Əsas Səhifə > Gündəm, Manşet > Sabirabadın Qəniməti əlinə keçəni qənimət bilir...
Sabirabadın Qəniməti əlinə keçəni qənimət bilir...19-10-2015, 08:19 |
Müstəqillik dönəmində ölkə əhalisini, xüusilə regionları təbii qazla təchiz etməkdə xeyli problem olub və onların bir hissəsi hələ də qalmaqdadır. Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə ölkə prezidenti 2009-cu ildə ARDNŞ-nin tabeliyində olan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasında "Azəriqaz" İstehsalat Birliyinin yaradılması barədə sərəncam verdikdən sonra bu sahədə bəzi nəzərəçarpacaq dəyişikliklər baş verdi. Amma yerlərdə məmur nəfsi, qanunsuz yolla varlanmaq istəyi təbii qazın nəqli, paylanması və satışında nəinki əvvəlki vaxtlarda olan problemlərin qalmasına, hətta yenilərinin yaranmasına səbəb olur. Bəzi yerlərdə elə dözülməz vəziyyət yaranıb ki, qazdan istifadə edən də narazıdır, etməyən də... “Azəriqaz”ın Salyan rayonundakı regonal idarəsinin rəisi Xəyyam Rzayev vəzifədən uzaqlaşdırlıdıqdan sonra “çirkab bataqlığı”nda olan bu quruma daha səriştəli və təmiz adamın gətiriləcəyi gözlənilirdi. Amma Sabrabad rayon Qaz İstismarı İdarəsinin müdiri olan Qənimət Məmmədov regional idarə rəhbəri təyin ediləndə çoxları təəccübünü gizlədə bilmədi. Axı yaxın zamanlaradək sonuncunun bir rayon daxilində çıxardığı hoqqalar tez-tez narazılığa səbəb olur, ondan davamlı olaraq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayətlər göndərilirdi. Sovet dönəmində Sabirabad rayonunun 70 kəndində qaz xətti olub. Həmin borular elə Qənimət Məmmədovun xeyir-duası ilə yoxa çıxıb. İşin daha bir maraqlı tərəfi isə odur k, Neftçala qaz istismarı idarəsinin rəisi işləmiş, hazırda regional idarənin baş mühəndisi olan Telman Feyziyevin də oxşar əməllərdə adı keçir. Salyanda icrası nəzərdə tutulan layihələr dayanıb. Burada köhnə söküntülərdən əldə olunan borularla yanaşı, təzə materiallar da vaxtilə Sabrabadda satılan boruları əvəzləmək üçün həmin rayona göndərilir. Nefçalada köhnə xətdən 1 metr belə əsər-əlamət qalmayıb. Bunun nəticəsində baş mühəndis boruların hesabına Qırmızıkənddə ferma tikib, Neftçala şəhərində restoran açıb, bir neçə yerdə istixanalar qurub. Bu rayondan o biri rayona daşınan köhnə xətlərlə yeni layihələrin icra olunduğuna dair iddialar var. Mətbuatda bu barədə dəfələrlə yazılıb. Köhnə borular tanınmasın deyə bəzi xətlər qanunsuz olaraq yeraltı çəkilib. Xeyli müddətdir ki, Salyan rayonunun Qarabağlı, Yenikənd, Şəkərli, Kərimbəyli, Dayıkənd sakinlərinə sayğac üzərində olmayan, mənbəyi bilinməyən borclar yazılıb. Süni narazılıq yaradılıb. İndi də məhərəmlik ayında məscidlərin qazını kəsib, dindarları qızışdırmaq istəyirlər. Rayonun Kürqarqşlı ərazi vahdliyinə daxil olan 5 kəndin üçündə bu gün də qaz yoxdur. Amma 2013-cü ilin dekabr ayında “Azəriqaz” İB-nin baş direktorunun tikinti işləri üzrə müavini Elman Abbasov sakinlərin kollektiv rəsmi müraciətinə cavab verərək bildirib ki, məsələ cari, yəni 2014-cü ildə öz həllni tapacaq. Artıq 2015-ci il də sona çatmaq üzrədir. Amma qazdan və “Azəriqaz”dan səs-soraq yoxdur. Başqa bir problem isə yeni çəkilən qaz xətlərinin əhalinin həyətyanı sahəsiylə bitişik olmasdır. Kimsə həyətində adi dam belə tiksə, küçəyə çıxışı mükün olmayacaq. Vay ö günə ki, gedib idarəyə rəhbərlikdən xahiş edə ki, mənim darvazamın yanından keçən həmin qaz xəttini öz hesabıma 2 və ya 3 metr yuxarı qaldırmaq istəyirəm, adam əməlli-başlı işə düşür. Bildirilir ki, bundan ötrü layihə tutulmalı, sənəd “Azəriqaz”da təsdiq olunmalı və sonra əraziyə baxış keçirilməli, akt tərtib olunmalı və sair kimi “uzundərə” şərtlər sadalanır. Əslində bu sadalananlar pul tələsidir- tələb olunan haqq ödənilən kimi “asan xidmət” işə düşür- dərhal vətəndaşın istəyi təmin olunur. Ümumi götürsək, bu qaz məsələsi ciddi bir problemə çevrilib. Elə bir vəziyyət yaradılıb ki, qazı olan da narazıdır, olmayan da... Geri qayıt |