Əsas Səhifə > Gündəm, Manşet > Qazaxda bələdiyyə sədri Qarabağ qazisinin əmlakını yandırdı
Qazaxda bələdiyyə sədri Qarabağ qazisinin əmlakını yandırdı12-08-2015, 09:21 |
DİA.AZ: - Hadisə avqust ayının 5-də səhər saatlarında baş verib. Qazaxın Aslanbəyli bələdiyyə sədri Kommunalı Nəsibov muzdlu işçilər tutaraq kəndin yol kənarlarında iməclik aparmaq qərarına gəlir. Fəhlələr yol kənarındakı kağız, selafan və digər adda tullantıları bir yerə toplayaraq yandırırlar. Bələdiyyə sədri isə fəhlələrin yanında 5-10 dəqiqə dayanaraq “aradan çıxır”. DİA.AZ xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar yol kənarındakı qurumuş otlar alışmağa başlayır. Sürətlə hərəkət edən alov, həmin kəndin sakini, 2-ci qrup Qarabağ əlili Omarov Vilayət Mədəd oğlunun yaşadığı evə çatır. Nəticədə, Omarov Vilayətin 300 ədəd preslənmiş və 1 maşın otu, 40-50 meyvə ağacı, 25-30 kub taxta, 20 ədəd dam örtüyu və 0,5 hektar bağ sahəsi tamam yanır. Yanmanın baiskarı bələdiyyə sədri Kommunalı Nəsibov bu işdən xəbər tutsa da, hələlik ziyan çəkənin yanına gedərək üzürhahlıq etməyib. Qarabağ qazisi də qalıb “2 suyun arasında”. Hazırda ziyan çəkən Vilayət Omarov bələdiyyə sədrinin belə özbaşınalığından lazımi orqanlara şikayət etmək qərarına gəlib. Babalısı Aslanbəyli bələdiyyə sədri Kommunalı Nəsibovun boynuna... İlham Hacalı-DİA.AZ (QAZAX) Geri qayıt |