Əsas Səhifə > Gündəm, Manşet > "KapitalBank" özünü manatın ən ağır günlərinə necə hazırlayır?

"KapitalBank" özünü manatın ən ağır günlərinə necə hazırlayır?


21-08-2015, 09:31
"KapitalBank" özünü manatın ən ağır günlərinə necə hazırlayır?
Ölkə əhalisi və banklar 21 fevral devalvasiyasının şokundan hələ də çıxmayıb. Həmin vaxtadək təkcə iş adamları biznesini deyil, hətta sadə insanlar gündəlik həyatını, güzəranını manatın uzun müddət stabil qalan məzənnəsinə uyğunlaşdırmaqla qurmuşdu. Mərkəzi Bankın qəfil atdığı addım istehlak mallarının qiymətini və insanların borc yükünü artırmaqla yanaşı, ölkədə manatın yenidən dəyərsizləşə biləcəyi qorxusu yaradıb.

Bu təhlükəni hiss edən bəzi banklar ya milli valyuta ilə kredit verməyə risq etmir, ya da kredit müqavilələrində manatın ABŞ dolları ilə nisbətdə dəyərinə uyğun faiz dərəcələri müəyyən edirlər.

infom.az-a müraciət edən Saatlı rayonunun Mollavaizli kəndinin sakini Vüqar Atakişiyev yeni şərtlərlə kredit almağa məcbur olduğunu bildirib.

Onun “Kapitalbank”ın Saatlı filialı ilə bağladığı müqaviləyə görə borc 29 %-lə verilsə də, manatın dəyərsizləşəcəyi halda faizin artırılacağı qeyd edilib. Belə ki, 1 ABŞ dolları 1,1-1,2 manat olarsa faiz 31,2-yə, 1,2-1,35 manat olduğu təqdirdə faiz 33,23, 1,35-1,5 manat intervalında isə faiz 35,23-ə qaldırıla bilər. Müqavilədə bankın birtərəfli qaydada kredit faizini qaldırmaq haqqı tanınır.

Buradan aşkar surətdə görünür ki, manatın ABŞ dollarına nisbətdə məzənnəsinin stabil qalacağına bankın etibarı yoxdur.

Elə isə bank öz vəsaitini niyə manatla verir?

Qarabağ əlili olan müştəri deyir ki, manat ABŞ dollarına nisbətdə dəyərsizləşəndə onun pensiyası indeksləşdirilmədiyi üçün həddən artıq fərdi yükə məruz qoyulması doğru hal deyil:

“Zəhmət çəkib bank öz vəsaitini belə risqlərdən sığortalatdırsın. Üstəlik müqaviləyə manatın dəyərinin artacağı halda faizin aşağı salınması ilə bağlı bənd daxil edilməyib. Bəlkə möcüzə baş verdi və manat dollara nisbətdə dəyərə mindi, o zaman bank faizi niyə aşağı endirməsin?”

Bu yanaşma ilə sanki bank müştəriyə demək istəyib: “Bunu heç ağlına da gətirmə!”


"KapitalBank" özünü manatın ən ağır günlərinə necə hazırlayır?
"KapitalBank" özünü manatın ən ağır günlərinə necə hazırlayır?
Geri qayıt