun sərhədinə gəlməsinə göz yumur. Amma Azərbaycana qarşı molla rejimi hələ də öz kəskin ritorikasından imtina etmir. Tehran Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək vermir. Elə bunun ilkin əlaməti onun Zəngəzur dəhlizinə qarşı olmasıdır. Halbuki İran deyirdi region məsələlərini region ölkələri həll etsin, xarici ölkələr qarışmasın. İran məhz prosesi sabotaj etdiyi üçün ABŞ-ın Zəngəzur dəhlizinə gəlib nəzarət etməsini istəyir. İran istəyirdi ki, regional şərtlər dəyişməsin, status-kvo qalsın. Dünyada və regionda gedən geosiyasi prosesləri düzgün qiymətləndirə bilməyən İran kənarda qalır”. Ekspert əmindir ki, Zəngəzur dəhlizi acilacaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq: “İran dəstək vermədiyi üçün proseslərdən də kənarda qalacaq. Beləliklə, Araz dəhlizi də boş qalacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00
Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru