Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovun kadır sabiq şefinin üsullarından vaz keçmir

Eldar Mahmudovun kadır sabiq şefinin üsullarından vaz keçmir


12-11-2015, 08:24
Eldar Mahmudovun kadır sabiq şefinin üsullarından vaz keçmir
Bir neçə gün əvvəl “MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizov köhnə qayda ilə “aylıq” yığır” başlıqlı məqalə dərc etmişdik. Qısaca bildirək ki, son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən dəhşətli olaylara baxmayaraq MTN-nin Tərtər rayon şöbəsinin rəisi Anar Əzizov öz əməllərini davam etdirir. Beləki Anar Əzizov köhnə ənənə ilə Tərtər rayonunda rəhbər vəzifədə işləyən şəxslərdən hər ay aldığı aylıqları noyabrın 3-də təcili tələb edib. Hətta rayonda rəhbər vəzifələrdə çalışan şəxslər ona cavab olaraq bildiriblər ki, axı keçən ayın 17-dən sonra aylıq məsələləri bitib…

Ancaq Anar Əzizov onlara cavab olaraq bildirib ki, məsələləri qarışdırmayın, bu işin o biri işə heç bir dəxli yoxdur. Onu da qeyd edək ki, məlumatı verən mənbə bildirdi ki, Tərtərdə vəzifəyə təyin olunan bir rəhbər şəxs var ki, o həqiqətən də heç kimdən rüşvət almır. Həmin şəxs ilk gün vəzifəyə təyin olunanda Anar Əzizov onunla profilaktik söhbət apararaq ona izah edib ki, o nə qədər təmiz işləsə də lazım gəlsə onu başqa yolla ilişdirə bilər. Sonda həmin vəzifəli şəxs məcbur olub öz anasının pensiya kartını Anar Əzizova verib ki, o hər ay o kartdan pul çıxartsın. Tərtər rayonu ilə əlaqə saxladıq və bəlli oldu ki, Anar Əzizov həqiqətən də rayonun vəzifəli şəxslərindən aylıqları köhnə qayda ilə tələb edib. …Biz düşünürdük ki, məqalənin dərcindən sonra Anar Əzizov öz işində dönüş yaradar və rayonun rəhbər heyətindən aylıq haqq tələb etdiyinə son qoyar. Ancaq redaksiyamıza Tərtər rayonundan yeni məlumat daxil olub.

Qafqaznews.az -a verilən məlumatda bildirilir ki, noyabr ayının 8-də Anar Əzizov yenidən rayonun vəzifəli şəxslərinə zəng edərək onlardan bayramqabağı aylığın yığılmasını tələb edib. Bundan dəhşətə gələn rayonun vəzifəliləri öz narazılıqlarını bildiriblər. Onların narazılığını eşidən Əzizov rayondakı öz qulbeçələrinə tapşırıq verib ki, ondan narazı qalanların ətrafında gizli çəkilişlər aparıb ona təqdim etsinlər. Dərc etdiyimiz birinci məqalədən sonra Anar Əzizovun keçmiş işçisi bizimlə əlaqə saxlayaraq bildirdi ki, Anar Əzizov əslən gəncəlidir və o Ağdamın icra başçısı Raqub Məmmədovun bu rayonda davamçısıdır, hətta Raqub Məmmədovun xeyir duası ilə bu vəzifəyə təyin olunub. Anar Əzizovun keçmiş işçisi bizimlə söhbətində bildirdi ki, Anar Əzizovun MTN-nin sıralarında xidmət etdiyi 7 ildən çox deyil və o az müddətdə MTN-in Tərtər şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Keçmiş əməkdaş sonda onu da bildirdi ki, Anar Əzizov şöbə rəisi təyin olunan gündən rayondakı vəzifəli şəxslərə bildirib ki, bu vəzifəyə təyin olunmaq üçün 150 min pul verib və tez bir vaxtda verdiyini çıxartmalıdır. Digər rayon sakinləri də bizim əməkdaşımızla söhbət zamanı söylədi ki, Anar Əzizov Raqub Məmmədovun bir yadigarı kimi bu rayona şöbə rəisi təyin olunub. Araşdırmamız davam edir, bizi izləyin.

Geri qayıt