Əsas Səhifə > Gündəm, Manşet > "Laçının bütün idarələri Akif Səlimova işləyir"...

"Laçının bütün idarələri Akif Səlimova işləyir"...


10-08-2015, 09:50
"Laçının bütün idarələri Akif Səlimova işləyir"...
DİA.AZ: - Redaksiyamıza müraciət edən Laçın rayonun Vağazin kənd sakini İbrahimov Alıqulu Şavağat oğlu rayonun icra başçısından şikayətçidir. Narazı vətəndaşın DİA.AZ-a yolladığı müraciətini olduğu kimi diqqətinizə təqdim edirik:


"Bildirirəm ki, Laçının başçısı A.Səlimovun başımıza gətirmədiyi bəla qalmad Rayonun bütün idarələri A.Səl imova işləyir.Səhiyyə şöbəsində, Mədəniyət şöbəsində,tikinti idarəsində və digər idarələrdə A.Səlimovun adına işçılərdən hər ay pul yığılır. A.Səlimovda bu pullarla özünə fermalar, balıçılıqlar yaradır. Su idarəsinin texnikasının və işçilərin əysəryəti necə deyərlər A.Səlimovun fermasında işləyir. A.Səlimova dirilərin adına pul yazıb yemək azdığ elədı indi ölülərin adına xeyriyə fondunu dağıdır.Yataqlardakı qəbristanlıqların ətrafına çəkilən dəmir torlun qiyməti 15 dəfə şişirdilir ki bu pullarda A.Səlimova çatır. Cənab prezidentimiz dəfələrlə bildirib ki, məmur balaları vətəndaşları ayaqlamamalıdı. Görəsən Cənab prezidentimizin bu dediklərinin A.Səlimova aydiyatı yoxdu. A.Səlimovdan yuxarılara və internete yazı verən Laçınlı A.Səlimovun oğlu S.Səlimov tərəfindən və vətən Laçın adıyla sasiyal şəbəkələrd ə təhqir olunur, hədələnir.Mən Milli Təhlükəsizlik Naziri E.Mahmudova cənablarına müraciət edirəm, Daxili İşlər Naziri R.Usubova cənablarına müraciət edirəm. Araşdırın bu Vətən Laçın kimdir. 25 polis bölməsində müavin işləyən S.Səlimovdur. Xayiş edirəm yoxluyun tədbir görün. A.Səlimov Qarıqışlaq kənd orta məktəbin direktiru R.Mirzəyevə, Qaradağlı orta məktəbin direktoru N.Əsgərova (kənçiləridir) və bir neçə icra nümayəndəsinə narazılıq edən Laçın camatını internetdə təqir etdirir. Xayiş eliyirəm E.Mahmudov cənabları araşdırsın gör dediylərim yalandı. A.Səlimov çörəyimizi əlimizdən alır, Hüquqlarımızı tapdayır bizi təhqir də etməlidi"


Geri qayıt