Əsas Səhifə > Gündəm, Manşet > Deputatlığa namizədə ŞOK İTTİHAM: BDM sədri adam şərləyib tutdurub

Deputatlığa namizədə ŞOK İTTİHAM: BDM sədri adam şərləyib tutdurub


5-10-2015, 15:02
Deputatlığa namizədə ŞOK İTTİHAM: BDM sədri adam şərləyib tutdurub
DİA.AZ: - Redaksiyamıza müraciət edən Xocalı qaçqını Xudaverdiyeva Sevda Vəli qızı şok ittihamlar səsləndirib. DİA.AZ-a müraciət edən narazı vətəndaş həyat yoldaşı Telman Xudaverdiyefin hazırda Beynəlxalq Diaspor Mərkəzinin sədri, deputatlığa namizəd İsmayıl Ağayev tərəfindən şərlənərək həbs olunduğunu iddia edir.

Bildirək ki, İsmayıl Ağayev ilk dəfədir ki, ittiham hədəfi deyil və hələ Səbayel bələdiyyəsində işlədiyi zamanlarda onun adı bir çox qalmaqallarda hallanırdı və hətta həbsi ehtimalı da var idi.

dia-az.life-a müraciət edən Sevda Xudaverdiyeva bildirir ki, İsmayıl Ağayev bir müddət əvvəl onların Pirşağı qəsəbəsindəki torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hətta daha da irəli gedərək, orada qeyri-qanuni inşa işləri də həyata keçirməyə başlayıb. Xudaverdiyevlər etriaz edəndə isə haızrda deputatlığa namizəd olan İsmayıl Ağayev torpaq sahibini şərləyərək onu həbsə atdırıb. İddia edib ki, giya Telman Xudaverdiyevə torpağın müqabilində pul verib.

Narazı vətəndaş dia-az.life-a yazır ki, İsmayıl Ağayev 2-3 nəfər naməlum adamlarla gələrək özlərini Prezident Administrasiyasının nümayəndəsi kimi təqdim edərək zəbt olunmuş torpaq sahəsinin dövlətin marağında olduğunu bildiriblər: "Hücum edənlərin arasında Aleks adlı bir yəhudi isə hər şeyə qadir olduğunu bildirib. Əslində o dediklərini də edib. Həyat yoldağımı etiraz etdiyinə görə həbsə atdırıb".

Onu da bildirək ki, Telman Xudaverdiyev 1987-ci ildə Qərbi Azərbaycanı məhz DÖYÜŞƏRƏK tərk edən 2-3 Azərbaycan oğlundan biridir. və Xocalıda sona qədər düşmənə qarşı savaşan Telman Xudaverdiyevin oğlu əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionudur.

Sevda Xudaverdiyeva soruşur ki, bəs bu gün özünü millətçi kimi təqdim edən İsmayıl Ağayev kimdir: "Zamanında Heydər Əliyevə qarşı Rəsul Quliyevlə birləşib qiyam qaldıran İsmayıl Ağayev indi də Ziya Məmmədovla birləşib deputat olmaq istəyir. Bu adamla dövlət bacarmırmı? Azərbaycan qanunları nədən bu adamın özbaşınalıqlarının qarşısında acizdir?"

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt