Əsas Səhifə > Gündəm, Manşet > İndi də Fazil Məmmədovun müavininin həbsi xəbəri yayılıb...
İndi də Fazil Məmmədovun müavininin həbsi xəbəri yayılıb...17-11-2015, 09:00 |
Vətəninfo.az-a daxil olan məlumata görə, Azərbaycan respublikası vergilər nazirinin müavini Natiq Əmirov həbs edilib. Daxil olan məlumatda iddia edilir ki, Natiq Əmirovun həbsinə səbəb iş adamlarına qarşı haqsızlıqlar və reket Eldar Mahmudovla əlbir olması göstərilir. Qeyd edək ki, ötən gün istiqlal.az saytı nazir Fazil Məmmədovun tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı da xəbər yayıb. Əgər Natiq Əmirovun həbsi iddiası doğrudirsa, o zaman həbs prosesi VN-nə sıçramış oldu. Bir müddət əvvəl isə iş adamlarının qənimi Vidadi Məmmədov da məhz VN-nin ən bərkgedən generallarından biri olaraq Eldar Mahmudov çetesi ilə əlaqələri nədənindən a həbs edilib. DİA.AZ bildirir ki, dünəndən yayılan bu xəbərlər bağlı hələlik nə təkzib, nə də ki təsdiq almaq mümkün olmayıb. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |