Əsas Səhifə > Gündəm, Manşet > Akif Süleymanov Azərbaycan dövlətinə və qanunlarımıza necə qalib gəldi?

Akif Süleymanov Azərbaycan dövlətinə və qanunlarımıza necə qalib gəldi?


4-01-2016, 09:12
Akif Süleymanov Azərbaycan dövlətinə və qanunlarımıza necə qalib gəldi?
DİA.AZ: - Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqda ilginc faktların və ittihamların yer aldığı daha bir material göndərilib. DİA.AZ həmin məlumatı bəzi ixtisarlarla təqdim edir:

“Azərbaycan Texnologiya Universitetində Maliyyə Nazirliyinin yoxlaması külli miqdarda mənimsəmə (3000000 manat) aşkarladıqdan sonra barəsində cinayət işi qaldırıldı.Rektor Akif Süleymanov isə bu idarədə verdiyi ifadəsində heç nədən xəbəri olmadığını, baş mühasib Amil Mirzəyev və digər əməkdaşlar tərəfindən “aldadıldığını” bildirmişdir.

Kimin kimi aldatdığını araşdırmaq üçün bir qəqər yaxın keçmişə, yəni Akif Süleymanovun rektor təyin olunduğu 2013-cü ilə qayıdaq.

2013-ci ilin mart ayında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun proteksiyası ilə Akif Süleymanov Texnologiya Universitetinə rektor təyin edildikdən az sonra Əli Abbasov dostunu dəstəkləmək üçün universitetə gəlir və ona hərtərəfli kömək göstərəcəyini vəd edir. Doğrudur az sonra Əli Abbasov rəhbərlik etdiyi nazirliyin hesabına universitetə 50 ədəd personal kompüter bağışlasada, Akif Süleymanov bu kompüterlərində pulunu universitet büdcəsindən silib mənimsədi (maliyyə yoxlaması zamanı həmin kompüterlər universitet hesabına alınmış kimi qeyd edildi). Həmin görüşdə çıxış edən Əli Abbasov və Akif Süleymanov universitetdə “müştəri yönümlü proqramın” həyata keçiriləcəyini bəyan edirlər. Daha sonra Akif Süleymanov 2013-cü ildən universitetdə “müştəri yönümlü proqramın” tətbiqinə başlanması barədə Təhsil Naziri Mikayıl Cabbarovun, Əli Abbasovun və digər rəsmi şəxslərin adından danışmağa başlayır.(2014-cü ilin əvvəlində nəşr olunmuş universitetin tanıtım dərgisinə baxmaq kifayətdir). Əgər 2013-cü ildə ”müştəri yönümlü proqram”-ın tətbiqinə başlanmışdısa, onda 2015-ci ilin avqust ayında hansı pilot layihənin başlanmasına start verilmişdir? Axı 2013-cü ildə bu layihədən söhbət gedəndə nə Şamil Süleymanov, nə Vüqar İsmayılov, nə Səbuhi Yusifov, nə də digər süleymanovçular yox idi”.

dia-az.life-a daxil olan məlumatda daha sonra qeyd olunur: “2015-ci il avqust ayının 6-da Akif Süleymanov “ağır cərrahiyə əməliyyatından” sonra rektorluğa başlayarkən Təhsil Nazirliyi tərəfindən “müştəri yönümlü proqramın” tətbiqinə başlandığını və öğlu Şamil Süleymanovun rəhbərliyi ilə bu layihənin yerinə yetirilməsi üçün yeni “komandanın” gətirildiyinielan edir. Əgər hər hansı bir təşkilat universitetdə pilot bir layihə həyata keçirirsə, deməli bu layihənin maliyyələşdirilməsini də təmin etməlidir. Azərbaycan Texnologiya Universiteti büdcədən maliyyələşmədiyi üçün onun büdcəsinin xərclənməsinə də kollektivin (Universitet Elmi Şurasının) razılığı olmadan heç kəs (nə nazir, nə də rektor) təkbaşına qərar verə bilməz.

Nə Təhsil Nazirliyi, nə də başqa bir təşkilat tərəfindən bu layihənin həyata keçirilməsinə bir qəpikdə vəsait ayrılmadığı halda Universitetin büdcəsi “müştəri yönümlü proqram” adı altında talanır. 06 avqust 2015-ci il tarixdə universitetə qədəm qoyan “müştəri”-çilərin ilk işi 31avqustda özlərinə 3000manat əlavə əmək haqqı təyin etmək oldu. Həmən dövrdə Akif Süleymanov proqramın rəhbərinin oğlu Şamil Süleymanov olduğunu söyləyirdi. Lakin sonradan yəqinki Akif Süleymanovun özüdə bu proqramdan “kerosin iyi gəldiyini” (bununda sonunun mənimsəmə faktı üzrə cinayət işi ilə yekunlaşacağını) dərk etdiyi üçün öğlunun bu işlərə aidiyyəti olmadığını, proqramın rəhbərnini Səbuhi Yusifovun olduğunu elan etdi. Belə olan halda sual olunur: “cənab” Akif Süleymanov bəs sizin oğlunuz Şamil Süleymanovun Azərbaycan Texnologiya Universitetində nə işi var? Hələ təsərrüfat işləri üzrə prorektor təyinatı barədə Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmri olmayan birini əvvəlcədən kollektivə yeni prorektor kimi təqdim etməyə və atasından təyinat üçün təqdimat alaraq Təhsil Nazirliyinə aparmağa Şamil Süleymanovun hansı səlahiyyəti var və onu sövq edən nədir?Yeni komandaya yaxın mənbənin verdiyi məlumata görə,məsələ ondadır ki, Şamil Süleymanov da atası Akif Süleymanovun bir rektor kimi vəzifəsinin öhdəsindən gəlmədiyini və idarəçilikdən anlayışı olmadığını bilir. Ancaq ataların bir sözüdə var: oddan kül törəyər. İş ondadır ki, idarəçilikdə Şamil Süleymanov heç də atasından öndə deyil. O elə bilir ki, universitet onun atasının şəxsi obyektidir və nə istəsə, necə istəsə edə bilər”.

“Müştəriçi”-lər avqust ayında elan etdilərki, cöx irimiqyaslı layihələrimiz var və bu layihələrin hesabına universitetin büdcəsinə külli miqdarda vəsait daxil olacaq. Ancaq fəaliyyətlərinin 5 ayı ərzində nəinki onların fəaliyyətindənuniversitetin büdcəsinə bir qəpik belə daxil olub, əksinə univesitetin büdcəsi bir neçə şəxsin cibinə axıdılaraq talan edilib.

Universitetin tələbələrin təhsil haqlarından formalaşan illik büdcəsi təxminən 3000000(üç milyon) manatdır.

Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının (500 nəfərin) birlikdə aylıq maaşları 170000...200000 (yüz yetmiş-iki yüz min) manat təşkil edir.Bu isə ildə 2000000...2400000 manat edir.Yeni komandanın üzvlərinin (20bnəfərin) isə təkcə beş ayda aldığı əlavə əmək haqqı 200000 manat (il ərzində 480000-500000 edir)olmuşdur. İlk baxışda belə görünür ki, büdcəmiz əmək haqqına kifayət etməlidir. Lakin, nəzərə alsaq ki, yeni komandauniversitet büdcəsindən təkcə bir tualetin təmirinə görə 37000 manat, digər tualetin tikintisi üçün 45000 manat, parta, yazı lövhəsi, yararsız kompüterlər və s. üçün 100000 manatdan artıq vəsait silib və kompütür şəbəkəsi yaratmaq adı ilə 250000 manat vəsaiti silməyi planlaşdırır, onda vəziyyətin acınacaqlı olduğu aydın hiss olunur.

Bu talançılıq fəaliyyətinin başlanğıcında universitetin yeni baş mühasibi Mətləb müəllim “müştəriçilərin” bu işlərinə etiraz edərək onuda əvvəlki baş mühasib Amil Mirzəyevin aqibəti gözləyir desədə, sonradan onun da adının “müştəriçilər” siyahısına salınaraq 1450manat əlavə əmək haqqı təyin edilməsi müqabilində məmnuniyyətlə onlara qoşuldu.

