Əsas Səhifə > Gündəm, Manşet > İran parlamentindən Azərbaycana qarşı təxribat...
İran parlamentindən Azərbaycana qarşı təxribat...11-12-2015, 08:46 |
DİA.AZ: - NArdaran olaylarının arxasında xarici qüvvələrin dayandığı artıq şəkksizdir. Elə İrandan bu olayla bağlı bir-birinin ardından gələn reaksiyalar, Nardaranda baş verən hadisələri fərqli ampluada təqdimetmə cəhdləri bütün bu eybəcərliklərin arxasında fars-molla rejiminin dayandığını bir daha təsdiqləmiş olur. DİA.AZ xatırladır ki, əslində fars-molla rejimi bu yolla bir müddət əvvəl Güney Azərbaycanda iran telekanalında Azərbaycan türklərinin təhqir olunmasına etiraz olaraq baş verən hərəkətlənmələrə sanki cavab verirmiş kimi göründü. Molla rejimi elə təxmin edir ki, Güney Azərbaycan türklərinin ayaqlanmasında Bakının da iştirakı var. Və elə bu səbəbdən də Nardaranda baş verən olaylarda İranın iştirakı aşkar şəkildə ortaya çıxmış oldu. İndi də davam edir. İranın "Qafqaz" Mədəniyyət mərkəzinə aid internet qəzetində bir qrup iran parlamentarisi adından bir müraciət yayılıb ki, bu, əslində mədəni dildə ifadə etsək, İranın Azərbaycanın daxili işlərinə qarışması, olduğu kimi ifadə etsək, fars-molla rejiminin növbəti yekəbaşlığıdır. Həmin məlumatı dia-az.life olaraq olduğu kimi diqqətinizə təqdim edirik: "İslami Şura Məclisinin nümayəndələri bəyanat verərək Azərbaycan dövlətinin Nardaran şiələrini şəhid etmələrini məhkum edib və insan hüquqları təşkilatlarından bu mövzunu araşdırmasını istəyib.. Bəyanatda deyilir: İmam Hüseynə (ə) əzadarlıq günlərində Azərbaycanın, xüsusən də Nardaranın şərəfli və vilayətçi əhalisi İslam-şiə müqəddəs şüarlarından ilham alaraq əzadarlıq etdikləri zaman Azərbaycanın polis-təhlükəsizlik qüvvələri ölkənin bir neçə bölgəsinə, əsasən də Nardaran qəsəbəsinə hücum etmiş, bir neçə mömini şəhid etmiş, onlarla dindarı da saxlamış və həbs etmişdir. Ortaya çıxan sual budur ki, hətta qeyri-müsəlmanların imam Hüseyn (ə) əzasında azadcasına iştirak etdiyi günlərdə – bunun nümunəsini böyük Ərbəin hərəkatında də şahid olduq – Azərbaycanın zahirən müsəlman dövləti nə üçün Nardaran əhalisi üçün bu haqqı qəbul etmirlər? Azərbaycan ölkəsində Amerika, İsrail nökərləri, homoseksuallar azaddırlar, qumarxanalar və şərab içilməsi hətta məhərrəmlik günlərində də azaddır, lakin Əliyyibni Əbi Talib (ə) şiələrinə öz ibadət mərasimlərini də yerinə yetirməyə icazə verilmir. Biz İran İslam Respublikasının azərilər yaşayan əyalətlərinin nümayəndələri Azərbaycan dövlətinin bu uyğunsuz hərəkətini pisləyir və dünyanın bütün insan hüquqları təşkilatlarından dövlətin insan hüquqlarını pozması və möminləri şəhid etməsi hərəkətini araşdırmasını istəyirik. Həmçinin, Birləşmiş Millətlər Təşkilatından istəyirik ki, Nardarana faktaraşdırıcı missiya göndərsin və Bakı dövlətinin Nardaran şiələrinə qarşı vəhşicəsinə hərəkəti barədə raport hazırlasın". Geri qayıt |