Əsas Səhifə > Gündəm, Manşet > Daha bir bankir haqqında maxinasiya ittihamı...

Daha bir bankir haqqında maxinasiya ittihamı...


20-08-2015, 09:31
Daha bir bankir haqqında maxinasiya ittihamı...
DİA.AZ: - Redaksiyamıza Bank Respublika ASC-nin Sabirabad filialı ilə bağlı ilginc ittihamların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq həmin məlumatı diqqətinizə təqdim edirik:

"Azərbaycan Respublikasının prezidenti dəfələrlə öz çıxışında korrupsianer məmurlara barmaq silkələmiş, açıq kondeksdə onlardan qanunsuzluqlara və korrupsiyaya son qoymağı tələb etmişdir. Təəsüf ki, ölkə başçısının bu danlaq və tənbehləri tam nəticə vermir.Azərbaycanın dövlət kimi imicinə xələl gətirən, prezidentin tapşırıqlarına məhəl qoymayan, vətəndaşları ölkə rəhbərindən narazı salan məmurlardan biri də Bank Respublika ASC-nin Sabirabad filialının müdiri Emin Orucovdur.
Belə ki 2014 cü ildən Bankın Sabirabad filialına Rəhbərlik edən bu şəxs bir sözlə vətəndaşlara divan tutur.
Bir çoxlarının adına kredit rəsmiləşdirib özünə götürdükdən sonra onlardan bu pulları ödəməyi tələb edir.
Sabirabad Rayon Prokurorunun qohumu olduğunu və ona güvəndiyini deyən bu şəxsin gördüyü korrupsioner işlər barədə bir neçə dəfə rəsmi orqanlara şikayət ünvanlansa da görünür "havadarı" tərəfindən möhkəm müdafiə olunur.
Qeyd edim ki bankın bu filialı saxta əmək haqqı arayışı ilə kreditlər buraxmaqda məşhurdur.
Belə ki bankın Sabirabad filialında Sabirabad rayon peşə lisseyi, Sabirabad Meliorasiya İdarəsi, Sabirabad kommunal müəssisələr kombinatı, Təsərrüfat Hesablı Ticarət birliyi və Sabirabad rayon Sanitar təmizlik sahələri adlı müəssisələrdən daxil olan və onlar əsasında buraxılan kreditlər üzrə əmək haqqı almasə barədə bütün arayışlar saxtadır.
Dəfələrlə təsmi qurumlara və orqanlara olunan müraciətlərə baxmayaraq bankda özbaşınalıq davam etməkdədir.
Sonra da diyirlər inamlı etibarlı bank sistemi yaradırıq bizə etibar edib pullarınızı qızıllarınızı əmlakınızı bizə əmanət edin. Bu Emin Orucovu azca taniyan bir şəxs bu banka addımını belə atmır.
Bunu bankın müştərilərinin emin orucovun təhbırliyi dövründə kəskin surətdə azalması ilə müəyyən etmək olar. Demək olar ki hazırda bu banka Sabirabadda ayaq qoyan bir şəxs yoxdur.
Bütün bunlara baxmayaraq görünür Emin Orucovun möhkəm krişası var. Əks halda bankın sahibləri ou niyə orda saxlasınlar?.
Bu şəxs Sabirabad Rayon Qaralar kənd orta məktəbinin direktoru Babaşov Babaş adlı şəxsin adına 10 min bir, üç min bir, altı yüz manat bir kredir rəsmiləşdirərək üç minini özünə görürmüş və indi də ödəməkdəm imtina edir.
Bundan əlavə həmin kreditlər verilərkən Babaşov Babaşın adında Kapital bankda 6000 manat kredit öhdəliyi olmuşdur. 300 manat əmək haqqı olan müəllimə 20.000 manat məbləğində kredit verən müdirin əıbətdə hansısa marağa görə bunu etməsi açıq aşkar görünür.
Bank Respublikadan verilən 3000 kredit emin orucova bank tərəfindən ayrılan limit əsasında verilimişdir.
Bu qanunsuz fəaliyyətdən bir kitab bele yazmaq olar. Amma mə fayda? Səsimizə səs verən tapılacaqmı? Bax bu məqama düzü inanmıram mən".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt