Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Tarix: 26-10-2024, 11:05 | Çap et
Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Arağın minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilir. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək. Ekspert minimum qiymətin olmasını düzgün hesab etmir Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında, arağın pərakəndə satışda minimum qiymətinin müəyyən edilməsini düzgün hesab etmir: "Qanunvericiliyə edilən dəyişikliyə əsasən, arağın pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək və bu məhsul həmin qiymətdən ucuz satıla bilməz. Bu addımı atmaqdansa, qanunsuz sexlərin, mağazaların həmin qanunsuz sexlərdən məhsul almasının, sənədlərin saxtalaşdırılmasının qarşısı alınmalıdır. Bazarda məhsulun qiymətinə müdaxilə doğru deyil".
Ekspert bildirib ki, yerli istehsalçılar, idxalçılar ucuz məhsul bazara təklif edə bilmir, amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir: "Çünki həmin qanunsuz sexlər vergidən yayınırlar, nəzarətdən kənarda qalırlar və onların məhsullarının keyfiyyətinə nəzarət yoxdur. Minimum qiymət müəyyən etməklə qanunsuz sahibkarlığın qarşısını almaq istəyirlərsə, bu, doğru deyil. Saxta içkilər baha da satılsa, sağlamlığa ziyandır. Minimum qiymətin müəyyən edilməsi qanunsuz sexlərin qarşısını ala bilməyəcək. Qanunsuz sexlərə qarşı kompleks mübarizə tədbirləri aparılmalıdır. Qanunsuz sahibkarları cəzalandırmağın müxtəlif yolları var".
"Minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər" X.Kərimli qeyd edib ki, dünya təcrübəsində minimum qiymətin müəyyən edilməsi var: "Məsələn, Böyük Britaniyada, Kanadada bu təcrübə tətbiq edilir. Minimum qiymətin olması daha çox tələbin aşağı salınmasına yönəlib. Qiyməti bahalaşdırmaqla tələbi aşağı salmağa çalışırlar. Amma minimum qiymətin təyin edilməsi keyfiyyəti yaxşılaşdırmayacaq. Arağın minimum qiymətinin müəyyən edilməsi istehlakı azalda, məhdudlaşdıra bilər, amma keyfiyyətin artmasına töhfə verməyəcək. Həmçinin minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər". Komitə sədri: "Dəyişiklik yerli istehsalçıların maraqlarının qorunmasına xidmət edir" Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb: "Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq".
Komitə sədri vurğulayıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
"Bazarda litri 1 manata olan araqlar var" A.Əmiraslanov deyib ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır: "Qiymətin formalaşmasının prinsiplərinə görə, istehsalçı müəssisənin istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bazarda litri 1 manata olan araqlar var. Amma hazırda 1 litr arağın aksiz vergisi 4,18 manatdır. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Sahibkar qanunsuz sahibkardırsa, keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır".
"Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq" Komitə sədri bildirib ki, dəyişikliklər qüvvəyə minəndən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək. Bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək. Qeyd edək ki, qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur. "Əhalinin sağlamlığı üçün təhlükə yaranır" Sənədin izah hissəsində deyilir: "Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir".
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən qanun layihəsi baxılmaq üçün parlamentin plenar iclasına tövsiyə olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın təyyarəsi quş sürüsü ilə toqquşdu: - Qəza enişi
Bu gün, 11:00 |
|
|
|
• 400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır - GƏLİŞMƏ
Bu gün, 10:57 |
|
|
|
• Blogerlər qəzaya düşüb - Fotolar
Bu gün, 10:49 |
|
|
|
• ABŞ niyyətini açıq bəyan elədi, Zəngəzur dəhlizi... - Qriqoryan
Bu gün, 10:42 |
|
|
|
• Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ
Bu gün, 10:41 |
|
|
|
• Azadlıq xalqa lazımdır! - Aqşin Yenisey
Bu gün, 10:37 |
|
|
|
• Xocalıda 82 evin təmiri 3 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycanlılara nəzarət edən FTX zabiti tutuldu - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21 |
|
|
|
• 434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13 |
|
|
|
• Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04 |
|
|
|
• Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02 |
|
|
|
• Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58 |
|
|
|
• “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54 |
|
|
|
• Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41 |
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
|