Əsas Səhifə > Gündəm, Manşet > Tanınmış yazar prezident İlham Əliyevdən iş istədi...
Tanınmış yazar prezident İlham Əliyevdən iş istədi...18-08-2015, 10:11 |
DİA.AZ: - YAP üzvü, “Tərəqqi medalçısı, Azərbaycan Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü Valeh Mirzə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: Möhtərəm cənab Prezident! Sizi, Azərbaycan xalqının dəyərli oğlunu ürəkdən salamlayır, günü-gündən çiçəklənən, sayənizdə qüdrətlənən Odlar yurdumun inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm. Məlumat üçün bildirirəm ki, mənim “Savalan” (Azərbaycan pioneri) və “Bakı Post” qəzetlərindən sonra sonuncu iş yerim 2001-2007-ci illərdə “Azərbaycan müəllimi” qəzetində baş redaktor vəzifəsi olub. Ondan yuxarı kitab müəllifiyəm. Ulu öndər Heydər Əliyevin və Sizin haqqınızda iki kitab, onlarla şeir və bir poema yazmışam. 2007-ci ildə müxtəlif səbəblər üzündən öz ərizəmlə vəzifəmi təhvil verməli oldum və o vaxtdan işsizəm. İki il öncə (2013-cü ilin 22 iyulunda) Mətbuat Günü münasibətilə jurnalistlərin binasının açılış mərasimində işsizliyimlə bağlı məktubum Sizə təqdim olundu, amma nədənsə bugünədək heç bir nəticə yoxdur. Bu müddət ərzində hansı mənəvi iztirablar keçirdiyimi sözlə ifadə edə bilmirəm. Xahiş edirəm mənim taleyimə biganə qalmayasınız və potensialıma uyğun bir işlə təmin edəsiniz. Möhtərəm cənab Prezident! Jurnalistlərin yaxın dostu olduğunuza çox sevinirəm. Dövlətçiliyə, üzvü olduğu partiyaya və şəxsən Sizə daim sədaqət nümayiş etdirən, mütərəqqi ideyalarınızı sanballı yazılarla mütəmadi olaraq təbliğ edən saf, əqidəli bir jurnalisti işsiz qoymayacağınıza ümid bəsləyirəm. Dərin hörmət və ehtiramla; Valeh MİRZƏ Geri qayıt |