Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...

Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...


31-08-2015, 09:27
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...
DİA.AZ: - Sumqayıt sakini Süleymanov Anar DİA.AZ-a müraciətində növbəti bir problemə diqqət yönəldir. Qeyd edək ki, insanların belə qədir-qiymətlərini itirdiyi bir məqamda Sumqayıt sakininin toxunduğu məqam kimlər üçünsə aktual görünməyə bilər. Amma realda mənzərə tamam fərqlidir.

dia-az.life olaraq Anar Süleymanovun yazdıqlarını diqqətinizə təqdim edirik:

"Salam hörmətli redaksiya!
Sumqayıt şəhərində İcra Hakimiyyətinin razılığı ilə daha bir qanunsuzluq haqda sizə demək istəyirəm....
Məsələ bundadır ki, Sumqayıt şəhərinin Təmizlik Deportamentində rəsmi olaraq işləyən Abuşov Mehman Abuş oğlu adlı şəxs insanlara təhlükə yaradaraq, şəhərin mərkəzində, insanlar cox olan yerlərdə itləri güllələyir. Dəfələrnən mən və bir çox sakinlər Sumqayıt şəhər Polis İdarəsinə, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticə verməmişdir. 2014-cü ildə mənim DİN-ə müraciətimnən sonra, Abuşov Mehmanı,Polis İdarəsinin 4-cü bölməsinə gətirib, və iti öldürdüyünə görə AR İXM –nin 129.1-ci maddəsi ilə protokol tərtib edilib və cərimə etmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında İnzibati Komissiyaya gondəriblər. Mən Mehman Abuşovu 500 manat cərəmə edib edilməməsi haqda rəsmi olaraq İnzibati Komissiyadan dəfələrnən soruşsam da, mənim iki müraciətimə ümumiyyətlə heç bir cavab verilməyib. Bu sənədləri mən anacaq şəhər İcra Hakimiyyəti başçısının yanında İnzibati Komissiyayanı məhkəməyə verdikdən sonra ala bildim. Gözlədiyim kimi, Mehmanı cərimə etməyiblər, sadəcə xəbərdalıq ediblər. Baxmayaraq ki, o dəfələrlə vətandaşları təhqir edərək, tüfəngnən hədə-qorxu gəlib. Sakinlər bu haqda Polis bölmələrə həm də Sumqayıt şəhər Prokurorluğuna müraciət ediblər, ancaq bu müraciətdən indiyə kimi heç bir cavab gəlməyib. Nəzərə alsaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti özü Mehman Abuşova himayədarlıq edir, bu heç təəcüblü deyil. Şəkillərdən göründüyü kimi Mehman Abuşov, cox sərbəst və heç kəsdən cəkinmədən tüfəngnən düz İcra Hakimiyyətinin qapıları qarşısındadır. O insanlara təhlükə yaradaraq, heç kəsdən çəkinmədən adamlar, xüsusən uşaqlar cox olan yerdə sahibsiz heyvanları güllələyib öldürür. Hətda İcra Hakimiyyətinin qapılarının ağzinda duran polislər də , hansı ki, əsayişı qorumalıdılar, Mehmana, əlləri ilə itlərin yerini göstərirdilər. Təbii ki, İcra Hakimiyyətinin icazəsi olmadan, heç kəs şəhərin mərkəzində tüfəngnən gəzə bilməz. Axirincı belə hadisələr avqust ayin 8-də və 14-də baş vermişdir. Sumqayıt şəhərinin 11-ci mk-da, Nizami küçəsində, Vaqzalın yanında, 12-ci mk-da bir necə itləri vurmuşdur. Bu və digər hadisələrin şahidləri və faktlar var. Biz Abuşov Mehman Abuş oğlunu bu qanunsuz hərəkətlərinə görə Polis İdarəsinə ərizə yazıb bu işi artıq məhkəməyə vermişik.
İnsanların təhlükəsizliyindən başqa, Abuşov Mehman, 2007-ci ildə Azərbaycan Respublikası 31 may “Ev Heyvanlarınin Mühafizəsi Haqqında Avropa Konvensiyasının” təstiq edilən və Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarını kobut şəkildə pozmuşdur.

