Əsas Səhifə > Gündəm, Manşet > Ağdamın icra başçısı postu necə ələ keçirilib, necə idarə olunur
Ağdamın icra başçısı postu necə ələ keçirilib, necə idarə olunur23-10-2015, 08:11 |
DİA.AZ: - Redaksiyamıza Ağdamın icra başçısı Raqub Məmmədovla bağlı ilginc informasiyalar daxil olub. DİA.AZ olaraq həmin materialı təqdim edirik: “Sabiq MTN şefi Eldar Mahmudovun vasitəçiliyi ilə 16.04.2014-cü il tarixdə Ağdama İcra Başçısı təyin olunmuş Raqub Məmmədov rayonda bəzi idarə-müəssisə rəhbərlərinin telefon danışığını izlətdiyi ilə bağlı ciddi söhbətlər gedir. Ağdam şəhər nümayəndəsi Zabil Mehdiyevin xanım dostu ilə telefon danışığını izlətdirərək Zabil Mehdiyevin 30 min manat pulunu almışdır. Məlumat üçün bildirək ki, Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovun qumar oyununu gizli şəkildə çəkdirərək Prezident Administarsiyasına ötürmüş, həmin hadisədən sonra Nizami Sadıqov vəzifəsindən uzaqlaşdırılmış və Raqub Məmmədov Ağdama İcra Başçısı təyin olunmuşdur. Qeyd edək ki, oxşar hadisə 15.09.2015-ci il tarixdə rayonun Baharlı-2 qəsəbə tam orta məktəbinin direktoru Elməddin Məmmədovun başına gətirilmiş, nəticədə Elməddin Məmmədovun 20 min manat pulu alınaraq məktəb direktoru vəzifəsindən azad olunmuşdur. Məlumat üçün bildirək ki, Elməddin Məmmədovun iş otağında rayonda adı yaxşı hallanmayan bir xanım vasitəsi ilə səs yazısı yazılmış, bundan sonra Elməddin Məmmədov şantaj edilmişdir. Həmin işin müqabilində həmin xanımın Baharlı-2 qəsəbə məktəbinə müəllim kimi əmri verilmişdir”. Daha sonra dia-az.life-a daxil olan materialda qeyd olunur: “Ağdama İcra Başçısı təyin olunandan Raqub Məmmədov ağdamlılar arasında “Don Juan” olaraq hallandırılır. Buna səbəb Raqub Məmmədovun şəxsi münasibətlər zəminində xanım kadrlara üstünlük verməsidir. Qeyd edək ki, İcra Başçısı hazırda bu münasibətlər əsasında Ağdam Təhsil şöbəsinə müdir təyin etmək istədiyi Misirxanova Mətanət Səhrad qızından 300 min manat pul almışdır. Məlumat üçün bildirək ki, Mətanət Misirxanova Quzanlı qəsəbə uşaq bağçasının müdiri vəzifəsində işləyir. Belə bir məqamda sual yaranır Ağdam təhsil şöbəsinin tabeliyində 140 məktəb fəaliyyət göstərdiyi halda, 140 məktəb direktorundan təhsil şöbəsinə müdir yarayanı olmadı ki, uşaq bağçasının müdiri bu vəzifəyə layiq görüldü?. Məlumat üçün bildirək ki, Raqub Məmmədovun əməllərindən narazı qalan bir qrup sakin keçmiş MTN şefi Eldar Mahmudovla iş birliyinə görə Prezident Administrasiyasına getməyə hazırlaşırlar”. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |