Əsas Səhifə > Gündəm, Manşet > Fərhad Qəribov və Ərəstun Cavadovu nə gözləyir?

Fərhad Qəribov və Ərəstun Cavadovu nə gözləyir?


21-09-2015, 09:25
Fərhad Qəribov və Ərəstun Cavadovu nə gözləyir?
Yeni Azərbaycan Partiyası (YAP) bir neçə gün öncə builki deputat seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. 118 dairədən namizədlərini irəli sürən hakim partiyanın siyahısından kənarda qalan hazırkı millət vəkilləri də olub. Onların arasında Fərhad Qəribov və Ərəstun Cavadov daha çox diqqəti çəkir. Qeyd edək ki, bu deputatlar növbəti seçkidə iştirak edəcəklərinə ümid bəsləyirdilər. Lakin hakim partiya bu dəfə onlardan imtina etdi. Qafqaznews.az olaraq ötən il yazdığımız “Qudalar şəbəkəsi” başlıqlı yazımızda deputat Fərhad Qəribov və onun qudası, “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadov haqqında xeyli mətləblərə toxunmuşuq. Qısa xatırlatma üçün bildirək ki, “qudalar” məsələsiniVugar-Qurbanov1 biz əbəs yerə yazmamışdıq. Qudaların bir ucu Fərhad Qəribov, o biri ucu Tovuzdan olan iş adamı Akif Qurbanov, digər ucu isə “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadovdur. Akif Qurbanovun oğlu Vüqar Fərhad Qəribovun kürəkənidir. Bir müddət əvvəl yazmışdıq ki, Akif Qurbanovun oğlu Vüqar və onun qayınları, yəni Fərhad Qəribovun oğlanları Zöhrab və Elnur daxili işlər orqanlarında (DİO) “təcrübə keçmək” qərarına gəliblər. Bəli, Akif Qurbanovun oğlu, millət vəkili Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov bir müddət Bakı BPİ-nin Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb. Ancaq sonradan DİN zabitinin qara qünləri başlayıb. Mənbənin bildirdiyinə görə Vüqar istirahət edərkən odlu tabel silahını itirir. Həmin vaxt hörmətli Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi olub. Vüqar başa düşüb ki, kimin oğlu, ya da qudası olmağına baxmayaraq cənab Məhərrəm Əliyev onu bağışlamayacaq. Bakı BPİ-də Vüqar barəsində başlayan xidməti yoxlama zamanı Vüqar yalandan deyir ki, guya silahını ictimai tədbirdə itirib. Ancaq təhqiqatçılar ona başa salır ki, Məhərrəm Əliyevin əmrinə əsasən ictimai tədbirdə odlu silah gəzdirmək qəti qadağandır. Yəni problem böyüyür. Bu vaxt “qudalar şəbəkəsi”nin başqa bir üzvü – Fərhad Qəribovun qudası, “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadov işə qarışır və “tapança məsələsi” həll olunur. Vüqar Qurbanov cəzadan yayına bilir və hətta Sabunçu RPİ-nin 13- cü polis bölməsinə rəis müavini göndərilir. Orada bir müddət xidmət edəndən sonra nədənsə DİN-dən öz xahişi ilə uzaqlaşdırılır. Ən maraqlısı odur ki, həmin vaxt Vüqarın qayınları olan Zöhrab və Elnur Qəribov qardaşları da ( millət vəkili Fərhad Qəribovun oğlanları ) DİN-dən təcili olaraq xaric olunurlar. Məlumat üçün bildirək ki, Zöhrab Qəribovun sonuncu xidməti vəzifəsi DİN-in Baş CAİ-də baş əməliyyat müvəkkili ,qardaşı Elnurun vəzifəsi isə Nərimanov RPİ-nin 17-ci polis bölməsinin rəis müavini olub. Bizm yazılardan bir müddət sonra bəlli oldu ki, Fərhad Qəribovun oğlu Elnur Qəribov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, Elnur Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub. Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayıldı. Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş “Debüt Bank”ın rəhbəri olduğu bildirilir. Ümumiyyətlə, Fərhad Qəribov haqqında ilk yaddaqalan qalmaqal 2011-ci ildə Kürdəmirdəki Şirə Zavodunun qətlə yetirilən mühasibi Nadir Mehdiyevin adı ilə bağlıdır. Nadir Mehdiyevin oğlu Kərim Mehdiyev mətbuata açıqlama verərək bildirmişdi ki, onun atası ən son olaraq Kürdəmir bazarının qarşısında Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun maşınına minən görüblər və ondan sonra atası yoxa çıxıb. Xatırladaq ki, Fərhad Qəribovun oğlu Zöhrab Qəribov “HENKE KİMYA” MMC-nin direktorudur. Son günlər isə ölkə mətbuatı yazır ki, YAP-ın imtina etdiyi Fərhad Qəribovla Ərəstun Cavadovu ciddi təhlükələr gözləyə bilər. İddialara görə, Fərhad Qəribovun deputat toxunulmazlığı aradan qalxandan sonra onun üçün böyük problemlər başlaya bilər. Deputata məxsus Bakıdakı “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsi, “İrşad electronics” kimi böyük biznes obyektlərində ciddi yoxlamalar başlayıb. Deputat oğlunun rəhbərlik etdiyi şirkətin adı son olaraq “Beynəlxalq Bank işi”ndə hallanıb. Mətbuatda yayılan məlumata görə, Zöhrab Qəribov Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürərək ölkədən qaçan Xəqani Bəşirovla ortaq fəaliyyətdə olub. Belə ki, Xəqani Bəşirova məxsus olduğu iddia edilən “Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, “Siqma Layn” MMC-i Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarmayıb. Qafqaznews.az-a daxil olan məlumata görə, bu pullar “Qelios” MMC-nin razılıq məktubu əsasında verilib ki, bu da deскачанные файлыputat oğlunun məsuliyyət daşıdığı deməkdir”. Məlumatlı mənbə vurğulayır ki, hazırda Fərhad Qəribovun gələcəyi ilə bağlı məsələlər çox müəmmalıdır: “Mandatın itirilməsi imtiyazların, məlum imkanların, nəhayət toxunulmazlığın əldən getməsi anlamına gəlir. Yayılan məlumatlara görə, Fərhad Qəribovun mandatının vaxtı bitən kimi ona məxsus obyektlərdə total yoxlamalara start veriləcək, həmçinin özünün və oğlanlarının adının keçdiyi cinayət işləri yenidən araşdırılacaq. Bu isə deputatın yolunu həbsə tərəf yönəldə bilər”. YAP-ın imtina etdiyi digər deputat, Mərkəzi Univermağın İdarə heyətinin sədri Ərəstun Cavadovun da başı üzərində qara buludların dolaşdığı bildirilir. Özəl qaynaqlar deyir ki, siyahı açıqlanana kimi yenidən deputat seçiləcəyinə arxayın olan Cavadov siyahı açıqlanandan sonra özünə yer tapa bilmir: “Deputat ölkənin qızıl biznesinin əsas nəzarətçilərindən biri hesab olunur. Onun Bakıda sayı-hesabı dəqiq bilinməyən dükanları, ticarət mərkəzləri fəaliyyət göstərir”.

Geri qayıt