Əsas Səhifə > Gündəm, Manşet > “Dəmir Bank”ın işçiləri yenə qoçuluq edirlər...
“Dəmir Bank”ın işçiləri yenə qoçuluq edirlər...19-11-2015, 09:27 |
Vətəndaşların banklara olan borcu günü-gündən artır. Məlum səbəblər üzündən banklarda yığılıb qalan borcları odəyə bilməyən vətəndaşlarla bank əməkdaşları arasında bəlli problemlər yaranır. Ən qəribə məqam odur ki, banklar borcunu ödəyə bilməyən vətəndaşı qanunun tələblərin uygun olaraq məhkəməyə vermir. 90 gün gecikmədən sonra məhkəməyə müraciət etməli olan bank çıxış yolu kimi sərt danışıq, təhqirlərə əl atmaqda görür. Bu isə onlara qarşı cinayət məsuliyyəti yaradır. Belə hallara daha çox “Dəmir Bank”da rast gəlinir. Bizimxeber.az-a müraciət edən vətəndaş bildirir ki, “Dəmir bank”a borcu olan, lakin hazırda ödəmək imkanları olmayan vətəndaşların özləri və ailə üzvləri təhqir olunur. Bankın bir qrup əməkdaşı vətəndaşlara zəng edərək onları ölümlə hədələyirlər – “Gəlib öldürərik, belə yandırarıq” kimi ifadələri işlətməkdən çəkinməyən bu əməkdaşların kimliyini araşdırmaq mümkün deyil. Butun bunların fonunda “Dəmir Bank” niyə qanuni şəkildə pulunu tələb etmir? Görünür, 10 milyon pulun yoxa çıxdığı “Dəmir Bank”da vəziyyət daha ciddir… Araşdırmalarımız davam edir… Geri qayıt |