Əsas Səhifə > Gündəm, Manşet > Nazirliklərdə kütləvi ixtisarlara start verildi
Nazirliklərdə kütləvi ixtisarlara start verildi30-12-2015, 09:21 |
Maliyyə böhranı hökuməti dövlət qurumlarında ixtisarlar həyata keçirməyə məcbur edib. İstiqlal.az-a daxil olan məlumata görə, artıq bütün nazirliklərə işçilərin 30 faiz ixtisara salınması barədə göstəriş verilib. Bildirilir ki, proses növbəti ilin mart ayına qədər çəkəcək. Məlumata görə, bəzi qurumlarda ixtisarlar struktur dəyişikləri ilə həyata keçiriləcək. Xəbərdə qeyd olunur ki, yalnız hüquq-mühafizə orqanları bu prosesdən kənarda saxlanılacaq. Geri qayıt |