Əsas Səhifə > Gündəm, Manşet > “AZFEN-TEKFEN” şirkətinin fəhlələrini əlavə iş görməyə məcbur edirlər?

“AZFEN-TEKFEN” şirkətinin fəhlələrini əlavə iş görməyə məcbur edirlər?


31-10-2015, 13:25
“AZFEN-TEKFEN” şirkətinin fəhlələrini əlavə iş görməyə məcbur edirlər?
28 okytabrda Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı olan ayrı-seçkiliyə etiraz olaraq bu günlərdə aksiya keçiriblər.
Bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansı rəhbərliyi müdaxilə etdikdən sonra fəhlələri sakitləşdirmək mümkün olub.
Xəbərə görə, aksiya ilə bağlı SOCAR təmsilçiləri fəhlələrin iş yerinə gələrək şirkət rəhbərliyi ilə görüşüblər. M.Qəhrəmanlı fəhlələrin dünən işə buraxılmadıqlarını, araşdırma getdiyi üçün çərşənbə günü də işə buraxılmayacaqlarını söyləyib.
Komitə sədrinin sözlərinə görə, fəhlələrin etirazına səbəb Cem adlı (soyadı bilinmir, dəqiqləşdirə bilmədik) türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə münasibətdə yol verdiyi kobudluq və ayrı-seçkilikdir.
M.Qəhrəmanlı TEKFEN-AZFEN Alyansının “Şahdəniz-2” layihəsində BP-nin tərəfdaşı kimi çıxış etdiyi üçün baş verən hadisəyə görə BP-nin də məsuliyyətli olduğunu deyib. Bundan əlavə, komitə sədri Dövlət Neft Şirkətinin də məsuliyyəti olduğunu xatırladaraq qurumu nəzarəti həyata keçirməməkdə ittiham edib. (contact.az)
Məsələ ilə bağlı neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin rəhbəri Cahangir Əliyev qafqaznews.org-a bildirib ki, onun təşkilatı fəhlələrin narazılığının səbəbini araşdırır: “Yeni rəhbərlik fəhlələrin çay fasiləsini ixtisara salıb. Rəhbərilik nizam-intizam yaratmaq istəyir. Bu isə narazılıq yaradır. Biz işin araşdırılmasına tapşırıq vermişik”.
Mövzu ilə bağlı Mirvaскачанные файлыri Qəhrəmanlı qafqaznews.org-a bildirib ki, mən Cahangir Əliyevə məsləhət görərdim ki, kabinetindən çıxıb fəhlələrlə görüşsün: “ Yeni rəhbərlik fəhlələrin hüquqlarını pozur. Əlavə iş görülməsini tapşırsa da əlavə əmək haqqı vermir. Əvvəllər fəhlələrə 2 saatdan bir 15 dəqiqə dincəlmək imkanı verilirdi. Hazırda bu ləğv olunub”.
contact.az-ın məlumatına görə, SOCAR-ın əməkdaşları narazılığı aydınlaşdırmaq üçün araşdırma aparıblar.
Məsələ ilə bağlı SOCAR-ın fikrini öyrənməyə çalışsaq da qurumdan imtina etdilər.
Biz baş verənlərlə bağlı Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin fikirlərini öyrənməyə çalışdıq. O, qafqaznews.org-a bilıdirdi ki, Milli Məclisə seçkilərlərlə bağlı hazırda Naxçıvandadır: “ Mən vəziyyəti araşdırıb sizə məlumat verəcəm”.
Neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin sosial şöbəsinin müdiri Ramil Əliyev isə bizə bildirdi ki, ARDNŞ-nin və ona məxsus qurumların hamısında həmkarların özək təşkilatları var: “ Bu qurumlar kollektivlə müqavilə bağlayır. Sonra biz onları qeydiyyatdan keçiririk. “TEKFEN-AZFEN”in həmkarları bizim komitədə qeydiyyatdan keçməyib, biz onların işinə qarışa bilmərik. Həm də əcnəbi şirkətlərin işçilərinin çoxu həmkarların üzvü deyil”.
Belə olan halda görəsən hansı əsasla məsələni araşdırmaq üçün göstəriş verib..?
Suala cavab tapmaq üçün yenidən Cahangir Əliyevlə əlaqə yaratmağa çalışsaq da bu mümkün olmadı.

Geri qayıt