Əsas Səhifə > Gündəm, Manşet > Arzu Rəhimovun Nərimanovdakı adamı da həbs oluna bilər
Arzu Rəhimovun Nərimanovdakı adamı da həbs oluna bilər29-07-2015, 12:09 |
DİA.AZ: - Az əvvəl belə bir məlumat yayıldı ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. dia-az.life xəbər verir ki, bu barədə haqqin.az etibarlı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Səbail məhkəməsi həmin şəxslər haqqında həbs qətimkan tədbiri seçib. Baş hərbi müfəttişliyin əməkdaşlarının korrupsiyada ittiham olunduqları bildirilir. Haqqın.az saytı həmin saxlanılan yüksək vəzifəli şəxslərin adlarını bilsə də, dəfələrlə müraciət etmələrinə baxmayaraq, Baş Prokurorluq həmin şəxslərin adlarını açıqlamayıb. Həbslə bağlı ölkə prezidenti İlham Əliyev də məlumatlandırılıb və korrupsiya qalmaqalının araşdırılması dövlət başçısının nəzarətindədir. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib. DİA.AZ bildirir ki, bunun ardından olayla bağlı ilk rəsmi mövqe də ifadə olunub. Belə ki, Müdafiə Nazirliyi yüksək rütbəli zabitlərin həbsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən aşağıdakı rəsmi izahat bildirilib: -Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Bu arada DİA.AZ-a maraqlı bir informasiya da daxil olub. Belə ki, hökumətdəki mötəbər mənbələr eyni həbs dalğasının hərbi çağırış sistemini vurdğunu da iddia edirlər. Məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəısinin rəisi Qəşəm Mahmudov, habelə daha bir neçə hərbi komissarla bağlı da hüquqi araşdırmalar gedir. Xəbəri verən qaynaq iddia edir ki, araşdırmaların yekunu olaraq həbslər istisna deyil. Araşdırmalarımız davam edir. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |