“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Polşa Azərbaycanla strateji tərəfdaş olsa da, bu ölkənin prezidenti Andjey Dudanın Arazdəyənə gəlməsi və “binokl şousu”nda iştirakı diplomatik gərginliyə səbəb olub. Artıq Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo noyabrın 28-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Həmçinin bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.
Yəni əslində söhbət Dudanın Bakıya qarşı aşkar siyasi demarşından gedir. Maraqlıdır, görəsən bu anti-Azərbaycan təxribatı ilə Polşa və onun rəhbərliyi nə qazandı? Azərbaycanı qıcıqlandırmağa dəyərdimi? Bu azmış kimi, Duda jurnalistlərə açıqlamasında bildirib ki, Polşa AB-nin Azərbaycan-Ermənistan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir. Yada salaq ki, Polşa prezidenti COP29 konfransı çərçivəsində Bakıda olmuş, həmkarı İlham Əliyevlə görüşmüşdü. İki ölkə arasında imzalanmış sənədə görə isə Polşa Azərbaycanın strateji tərəfdaşı sayılır. O halda “bu nə pəhriz, o nə turşu?” Bəlkə bu, “xroniki” xristian həmrəyliyinin təzahürüdür? Ümumiyyətlə, Polşa Qafqazda nə axtarır? Nəhayət, niyə “strateji tərəfdaş” sayılan bir ölkənin Bakıda səfiri yoxdur, müvəqqəti işlər vəkili təmsil edir?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Polşa - Azərbaycan münasibətləri ilk baxışdan normaldır, tarixən də əməkdaşlıq yaxşı olub. Partiya sədri vurğuladı ki, polyak prezident Dudanın sərhədə gəlməsi Polşanın deyil, Avropa İttifaqının qərəzli mövqeyini nümayiş etdirməkdir: “Bununla Duda Avropa Birliyinə ”sədaqətini" göstərmək istəyib, yəni Ermənistanı müdafiə edirik". A.Nağı təəssüf edir ki, Polşa son illər Qərbin və ABŞ-nin forpostuna çevrilməkdədir: “Rusiyaya qarşı bu ölkədə hərbi bazalar, raketlər yerləşdirilir. Halbuki Polşanın üç dəfə yaşadığı tarixi faciələr var, müharibələr səbəbindən bölüşdürülüb. Yəni Qərbin sifarişini yerinə yetirməsi, Avropa İttifaqının təlimatını icra etməsi Polşa üçün riskli addımdır. Ona görə sual yaranır ki, Duda Arazdəyənə gəlməklə nə demək istəyir? Ermənistanı müharibəyə hazırlayırlar, ya necə? Əgər bir hərəkətlilik olarsa, Ordumuz dərhal məhv edəcək. Azərbaycan buna hazırdır və təxribatçı addımları da izləməkdədir”.
Siyasi ekspert Zaur Məmmədov isə hesab edir ki, Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək “binokl”la baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi - normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir: “Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransanın, Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi”.
Siyasi ekspert İlyas Hüseynovun fikrincə, Avropa dövlətləri Ermənistanın daxili işlərinə qarışırlar və parlament seçkiləri ilə bağlı indidən iş görməyə başlayıblar: “Lakin bu, Avropa dövlətlərinə anti-Azərbaycan siyasəti yürütməyə haqq qazandırmır. Onun sözlərinə görə, rəsmi Varşava bu zaman Azərbaycanla arasındakı strateji tərəfdaşlıq əlaqələrini zərbə altına qoyur: ”Maraqlıdır ki, Polşa hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlət olub. Burada anlaşılmaz bir anti-Azərbaycan ritorikası və münasibətlər yaranır". İ.Hüseynov əmindir ki, Azərbaycan Polşaya diplomatik kanallarla eyni formada cavab vermək üçün əlində kifayət qədər əsaslar saxlayır. “Rusiyanın ən fəal düşmənlərindən biri olan Polşa prezidenti Andjey Duda Ermənistana səfər edib və Polşa ilə dostluğa görə Ermənistan rəhbərliyinə təşəkkür edib”. Bunu isə rusiyalı politoloq Sergey Markov deyib. “O, həmçinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən AB-nin mülki-hərbi missiyasına baş çəkib. Onlar sərhədin hər iki tərəfini istəyirdilər, lakin Azərbaycan onları qovdu. Ona görə də ancaq erməni tərəfində dayanırlar. Bütün kəşfiyyatçılar Rusiya və Azərbaycandan casusluq edir. Rusiya Xarici Kəşfiyyat Xidməti isə bəyanat yayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanı Rusiyadan qoparmaq üçün hər şeyi edir”, - Markov bildirib.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|