Əsas Səhifə > Gündəm / Manşet > "Azəriqaz" iş adamının 453 min manatını mənimsəyib

"Azəriqaz" iş adamının 453 min manatını mənimsəyib


1-12-2015, 09:58
"Azəriqaz" iş adamının 453 min manatını mənimsəyib
"AzəriqazВ» İstehsalat Birliyi ilə sahibkar arasında prloblem yaranıb. Problemə səbəb В«AzəriqazВ»ın verdiyi sifarişi yerinə yetirən iş adamının pulunun ödənilməməsidir.

İş adamı Faiz Əliyev bildirib ki, 2013-cü ilin fevralından oktyabr ayına qədər В«AzəriqazВ» İB-də В«AZFİNВ» MMC-nin subpodratçısı kimi işləyiblər. Aldıqları sifarişin ümumi məbləği 573 min manat olub. Bu pulun 20 min manatı isə qaz sayğaclarının quraşdırılması üçün nəzərdə tutulub.

İş adamı qeyd edir ki, o, subpodratçı kimi Salyan rayonunun Boranıkənd, Dayıkənd və Seyidlər kəndlərinin qaz çəkilişini evlər də daxil olmaqla tam həyata keçirib. В«Amma mənə nəzərdə tutulan pulun yalnız 120 min manatı ödənilib. O da hissə-hissə verilib. Yerdə qalan 453 min manatı hələ də ala bilmirəmВ».

Faiz Əliyev deyir ki, Salyanın 3 kəndinin qazlaşdırılması prosesini şəxsi vəsaiti hesabına həyata keçirib. В«Həmin xərclər şəxsi imkanlarım hesabına çəkilib. Ən acınacaqlı hal odur ki, bu işlərin baş podratçısı olan В«AZFİNВ» MMC-yə müraciət etsək də, bizə cavabında bildiriblər ki, В«AzəriqazВ» onlara pul vermədikləri üçün ödənişi həyata keçirə bilmirlərВ».

İş adamı yazır ki, В«AzəriqazВ» İB və В«AZFİNВ» MMC-nin ona ödəniləcək 453 min manatı verməməsi şəxsi üçün ciddi problemlər yaradıb. Faiz Əliyev bildirib ki, iş gördüyü zaman xərclədiyi pulların bir qismini borc alıb. В«İşləri yekunlaşdırmaq üçün pulun bir hissəsini borc almışam. Və borc alarkən də В«AzəriqazВ»la В«AZFİNВ»in ödəyəcəklərinə ümid etmişəm. Lakin adlarını çəkdiyim hər iki şirkət pulu ödəmədikdə borclu olduğum şəxslərlə problemlərim yarandı. Nəticədə, bu gün iki şirkətin səriştəsizliyi və mənə qarşı mövqeyi şəkər xəstəliyinə tutulmağıma və hipertoniyadan əziyyət çəkməyimə gətirib çıxarıbВ».

Faiz Əliyev sonda Prezident İlham Əliyevə müraciət edərək, ondan kömək istəyib. Sahibkar ölkədə iş adamları üçün münbit şəraitin yaradıldığını qeyd edərək, dövlət başçısının iş adamları ilə əlaqəli son çıxışının da bir çoxları üçün dərs olmadığını vurğulayıb. В«Cənab Prezident, mən Sizə güvənir və inanıram ki, qısa müddətdə məsələ ilə bağlı tədbir görüb, mənə çatacaq vəsaitin ödənilməsi üçün göstəriş verəcəksinizВ».

Geri qayıt