Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədovun çevrəsində cücərən oliqarxiya...

Ziya Məmmədovun çevrəsində cücərən oliqarxiya...


20-10-2015, 08:50
Ziya Məmmədovun çevrəsində cücərən oliqarxiya...
Artıq hər kəsə bəllidir ki, son zamanlar Nəqliyyat Nazirliyinin, eləcə də Ziya Məmmədovun fəaliyyəti ölkə mətbuatı, həmçinin ekspertlər tərəfindən tutarlı arqumentlər əsasında tənqid olunur. Çünki dövlət büdcəsindən sözügedən quruma ayrılan vəsaitlərin böyük bir hissəsi təyinatı üzrə xərclənmədiyindən ölkənin yol infrastrukturunda, eyni zamanda sərnişin nəqliyyat sistemində ciddi irəliləyişlər müşahidə olunmayıb. Belə ki, yeni tikilər körpülər, istifadəyə verilmiş yollar qısa zaman ərzində bərbad hala düşür.

Sərnişin nəqliyyat sistemində çalışan sürücülərin əksəriyyətinin peşəkarlıq səviyyəsi isə demək olar ki, sıfıra yaxındır. Əldə etdiyimiz bilgilərə görə, vəziyyətin bu həddə gəlib çatmasına görə əsas məsuliyyət nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, sözügedən nazirliyin Qara Muradı kimi tanınan şəxsin üzərinə düşür.

Qara Muradın bacanağının yüksək vəzifədə çalışdığını qeyd edən mənbə iddia edir ki, adıçəkilən şəxs Ziya Məmmədovun ən yaxın kadrlarından biri hesab olunur: "Deyilənlərə görə, Nəqliyyat Nazirliyinin Qara Muradının bacanağı yüksək vəzifədə təmsil olunur. Məhz elə buna görə də bacanağının himayəsinə arxalanan Qara Murad Nəqliyyat Nazirliyində ən gəlirli sahələri nəzarətində saxlamağa müvəffəq olub. O, tabeliyində olan işçilərlə kobud davranmaqla yanaşı, büdcədən ayrılan vəsaitlərin də ünvanına çatmasına müəyyən vasitələrlə mane olur. Onu da əlavə edim ki, Nəqliyyat Nazirliyinin Qara Muradı kimi ad çıxarmış şəxs Ziya Məmmədovun ən yaxın kadrlarından olduğundan kimsə ona irad tutmağa cürət etmir. Görünür, Qara Muradın məsələsi Ziya Məmmədovun istefasından sonra öz həllini tapacaq. Yəni nazirin ardınca o, da tutduğu postla vidalaşmalı olacaq".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt