Əsas Səhifə > Gündəm, Manşet > "O doğrudan da haqq, qanun qoruyandırsa"...
"O doğrudan da haqq, qanun qoruyandırsa"...20-07-2015, 10:28 |
Masallı rayonu Qəriblər kənd sakini, 34 yaşlı azad sahibkar Qasımov Cavid Yavər oğlu bizə müraciət ünvanlayıb. Şikayətdə deyilir: “Masallı rayonun Qəriblər kəndində “Qəriblər” Şadlıq Sarayı da daxil olmaqla 2, 30 ha torpaq sahəm var. Bunun 0,30 hektarı “Qəriblər” Şadlıq Sarayının binasını və ətrafın əhatə edir. Ona bitişik 2 hektar torpaq sahəsi isə kənddəki keçmiş konserv zavoduna daxildir. 2012-ci ildə “Qəriblər” Şadlıq Sarayı mənə Cavid Qasımova satılıb. Onun torpağına və binanın özünə dair Çıxarışım (kupçam) da vardır. 2014-ci il avqustun 20-də isə həmin Şadlıq Sarayının cənubunda yerləşən və 2 hektar sahəni əhatə edən ərazini alqı-satqı yolu ilə alıb və onun sənədlərini Masallıdakı 2 sayla Natoriat kontorunda təsdiq etdirmişəm. Daha dəqiq desək, keçmiş konserv zavodunun binası və həmin zavodun altındakı torpaqla birgə mənə satılıb. Həmin torpaq dövlət torpağı olduğu , bələdiyyəyə heç bir aidiyyatı olmadığı üçün bələdiyyədən alqı-satqı edilməyib. Lakin Qəriblər bələdiyyəsi iddia edir ki, həmin dövlət torpaqları kənd bələdiyyəsinə məxsusdur. Onlar bu iddia ilə bu ilə bu il mart ayının 30-da Şirvan İqtisad Məhkəməsinə müraciət ediblər. Şirvan İqtisad Məhkəməsi bu il aprelin 24-də həmin iddiaya baxıb və Qəriblər bələdiyyəsinin iddiasını əsassız sayıb. Bundan sonra Qərbilər bələdiyyəsi həmin iddiadan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib. Nəticə yenə də onlar üçün uğursuz olub. Bütün bunlarla kifayətlənməyərək onlar Masallı Rayon Məhkəməsinə müraciət edib. Nemət Musayevin sədrliyi ilə keçən məhkəmə iclası 16 iyun 2015-ci il tarxlində onların xeyrinə olmayan qərar qəbul edib və iş yenidən Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərilib. Göründüyü kimi, bizim istifadəmizdə olan 2 hektar torpaq sahəsinin Qəriblər bələdiyyəsinin mülkiyyətində olmasına dair ortada heç bir sənəd yoxdur. Bu da məlumdur ki, məhkəmənin qərarı olmadan kimsənin mülkiyyətini sökmək olmaz. Lakin Qəriblər bələdiyyəsinin sədri Müşfiq Ağayevin rəhbərliyi ilə mənim normal sahibkarlıq fəaliyyətimə ardıcıl və kobud müdaxilə edilir. Onu da qeyd edim ki, nəinki onların əlində məhkəmə qərarı yoxdur, onlar bizə hər hansı bildiriş belə göndərməyibər. 2015-ci il, iyulun 10-u , günün 2-ci yarsı, təxminən 13-15 arası onlar xeyli adamla – polis, ərazi nümayəndəsi və digər şəxslərlə məhkəmə qərarı və prokururun sanksiyası olmadan yuxarıda adı çəkilən obyektin çəpərini traktorla sökməyə başlayıblar. Və hasarın bir hissəsini dağıtdılar. Deyirlər ki, nə sənəd , bizim sənəd bizim sözümüzdür. Maraqlı orasıdır ki, zorakılıqla aparılan söküntü zamanı şəkil və video çəkməyə imkan vermədilər. Deyirlər, çəksəniz sizi həbs edərik. Bizi açıq-aşkar həbslə hədələdilər. Anamızın, bacımızın və digər qadınların ürəyi getdi. İş o yerə çatdı ki, 102 xidməti də bizim şikayətimizə əhəmiyyət vermədi. Sanki həmin vaxt qanunları dondurmuşdular. Bu proses təxminən 3-4 saat çəkdi. Kəndin Ərazi Nümayəndəsi Elnur İmamyarov da orada olsa da olanlara əhəmiyyət vermədi. Biz prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişik. Biz həm də Masallı I Rayon məhkəməsinə müraciət etmişik. Tələbimiz odur ki, maddi - mənəvi ziyana, elə də bizə qarşı açıq-aşkar özbaşınalığa görə tədbir görülsün. Bütün bu işlərin başında isə kənd bələdiyyəsinin sədri Müşfiq Ağayev durur. O doğrudan da haqq, qanun qoruyandırsa, niyə payı bəlli torpaqda özü üçün ev tikib, qohumlarına və digər ərazidə yaşayan kənar şəxslərə qeyri-qanuni torpaq sahələri verib. Biz Bakıda mətbuat konfransı keçirməyi, eləcə bu qanunsuzluğu bütün hüquq müdafiəçilərinə çatdırmağı nəzərdə tutmuşuq.. “Cavid Qasımov” Biz qarşı tərəfin, Müşfiq Ağayevin də firini öyrənmək üçün onun telefonuna dəfələrlə zəng vursaq da, onunla danışmaq mümkün olmadı. Bütün hallarda qarşı tərəfin fikrini öyrənməyə və işıqlandırmağa hazırıq.\\cenubxeberleri\\ Geri qayıt |