Əsas Səhifə > Gündəm, Manşet > Canını qurtaran rektor indi neçə müəllimi işsiz qoymağa hazırlaşır...
Canını qurtaran rektor indi neçə müəllimi işsiz qoymağa hazırlaşır...2-01-2016, 10:39 |
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı yeni iddia ortaya çıxıb. Bu barədə Arqument.Az-a Gəncə sakini Sənan Əfəndiyev məlumat verib. Məlumata görə, Akif Süleymanov universitetdə kütləvi ixtisarlara qərar verib. Amma bu qərarın arxasında xüsusi maddi marağı da var: “Akif Süleymanov yeni pul yığmaq kampaniyasına başlayıb. İnsan resursları şöbəsinin müdiri Nofəl Salmanov və Tədris şöbəsinin müdiri Piri Axundova göstəriş verib ki, komissiya yaradıb Universitetin işcilərindən imtahan götürsünlər. Heç bir ali məktəbdə belə vəziyyət yoxdur. Akif Süleymanov bununla mesaj verib ki, 2016-cı ilin əvvəllərindən Universitetin bir çox əməkdaşı işdən azad olunacaq”.Şikayətçilər bildirirlər ki, rektorun oğlu Şamil Süleymanov universitetin bütün idarəetməsinə müdaxilə edir, istədiyi adamı işə götürür və ya işdən azad edir: “Rektorun oğlu Şamil Süleymanovun işə təyin etdiyi şəxslərin siyahısını da yaxın günlərdə açıqlayacağıq. Sanki bu ali məktəb ata və oğulun mülkiyyətidir. Universitetdə ikinci problemli adam, daha doğrusu, işçilər üçün təhlükəyə çevrilmiş şəxs Novəl Salmanovdur. Guya Türkiyənin “Uluduağ” Universtetinin İqtisadi və İdari bilimlər fakultəsini bitirib. Amma diplomunu nazirlik təsdiq etməyib. Akif Süleymanov isə belə bir adamı şöb müdiri vəzifəsinə qədər yüksəldib. Tədris şöbəsinin müdiri və əslən Salyan rayonundan olan Piri Axundov da Akif Süleymanovun “sağ əli”dir və bütün “qara işləri”ni bu şəxsə gördürür”. Müraciət müəlifləri yazırlar ki, Akif Süleymanovun əməlləri artıq heç bir əndazəyə sığmır. Belə ki, onun işçilərlə kobud və ziyalıya yaraşmayan hərəkətləri ciddi narazılıq yaradıb. Onların sözlərinə görə, bir müddət öncə Akif Süleymanov universitetin laborantlarından birini yanına çağıtdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Həmin laborant isə “Ayıbdır mənim ailəm var, siz mənim atam yaşdasınız, bu cür danışmaq sizə yaraşmaz” deyərək rektorun otağını tərk edib. Müraciətdə həmçinin Universitetin prorektorları barədə də ittihamlar səsləndirilib. Onların rüşvətxorluqla məşğul olduğu iddia olunur: “Rektorun oğlunun dostları – Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Elmi işlər üzrə prorektor Səbuhi Yusifov və İnsan resursları şöbəsinin müdiri Nofəl Salmanov tələbələrdən aldıqları rüşvətin hesabına özlərinə yaxşı şərait qurublar. Bu səlahiyyəti isə onlara Samil Süleymanov yaradıb”.Şikayətçilər baş verənlərlə bağlı Respublika Prokurorluğuna da müraciət ünvanlayacaqlarını bildiriblər. Qeyd edək ki, Akif Süleymanovu bu vəzifəyə sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təyin edib. Onun sabiq nazirə yaxın şəxs olduğu da iddia olunur. Belə ki, Süleymanovun sabiq nazirin sinif yoldaşı olduğu deyilir. Amma nazirin işdən çıxarılması və komandasının vurulmasına baxmayaraq, Süleymanov hələ də vəzifəsindədir. Yazıda adıçəkilən şəxslərin də möveyini dərc etməyə hazırıq. Geri qayıt |