Əsas Səhifə > Gündəm, Manşet > Bəh, bəh... burada təhsildən başqa nə desən var...

Bəh, bəh... burada təhsildən başqa nə desən var...


5-11-2015, 08:29
Bəh, bəh... burada təhsildən başqa nə desən var...
Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ( qısaca Rabitə Kolleci ) ilə bağlı Qafqaznews.az-ın redaksiyasına ilginc məlumatlar daxil olub. Məlumat üçün bildirək ki, əvvəllər bu kollec Nəqliyyat Nazirliyinin tabeçiliyində olub və son illər Təhsil Nazirliyinə tabe olub. Daxil olan məlumatdan bəlli olir ki, kollecdə müəllim işləyən Xəlil Süleymanov Təhsil Nazirliyindəki bir qrup məmurla əlbir olaraq kollecin ərazisindən 20 sot torpağı özəlləşdirərək həmin ərazidə kafe və Mobil-1 adlı avtoservis açıb.

Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə Xəlil Süleymanovun arxasında dayanıb ona qanunsuz özəlləşmədə sponsorluq edən şəxs “Aztelekom”un rəhbəri Məhəmməd Məmmədov olub. Məlumat üçün onu da bildirək ki, Məhəmməd Məmmədovun dövlət büdcəsinbdrnkdən Aztelekom-a ayrılan 25 milyon manat pulu mənimsəməsi və xarici ölkələrdə özünə obyektlər tikdirməsi barədə ölkə mətbuatında həmişə yazılar dərc olunub.

Mənbə onu da qeyd edir ki, Xəlil Süleymanov Məhəmməd Məmmədovdan təxminən 300 min manat pul alaraq özəlləşmə üçün pul verib. Bir neçə il əvvəl kollecin qeyri-qanuni özəlləşən ərazisini, yeni təyin olunan direktor geri qaytarmaq istəyib. Və hətta buna nail olmaq səviyyəsinə çatıb. Ancaq Xəlil Süleymanov və onun havadarı-sponsoru Məhəmməd Məmmədov bunun qarşısını ala bilib. Mənbənin verdiyi məlumata görə kollecin ərazisi Təhsil Nazirliyində çalışan bir qrup məmurun marağı nəzərə alınmaqla Xəlil Süleymanovun adına qeyri-qanuni özəlləşib. Araşdırmamız davam edir, bizi izləyin.

Bəh, bəh... burada təhsildən başqa nə desən var...
Bəh, bəh... burada təhsildən başqa nə desən var...
Bəh, bəh... burada təhsildən başqa nə desən var...





Geri qayıt