Əsas Səhifə > Gündəm, Manşet > Apellyasiya məhkəməsinin hakimi üçün qanunlar əsas deyilmiş
Apellyasiya məhkəməsinin hakimi üçün qanunlar əsas deyilmiş10-12-2015, 08:43 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən hüquqi nümayəndə Məmməd Həmidov Apellyasiya Məhkəməsindəki süründürməçilikdən giley edir. Məmməd Həmidov DİA.AZ-a yazır: "Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rüstəmov Ali Məhkəmənin Mülki Kollegiyasının 15 sentyabr 2015-cinil tarixli, iş N- 2(102)-2473 saylı Qərarı qanuni qüvvəsinə minsə də icrasına qəsdən əməl edilmir. Ona görə ki, Qobustan rayonu Nərimankənd kənd sakinlərinin özəl mülkiyyəti hesab olunan pay torpaqları 2004-cü ildən başlayaraq bir hissəsi fiziki şəxslərə Qobustan rayon İcra Hakimiyyətinin başçısı və Qobustan şəhər bələdiyyəsinin sədri tərəfindən özbaşına satılmış, bir hissəsi isə dövlət obyektlərinin tikintisi üçün istifadə edilmişdir. Ali Məhkəmənin ədalətli qərarı isə hakim Elman Rüstəmov tərəfindən nədənsə icra edilmir. Ümid edirik ki, aidiyyatı təşkilat rəhbərləri sumqayıt Apellyasiya məhkəməsi hakiminin qanunazidd hərəkətləri barədə tezliklə qanunamümüvafiq tədbirlər görəcəkdir". dia-az.life olaraq Həmidovun müraciətində yer alan şikayət məktubunu olduğu kimi təqdim edirik: "Qobustan rayonu, Nərimankənd kənd sakinlərindən iddiaçılar-Əlikram Cahangirovun, Namiq Alkişiyevin, Mirəli Şıxəliyevin, Elman Məmmədovun, Abdullayev Tofiq və Babayar Hümbətovun nümayəndəsi Həmidov Məmməd Əhməd oğlu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rüstəmovun qanunazidd hərəkətlərindən Ş İ K A Y Ə T İddiaçılar – Cahangirov Əlikram İsmi oğlunun mülkiyyətində olan 60 sot torpaq sahəsi zəbt edilmiş, Alkişiyev Namiqin mülkiyyətində olan 48 sot torpaq sahəsi.Hümmətov Rəfail Babayar oğlunun mülkiyyətində olan 48 sot torpaq sahəsi, Məəmədov Elman Rüstəm oğluna məxsus 48 sot torpaq sahəsi, Şıxəliyev Mirəli Nuralı oğluna məxsus 72 sot torpaq sahəsi iddiaçıların xəbəri və razılığı olmadan cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinin qanunsuz göstərişilə 2004-cü ildə zəbt olunub. Digər cavabdeh Qobustan Şəhər Bələdiyyəsinin qərarları ilə iddiaçılara məxsus torpaq sahələri hissə-hissə satılıb və mənimsənilib. Yəni, iddiaçılar mülkiyyətlərindən məhrum ediliblər. Bununla bağlı şikayətçılər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişlər və onların şikayətlərinə ƏRİZƏ N- 75533/11 ABDULLAYEV and others v. AZERBAİJAN və ƏRİZƏ N- 73530/11 JAHANGİROV and others v. AZERBAİJAN qovluq nömrəsi verilmiş və hal-hazırda Avropa Məhkəməsində baxılmaqdadır. Şikayətçilər Qobustan rayon icra Hakimiyyətinə və Qobustan Bələdiyyəsinə qarşı “Dövlət ehtiyacları üçün mülkiyyətin özgənikiləşdirilməsi zamanı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışlar. İddiada cavabdehlər iddiaçılara məxsus torpaqların mənimsənilib müxtəlif dövlət idarələrinə və vətəndaşlara verdiklərinə görə bütün məsuliyyəti daşımalı olduqları qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qətnaməsilə cavabdehlər Qobustan rayon İcra Hakimiyyəti və Qobustan bələdiyyəsi tərəfindən müştərək qaydada Cahangirov Əlikrama dövlət qurumları tərəfindənistifadə olunan 0,234 ha torpaq sahəsinə görə 14040 manat, Elman Məmmədova 0.15 ha torpaq sahəsinə görə 9000 manat, Alkiyşiyev Namiqə dövlət qurumları tərəfindən istifadə olunan 0,196 ha torpaq sahəsinə görə 11760 manat, Şıxəliyev Mirəliyə 0.267 ha torpaq sahəsinə görə 16020 manat ödənilməsi, Abdullayev Tofiq və Babayar Hümbətovun iddialarının isə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər AR Maliyyə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan Bələdiyyəsinin kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI ilə təmin edilməmiş, iddiaçıların kassasiya şikayətləri isə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105) -03 saylı 29 yanvar 2015-ci il tarixli iddianın təmin edilməyən hissələrində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Çox təəssüflər olsun ki, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI indiyədək Sumqayıt Apellyasiya məhkəməsinin sədrlik edən hakimi Elman Rəhimov tərəfindən qəsdən icra edilmir.(icra vərəqəsi verilmir) Hakim Ali Məhkəmə Qərarının icra edilməli olan hissəsinin icraatına imkan verməməsinin səbəblərini də izah etməkdə çətinlik çəkir. Xahiş edirik hakim Elman Rəhimova hazırda qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARInın icra olunması üçün süni maneçilik törətməsinin qanunazidd olmasını izah edəsiniz". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |