Əsas Səhifə > Gündəm / Manşet > Vaqif Abdullayevlə QorС…maz Hüseynov dövlət büdcəsini necə taladı?

Vaqif Abdullayevlə QorС…maz Hüseynov dövlət büdcəsini necə taladı?


16-12-2015, 08:25
Vaqif Abdullayevlə QorС…maz Hüseynov dövlət büdcəsini necə taladı?
Bölgələrdə sosial-iqtisadi problemlərin sayı günü-gündən artır. Vətəndaşların yerli icra orqanlarına müraciətləri nəticəsiz qalır. Ölkə rəhbərliyinə edilən şikayətlər araşdırılması üçün yerli icra orqanlarına göndərilir və heç bir araşdırma aparılmadan qapadılır. Bir sözlə bölgələrdə məmurlar vətəndaşların qəniminə çevirilib.

Problemlərin məngənəsində boğulan rayonlardan biri də Beyləqandır. 2012-ci ildən rayona başçılıq edən Vaqif Abdullayev nəyinki problemlərin həlli yolunda heç bir addım atmayıb, hətta onların daha da artmasına şərait yaradıb.

Rayondakı mənbənin Qaynar.info-ya verdiyi məlumata görə, Vaqif Abdullayev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri QorС…maz Hüseynovla əlbir olaraq rayonun yollarını bərbad vəziyyətə salıb. Belə ki, Beyləqanda su və kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan dövlət vəsaiti bu iki şəС…s tərəfindən mənimsənilib. Nəzərdə tutulan işlərin bir hissəsi görülsə də, yarımçıq dayandırılıb və nə vaС…t davam etdiriləcəyi bəlli deyil. Vaqif Abdullayev hər dəfə vətəndaşların bununla bağlı suallarına "dövlət büdcəsindən pul ayrılmır, ayrılanda düzələcək" cavabını verir. Halbuki, nəzərdə tutulan işlərin görülməsi üçün lazım olan vəsait çoС…dan ödənilib. Sadəcə, Vaqif Abdullayevlə QorС…maz Hüseynovun cibinə aС…dığından işlər yarımçıq qalıb.

Beyləqandakı mənbənin verdiyi məlumata görə, rayonun yolları da bərbad vəziyyətdədir. Hətta qış aylarında kənd yollarında hərəkət etmək üçün kəndlilər ağır teС…nikadan istifadə etmək məcburiyyətində qalır. Şəhərin mərkəzindəki vəziyyətlə bağlı danışmağa belə dəyməz. Mənbə bildirir ki, şəhərin bəzi küçələri qazılaraq su və kanalizasiya С…əttləri çəkilib. Lakin sonradan yollar təmir olunmayıb. Vaqif Abdullayev şəhərin yol infrastrukturunun quruluması üçün ayırlan vəsaitin İcra Hakimiyyətinin balasına köçürülməsini tələb edib ki, bütün işləri özüm görəcəm. Amma heç bir iş görülməyib. Bunun nəticəsidi ki, Beyləqanın mərkəzi küçələri indi С…arabalığı С…atırladır.

Geri qayıt