Əsas Səhifə > Gündəm, Manşet > İqtisadiyyat və Sənaye Nazirliyi sələmçiləri “qoruyur”?
İqtisadiyyat və Sənaye Nazirliyi sələmçiləri “qoruyur”?26-12-2015, 09:31 |
SSRİ zamanında uzun müddət özəl sahibkarlıq fəaliyyəti qadağan idi. Lakin bu, o demək deyil ki, sahibkarlıq olmayıb. Bir çox fabrik və zavod direktorları gizli sexlər açır, bazara “levıy” məhsullar çıxarırdı.Yəqin ki, oxucularımızın çoxu Rasim Ocaqovun çəkdiyi “İstintaq davam edir” filmini xatırlayır. Filmdə qanunsuz bir sexin fəaliyyəti ilə bağlı istintaq prosesindən bəhs olunur və istintaq zamanı məlum olur ki, bu sexi nazirlərdən biri himayə edir. Bu yaxınlarda “Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərindən biri bizə bu şirkətin Gəncədəki filialının administrasiyasından göndərilən məktubu yönəldib. Məktubda deyilir: “Satdığımız məhsulların əksəriyyəti planşet və mobil telefonlardır. Biz IMEI kodunun bloklanması sisteminə qoşulmuşuq. Bu, o deməkdir ki, uzunmüddətli şərtlərlə bizdən mobil aparat alan müştəri müvafiq müqavilə əsasındakı borcunu ödəməzsə, onun IMEI kodu bağlanacaq. Bundan sonra isə onun mobil telefonu işləməyəcək”. Biz qərara gəldik ki, aydınlaşdıraq – doğrudanmı “Kontak Home”un Gəncədəki mağazasında uzunmüddətli ödəmə üsulu ilə mobil telefonlar satılır? Gəncə filialının əməkdaşı Rahim Yaqubov bu məlumatı təsdiqlədi. Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Qafqaznews.org-a bildirdi ki, Nazirlər Kabinetinin qərarı ilə, şirkətlər uzunmüddətli şərtlərlə məhsul sata bilərlər: “Lakin çox zaman satış kredit kimi həyata keçirilir, bu isə alıcıya məhsulun qiymətindən 30-40 faiz artıq başa gəlir”. E.Hüseynovun sözlərinə görə, mağazalar faktiki olaraq kredit təşkilatı rolunu oynayırlar ki, bu da, qanuna ziddir. “Biz bu yaxınlarda araşdırma apardıq və nəticədə bu kreditlərin ümumi məbləğini müəyyən edə bildik. Bu gün mağazaların verdiyi kreditlərin həcmi 1 milyard dollara yaxındır. Bu məbləğ pul dövriyyəsinə daxil edilmir”, – deyə AİB sədri vurğulayıb. O, AİB-in sədri bu məsələni dövlət qurumları qarşısında da qaldırmağa can atdığını qeyd edib. “Biz problemli kreditlər portfelinin azalmasını istəyirik”, – deyə eksper bildirib. E.Hüseynov mağazaların necə kredit verdiyini izah edib: “Alıcı mağazaya gəldiyi zaman, ona əsl qiyməti 400 manata olan hansısa məhsulu 800 manata sırıyırlar. Bu mağazalar malın həqiqi qiymətini ödəyən sələmçilərlə tandemdə işləyirlər. Daha sonra müştəri və mağaza arasında uzunmüddətli ödəniş haqqında müqavilə imzalanır. Faktiki olaraq, bu pullar sələmçiyə çatır”. Ekspertin fikrincə, bu, mağazalar üçün əlverişlidir: “Onlar məhsula görə pul alırlar. Banklardan alınan kreditlər öz əksini Mərkəzi Kreditlər Reyestrində də tapır. Əgər borclu başqa banka müraciət edirsə, ona reyestr əsasında imtina edirlər, çünki kredit ödəməyə qadir hesab olunmur. Mağazalarda alınan kredit isə reyestrə düşmür və bu borcu ödəyə bilməyən şəxs banklara müraciət etməli olur. O zaman isə müştərinin borcları artır”. E.Hüseynov əlavə edib ki, çox zaman müştəridən borcu ala bilməyən mağazalar əsasən idmançılar və keçmiş polis işçilərindən ibarət olan kollektor şirkətlərinə müraciət edir, onlar isə öz növbəsində pulu “orta əsrlər” üsulu ilə vətəndaşdan alırlar. “Biz bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat vermişik. Lakin nazirlik sələmçilərin qanunsuz fəaliyyətinə əngəl olmur”, – deyə AİB sədri vurğulayıb. Ekspert Vergilər Nazirliyinin bu məsələni yüksək qiymətləndirdiyini bildirib: “Ötən gün Vergilər Nazirliyində bu məsələni müzakirə etdik”. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib: “Mağaza müəyyən müddətə ödəniş şərtləri ilə mal sata bilər, lakin bir şərtlə ki, o mal mağazadakı qiymətə satılsın”. Eyyub Hüseynovun nazirliyə müraciəti ilə bağlı Qafqaznews.org əməkdaşının sualına isə Abbas Əliyev belə cavab verib: “Eyyub Hüseynovun bizə nə vaxt müraciət etdiyini mütləq öyrənəcəyik”. Geri qayıt |