Əgər biz özümüzü sivil ölkə hesab ediriksə biz canlılara belə bir zülm, işkəncə verməməliyik.
Biz bilirik ki, indi sahibsiz heyvanlar üçün sığınacaqlar tikilir, bunu Leyla xanım Əliyevanın və İDEA beynalxalq təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Amma hələ ki, bu sığınacaqlar tikilməyib, burda bir kompromisə gelmək lazımdır, çıxış yolu tapmaq lazımdır. Mən də razıyam ki, şəhərdə itlər coxdur və bəzi insanlarda bu narazılıq yaradır. Amma sahibsiz itləri öldürməklə problem həll oluna bilməz. Biz bunu həmişə müşahidə etmişik. İtləri oldürməklə onlar heç də azalmır, əksinə ildən ilə çoxalır. Şəhər İcra Hakimiyyətində çalışan sağlam düşüncəli adamlara təklif edərdim ki, onlar sahibsiz itlər üçün Sumqayıt şəhərinin yaxinlığında bir torpaq yeri ayırsınlar və mümkün qədər heyvansevər adamlara itləri yemnən, baytar-həkimnən təmin etməyə kömək etsinlər. Qalan bir çox işləri heyvansevərlər özləri etməyə hazırdır. Yada ki, heyvanlara heç bir zərər vermədən tutub sterelizasiya edib (axtalayıb) şəhərin kənarında olan yerlərə buraxmaq olar ki, onlar coxalmasın.
Əlbətdə, bu problemin ən böyük günahı bizdə, insanlardadır. İt insanlar üçün tarix boyu həmişə ən sadiq dost və köməkçi olub. Bir cox xalqlar və tayfalar öz həyatlarını itlərsiz təsəvvür edə bilmirlər. Təkçə ikinci dünya müharibəsində coxlu sayda itlər bizə görə qurban qedərək, özlərini tankların altına atmışdılar. İndi isə biz onlar cox sağ olumuzu güllə atmaqnan vəhşəcəsinə öldürməklə deyirik...

Bu da bizim təbiətə qarşı, onun canlılarına qarşı hörməsizlik, düz olmayan baxışdan irəli gəlir....Bəzən baxıram ki, uşaq hansısa pişiyin və itin yanından keçərək, su və yemək vermək əvəzinə ona daş atır... Sonra biz təəcüblənirik ki, uşaq böyüyəndən sonra valdeyinlərinə qarşı, sonra da ümumiyyətlə cəmiyyətə qarşı niyə belə qəddar və aqressiv olurlar.. Əgər uşaq bu qəddar mühütdə böyüyərsə və asanlıqla heyvana daş ata və ya öldürə bilərsə, artıq bu o deməkdir ki, o insana da əl qaldıra bilər. Bu problem ilk baxışda kiçik görünə bilər, əslində isə mühüm və çox şaxəli problemdir. Bəzi insanlar deyəndə ki, “mən insanları cox sevirəm, mərhəmət göstərirəm, amma heyvanlara nifrət edirəm” mən onun səmimiyyətinə heç inanmıram. Mərhəmət hİssi insanda ya var ya da yoxdur. Bu canlıların formasından həyat tərzindən asılı olmamalıdır çünki hər bir canlı Tanrının kiçik də olsa bir hissəsidir... Biz heyvanları incidəndə və ya öldürəndə Allaha toxunmuş oluruq... Sizə elə gəlmirmi ki, bu cox dəhşətli səslənir? Əgər mərhəmət hissi Allahın yaratdıqlarının bir qisminə olub, digərlərinə yoxdursa, bu o deməkdi ki, o insan kamil insan deyil...Mən hamıya arzu edərdim ki, daxillərindəki mərhəmət hissini daim inkişaf etdirib və bütün canlılara şamil etsinlər".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...
Sumqayıtda vəhşilik: Sahibsiz heyvanları bu ovçudan Allah qorusun...

Geri qayıt