Sual oluna bilər ki, əvvəlki baş mühasib Amil Mirzəyevin aqibəti necə olmuşdu?”

Məqalə müəllifi dia-az.life-a yolladığı yazısında bu suala da cavab verməyə çalışır və əlavə faktları təqdim edir: “Akif Süleymanov rektorluğunun ilk aylarında Amil Mirzəyevi sıxışdıraraq işdən çıxaracağı ilə hədələyərək ona şəxsi vəsaiti hesabına mühasibatlığın binasını təmir etdirməyə və binanın ətrafını abadlaşdırmağa məcbur etdi. Bundan sonra Akif Süleymanovla Amil Mirzəyevin iş birliyi başlandı.Yeni “şəriklər” ayrı-ayrı əməkdaşlara ikiqat əmək haqqı yazaraq artıq məbləği onlardan geri alaraq (həmin əməkdaşlara 10manat verməklə) mənimsəməyə başladılar ( həmin əməkdaşların hamısı müstəntiqlərə verdikləri ifadələrində artıq məbləğin üstündən 5-10 manat götürərək mühasibatlığın əməkdaşı Sevda xanıma qaytardıqlarını və Sevda xanımın da pulu rektora verdiyini təsdiqləyiblər). Bununlada kifayətlənməyən şəriklər ödənişli əsaslarla təhsil alan tələbələrin adına təqaüd yazaraq mənimsənildi və s. Maliyyə Nazirliyinin yoxlaması zamanı aşkarlanan 3000000 manat sabiq Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun köməkliyi ilə azaldılaraq 1300000 manata endirildi. Maliyyə Nazirliyinin əməkdaşları bu məbləğin ödənilməsini tələb etdikdə Akif Süleymanov Amil Mirzəyevi aldatdı ki, məbləğin 500000 manatını( Amil Mirzəyev 150000 manat təmirə xərclədiyi üçün) sən ödə, qalanını da mən ödəyəcəm.Akif Süleymanov bu işdə əli olan mühasibatlıq əməkdaşı Sevda xanımıda aldadıb ki, ifadənizdə mənim adımı çəkməyin, mən sizi qurtaracam və işinizdə qalıb işləyəcəksiniz (həqiqətəndə Sevda xanım mühasibatlıqda bugünədək işləyir). Sonradan Akif Süleymanov mənimsədiyi məbləği ödəməkdən imtina edərək “müalicəyə” yollandı. Vəziyyəti belə görən Amil Mirzəyevdə aradan qeyb oldu (hazırda axtarışdadır və haqqında heç bir məlumat yoxdur).


Görəsən “müştəri yönümlü” proqramın həyata keçirilməsində, Azərbaycan Texnologiya Texnoparkının yaradılmasında Akif Süleymanovun, Vüqar İsmayılovun, Səbuhi Yusifovun katibələrinin və sürücülərinin, Rəfael Maçanovun və kürəkəninin rolu nədən ibarətdir? Məgər universitetin büdcəsi bu şəxslərin atalarından qalma mirasdır ki, onu katibələrinə, sürücülərinə, qohumlarına “alışma” etirlər?

Akif Süleymanovun sözlərində yalnız bir həqiqət var ki, o doğrudanda rektor təyin olunduğu gündən müştəri yönümlü işləyib. Onun müştəriləri isə yeni işə qəbul olunmaq istəyənlər (3000-5000 manat müqabilində 50 nəfərdən artıq laborant-texniki işçi), tələbə və valideynlər olmuşdur. Rektorluğu ərzində universitetin heç bir struktur bölməsinə heç bir dəftərxana ləvazimatı verilmədiyi halda, heç bir təmir işi aparılmadığı halda universitet büdcəsindən bu adla külli miqdarda pul silinib. Məhz ona görə də Əli Abbasovla Akif Süleymanov proqramlarına “müştəri yönümlü” adını qoymuşdular”.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt