Əsas Səhifə > Gündəm, Manşet > "Siyəzən" Broylerlə bağlı yeni iddialar...

"Siyəzən" Broylerlə bağlı yeni iddialar...


7-08-2015, 10:06
"Siyəzən" Broylerlə bağlı yeni iddialar...
Qəzetimizin 30.07.2015-ci il tarixli sayında ““Siyəzən Broyler” ASC-də işçilərlə müqavilə bağlanmır” sərlövhəli tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, aldığımız konkret şikayətçi məktubu əsasında hazırladığımız həmin materialda əks olunmuş faktların bir çoxu öz təsdiqini ölkə mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş digər məqalələrdə də tapır. Belə ki, yayımlanan məlumatlarda ilk növbədə ASC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına araya-ərsəyə gətirildiyi və müəssisədə bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda aldığımız açıqlamalarda isə bildirilir ki, hazırda “Siyəzən Broyler” ASC-də qeyri-normal vəziyyət hökm sürür. İddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir. Bildirilir ki, fabrikdə hətta müxtəlif xəstəlikılərdən ölmüş quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları insan sağlamlığı üçün potensial rəhlükə mənbəyi ola bilər. Həmçinin açıqlamalarda ASC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd etdiyimiz kimi bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Digər tərəfdən isə redaksiyamıza yeni daxil olmuş məlumatda “Siyəzən Broyler” quşçuluq fabrikində ölkənin əmək məcəlləsinin qanunlarının da kobud şəkildə pozulduğu, burada çalışan vətəndaşların haqsız istismara və kobud davranışa məruz qoyulduğu bildirilmişdi. Belə ki, bir müddət əvvəl fabrikdə mercendayzer vəzifəsində işləmiş vətəndaş Xanəliyeva Vidanə Ələmdar qızı tərəfindən imzalanmış şikayət ərizəsində bildirilir ki, o, 2015-ci il dekabr ayının 1-dən “Siyəzən Broyler” quşçuluq fabrikində toyuqların satıcısı, daha dogrusu firma işçisi kimi işə başlayıb. May ayının 28-dək fabrikin merçendayzeri kimi çalışdığı müddətdə heç bir nöqsana yol verməyib. Bir müddət sonra, Vidanə Xanəliyeva ailə həyatı qurmağı səbəbindən işdən çıxmaq məcburiyyətində qalıb. Bu istəyini rəhbərliyə, Zaur və Ceyhun adlı səxslərə bildirdikdə isə, vətəndaş həmin şəxslər tərəfindən təhqirlərə məruz qoyulub. Həmçinin müəssisə rəhbərləri bəyan ediblər ki, işdən çıxdığına görə Vidanə Xanəliyevaya son ayın məvacibini də verməyəcəklər: “Onlar məni təhqir edərək, nalayiq ifadələr işlətdilər. Deməklərindən belə göründü ki, guya mən ailə həyatı qurmaq üçün onlardan xüsusi razılıq almalıyam. Əlavə etdilər ki, sənə pul düşmür. Bu sözləri isə, mənə çatacaq 150 manat halal əmək haqqımı tələb etdikdə bildirdilər – “əlin hara uzundur, get ora qoy”dedilər...” Bundan başqa isə, şikayətçi iddia edir ki, nə işə qəbul olunarkən, nə də işdən çıxanda şirkət bu barədə heç bir inzibatı qeydiyyat aparmayıb. Təbii ki, qeydiyyatsız və müqaviləsiz işə götürmək şirkət tərəfindən Əmək Məcəlləsinin müvafiq bəndlərinin kobudcasına pozulması deməkdir.

Geri qayıt