Əsas Səhifə > Gündəm, Manşet > Həsənovların Əliyevlərə işi düşübmüş...
Həsənovların Əliyevlərə işi düşübmüş...1-09-2015, 09:35 |
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov deputat olduğu dairədə özünə seçki qərargahı yaradıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən millət vəkili ötən parlament seçkilərində deputat olduğu 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənsə də, bu dəfə təmsil olunduğu partiyanın namizədlər siyahısının açıqlanmasını gözləməyib. Artıq media vasitəsilə özünü yerli əhalinin ən yaxın adamı kimi, qayğıkeş deputatı kimi təqdim edən Malik Həsənov Cəlilabad şəhərində özünə seçki qərargahı üçün dəbdəbəli imarət də götürüb. Məlumat verən mənbə bildirir ki, Cəlilabad rayonunda Heydər Əliyev prospektində 2 mərtəbəli binanı özünə Seçki Qərargahı kimi götürən Malik Həsənov artıq orada özü üçün seçkilərdə seçicilərlə işləməkdən ötnü onbaşılar, yüzbaşılar da seçməyə başlayıb. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, rayon əhalisi arasında birmənalı şəxs kimi qəbul edilməyən Malik Həsənov hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumlarına da minnətçi düşüb. İnformasiyaya əsasən rayonun Alar kəndində nifuz sahibi olan Əliyevlər nəslinin bir sıra üzvləri ilə görüşlərə və təmasa cəhd edən Malik Həsənovun təşəbbüsləri uğursuzluqla nəticələnib. Məlumat verən mənbə iddia edir ki, bununla bağlı olaraq artıq Alar sakinləri narazılıqlarını da ifadə etməyə başlayıblar. «Cəlilabadda Fərhad Əliyevin həbsində əli olan şəxs kimi təqdim edilən Kərəm Həsənovun qardaşı ilə bağlı mövqelər və təəssuratlar birmənalı deyil» deyə həmsöhbətimiz bildirir. Bu mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |