Əsas Səhifə > Gündəm, Manşet > Səhiyyə Nazirliyində dərman maxinasiyası:

Səhiyyə Nazirliyində dərman maxinasiyası:


30-01-2016, 09:47
Səhiyyə Nazirliyində dərman maxinasiyası:
Azərbaycanın səhiyyə sistemində korrupsiya və “yeyinti” halları ilə bağlı KİV-də davamlı olaraq müxtəlif məlumatlar dərc olunur.

Bir sıra dövlət xəstəxanalarında müayinə və müalicə işlərinə görə xəstələrdən “fantastik” məbləğin tələb olunması heç kimə sirr deyil. Hətta dövlət tərəfindən pulsuz ayrılan dərmanların xəstələrə pulla satılması barədə məlumatlar da cəmiyyətdə yetərincə yayılıb. Lakin Qafqaznews.az-a dərman vasitələri, reaktiv və digər ləvazimatların yalnız xəstələrə yox, dövlətə də baha qiymətə “satılması” barədə ilginç məlumatlar daxil olub.

Bu barədə ötən il oktyabr ayında saytımızda dərc olunan “Baş prokurorluq Səhiyyə Nazirliyini yoxlamalıdır” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalədə deyilirdi: “Uzun müddət Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru vəzifəsində işləyən Fərhad Əliyarzadə dövlət büdcəsindən ayrılan vəsaiti talamaqla məşğul olub. Bu məlumatı yoxlamaq məqsədi ilə redaksiyanın əməkdaşları araşdırma aparıblar. Misal üçün xəstəxanalara verilən bir çox dərmanlar və tibbi təyinatlı ləvazimatlar xəstəxanalara hətta bazar qiymətindən də baha verilir.

Səhiyyə Nazirliyində dərman maxinasiyası:

Araşdırmamız hələ davam etdiyi üçün hələ bir nümunə ilə kifayətlənirik. “Albumin”in ( 10% 100 ml) 1 flakonu Səhiyyə Nazirliyinin xəstəxanalarına qaimə əsasında 60.21 qəpiyə, Adrenalin üçün isə 1 manat 99 qəpik verilib. Hansı ki, “Zəfəran” apteklər şəbəkəsinin deposunda həmin dərmanın qiymətinin 36.10 qəpik olduğunu müəyyən etmişik. Biz məqalədə qeyd olunan faktları dəqiqləşdirmək qərarına gəldik. Və “Zeytun” apteklər şəbəkəsinə zəng elədik. Şəbəkənin işçisi qafqaznews.org-a bildirdi ki, Ukrayna istehsalı olan Albumin 36 manat 10 qəpik, Rusiya istehsalı olan isə 42 manat 42 qəpikdir, Adrenalin isə 1manat 56 qəpikdir”.

Məqalənin dərcindən bir neçə ay keçib, hətta növbəti devalvasiya nəticəsində cəmiyyətdə böhran havası hökm sürür. Lakin bu günlərdə əldə etdiyimiz məlumata görə, sözügedən İnnovasiya və Təchizat Mərkəzinin yeni direktoru Rüstəm Rüstəmbəyovun rəhbərliyi altında da, yuxarıda qeyd olunan maliyyə maxinasiyası dayanmayıb. Əksinə, məlumatlı mənbə bildirib ki, dövlətə onsuz da real qiymətindən 2 dəfə baha “satılan” dərmanların qiymətləri “dolların son məzənnəsinə uyğunlaşdırılıb”. Məlumatda qeyd olunur ki, əvvəlki illərdə dərmanlar xəstəxanalara çatdırılırdı, lakin indiki vəziyyətdə, “böhran səbəbi ilə”, xəstəxanalara dərmanların yarısı göndərilir, yarısından isə “səs-soraq” gəlmir. Beləliklə, ölkəmizin böhranlı vaxtında işbaz-məmurlar daha çox qazanmağa maraq göstərirlər. Məsələn, əslində apteklərdə 2,5 manata satılan dərman 4-5 ay əvvəl dövlət tərəfindən 5-6 manata “alınırdısa”, indi bu qiymətlər 8-9 manata qədər qalxıb. Beləliklə, dövlət xəstəxanalarına paylanılan dərman vasitələri üzərindəki maxinasiyalar dövlət büdcəsindən milyonlarla vəsaitin silinməsinə gətirib çıxarır.

Səhiyyə Nazirliyində dərman maxinasiyası:

Bu, loru dildə “otkat” əməliyyatı adlandırılır. Hansısa məmur özünə yaxın bir şirkətlə razılaşır, dövlət qurumunu təmsil edərək, şirkətdən 1 manatlıq məhsulu 2-3 manat və ya daha artıq qiymətə alır. Pul dövlətin ayırdığı vəsaitdən çıxılır, aradakı fərq isə işbazlarla məmurlar arasında bölüşdürülür.

Həmçinin, yalnız dərman vəsaitləri yox, dövlət xəstəxanalarına göndərilən bütün avadanlıqlar, dəftərxana ləvazimatları, eləcə də gündəlik qida paylanması bütünlüklə İnnovasiya və Təchizat Şöbəsi tərəfindən tənzimlənir.

Məsələn, ortabab bir dövlət xəstəxanasının saxlanması dövlətə ildə 10 milyon manata başa gəlməli idisə, bu “otkat” əməliyyatları nəticəsində xərclər 20-30 milyona, hətta daha çox aparır. Sonrada dövlət xəstəxanalarındakı dərman vasitələri və preparatlar, avadanlıqlar kimə və neçəyə satılır, o artıq sonrakı məsələdir…

Adi termokağızın bir ədədi 4 manata olduğu halda, onu dövlət sənədlərində 24,78 manata rəsmiləşdirmək nə deməkdir?

Yaxud, qiyməti 10 manat olan,“Trombin zamanı TT “Pharmex” kimi qeyd olunan preparatın bir qutusunun 35 manata rəsmiləşdirilməsi də, həmçinin, yüzlərlə dərman və preparatın qiymətlərində maxinasiyalar – bunlar iqtisadiyyatımızın çətin zamanlarında cinayət deyilmi?

Aptekdə qiyməti 3 manata olan əşya şüşələrinin 5 manata rəsmiləşdirilməsi də, Azərbaycan dövlətini hər şüşəyə görə əlavə 2 manat xərcə salmaq olmurmu – həm də düşünsək ki, xəstəxanalar üçün hər il minlərlə, on minlərlə bu cür ləvazimat alınır?

Əgər bu əməllər ciddi həyəcan siqnalına əsas yaradırsa, biz niyə bir səs eşitmirik?

Açıq-aydın görünür ki, dövlət başçımızın çağırışlarına, tapşırıqlarına məhəl qoymayan məmurlar xalqımızın iqtisadi-sosial problemlərini daha da ağırlaşdırmaq bahasına, öz mülklərini, milyonlarını artırmağı məqsəd seçiblər. Lakin inanırıq ki, cəmiyyətimizin və dövlətimizin çevik reaksiyası ilə, bu cür mənfi halların qarşısını ala biləcəyik.

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin.

Səhiyyə Nazirliyində dərman maxinasiyası:
Səhiyyə Nazirliyində dərman maxinasiyası:
Səhiyyə Nazirliyində dərman maxinasiyası:

Geri qayıt