
Elektron pul təşkilatı “Cüzdan” MMC-yə yaxın olan yeni fintex şirkəti yaradılıb.
Banker.az xəbər verir ki, bu, “BitAZN” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Yeni yaradılan “BitAZN”ə Baltacı Mustafa Kemal oğlu rəhbərlik edəcək. B.Mustafa 2024-cü ilin sentyabrından lisenziya ilə qeydiyyata alınan “Cüzdan” MMC-nin direktorudur.
“BitAZN” 100 000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.