Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət yeni "təmizləmə dönəmi"nin start düyməsini basır...

Hakimiyyət yeni "təmizləmə dönəmi"nin start düyməsini basır...


2-11-2015, 08:55
Hakimiyyət yeni "təmizləmə dönəmi"nin start düyməsini basır...
Seçkidən dərhal sonra iri ranqlı məmurların kütləvi həbsinə başlanılacaq. Həbslər “MTN işi”nin davamı olacaq, əksər nazirlikləri və dövlət komitələrini əhatə edəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən xəbər daxil olub.
Mənbənin məlumatına görə, həbs edilənlər sırasında nazir və nazir müavinlərinin də olacağı gözlənilir: “Bu həbslər ən çox korrupsiyalaşmış strukturları əhatə edəcək. Yeni anti-korrupsiya dalğasının qurbanları bu dəfə iri ranqlı məmur korpusunu vuracaq. Sürpriz həbslər gözlənilir. Bu həm də prezident İlham Əliyevin yeni komanda formalaşdırmaq və iqtisadi islahatlara getmək istiqamətində hazırlıqların başlanğıcıdır. İlk dalğanın qurbanı istisnasız olaraq oliqarxlar olacaq. Oliqarxiya artıq siyasi hakimiyyət üçün virus rolunu oynayır. Oliqarxların texnokratlarla əvəzlənməsi gözlənilir”.
Mənbənin sözlərinə görə, son vaxtlar prezidentin demək olar ki, bütün çıxışlarında sahibkarların təqib olunmasına toxunması təsadüfü deyil: “Korrupsiyalaşmış strukturlar prezidentin iradəsinə zidd olaraq yoxlamaları dayandırmaq niyyətində deyillər. Nazirliklər yoxlamaları dayandırdıqları ilə bağlı bəyanatlar versələr də, faktiki olaraq iş adamlarını təqib etməkdə davam edirlər. Hətta bəzi qurumlar daha da aqressivləşib. Ona görə də, iri ranqlı məmurların həbsi, struktur və kadr islahatı qaçılmaz prosesə çevrilib. Postneft dövründə mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin açılması hökumət üçün ən prioritet məsələyə çevrilməkdədir. Ona görə də neft komandasını postneft dövründə yeniləri ilə əvəzləmək zərurəti yaranıb”.
Mənbə həbsi gözlənilən iri ranqlı məmurların adlarını çəkməsə də, siyahının geniş və rəngarəng olacağını deyir: “Siahıda nazirlərin də, komitə sədrlərinin də, icra başçılarının da adı var. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun qudası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də həbs ediləcək şəxslər siyahısına daxildir”.

Geri qayıt