Əsas Səhifə > Gündəm, Manşet > "İdeal-İ-İnşaat"ın payçılarına kimlər fırıldaq gəlib?

"İdeal-İ-İnşaat"ın payçılarına kimlər fırıldaq gəlib?


21-12-2015, 08:43
"İdeal-İ-İnşaat"ın payçılarına kimlər fırıldaq gəlib?
“İdeal-İ-İnşaat" MMC-dən narazı payçılar etiraz aksiyasına hazırlaşır. Bu barədə “Pravdainfo.org”a şikayətçi sakinlərin özləri məlumat verib. Qeyd edək ki, sakinlərin şikayəti “İdeal-İ-İnşaat" MMC-nin direktoru İsa Məmmədovun 10 ildir payçıları aldatmasıdır. Hansı ki, onlar aldıqları məmzillərin pulunu tam ödəsələr də mənzillərinə köçə bilmirlər. Hətta indi məlum olur ki, MMC sədrindən şikayət bir mənzilin bir neçə nəfərə satılması ilə bağlıdır. “Binanın tikintisini 10 ildir gözləməyimiz bir yana, mənzil aldığımız binada bir neçə mənzildə təkrar satış aşkarlanıb. Lakin şikayət etsək də prokurorluq bu faktı araşdırmır. Hətta bizim işimizə baxan prokuror binanı satlb-talayan İsa Məmmədovu saxlamır. O isə ölkəni tərk eytməyə hazırlaşır. Bunun qarşısı alınmalıdır."
Qeyd edək ki, İsa Məmmədob əslən Naxçıvandandır, əvvəllər saxta pul kəsməyə və digər əməllərinə görə istintaqa cəlb olunub, həbs edildiyi bildirilir.
Payçılar aksiyanı Prezident Administrasiyasının qarşısında etməyi planlaşdırır. Bu barədə əlavə məlumat veriləcək.

Geri qayıt