Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası

Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası


16-07-2015, 08:52
Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası
Xeyli zamandır ki, AZAL şirkəti ilə bağlı mətbuatda tənqidi yazılar dərc olunur. Daha doğrusu, şirkətin öz müştərilərinə qarşı olan hər cürə haqsızlığı mətbuatın gündəmindən düşmür. Əsasən yay ərəfəsində, vətəndaşlar istirahətdən, tətildən məhrum qalırlar, ya da ilboyu yığdıqları kapitalla vidalaşmalı olurlar. Axı, hər bir ailə başçısı istəyir ki, yayın 1-2 həftəsini öz övladları üçün xoş keçirsin. Amma AZAL-ın qiymətləri “Domokl qılıncı” kimi vətəndaşların başının üstündən asılıb.

Bir sözlə, AZAL-ın monopoliyası heç bir əndazəyə sığımır.

Gömrük sistemindəki monopoliya demək olar ki, çat verib. Amma AZAL-ın monopoliyasını Cahangir Əsgərov möhkəm qoruyur. 215779_163332003727497_4374701_n

Daha doğrusu, Cahangir-Mahir cütlüyünün Summer Tour və Era Style şirkətləri turizm bazarında şəriksiz monopolistdir.

Mahir özünə millyonlarla gəlir əldə etmək üçün Cahangir Əsgərov üçün mükəmməl bir sistem qurub. Beləki Bakıdan Antalyaya, Bodruma yay tətilinə uçan vətəndaşların olduğu təyyarələrdə 170, 180 oturacaq var. Mahir mart ayından AZAL-a öncədən milyonlarla pul ödəyərək hər bir oturacağa 250 AZN gediş-gəliş haqqı ödəyir və bütün yerləri bron edir.

170, 180 oturacaq hamısı Era Style-nin əlində olur. Özü isə şirkətin üzərindən yerləri 540 AZN-a satır.

Və kimsə AZAL-ın Silk Way Travel şirkətindən bilet əldə etmək istəsə, bildirirlər ki, bilet yoxdur, istəsəniz Era Style-dən əldə edə bilərsiniz.

Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası

Təbii ki biletləri Era Style turpaket olarag satır. Yəni oteldə qalacaq gunləri hesablayaraq sifarişçiyə deyilir ki, bilet var və biletin qiyməti 540 AZN-dır.

Vətəndaş bildirəndə ki, sizdə otel qiymətləri çox bahadır, siz mənə sadəcə bilet verin, oteli özüm Turkiyədə alacam. Onda Mahir bəy, yəni AZAL-ın monopolisti deyir yox, ayrıca bilet almaq istəsəniz biletin qiyməti gediş-gəliş 700 AZN olacaq, özü də ekonom -klassda.

Bakıda Era Style sizi yola salır, Turkiyədə Summer Tour-umuz qarşılayır. Eyni sistemi Mahir Turkiyə otellərində edib.

Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası

Sezon əvvəli 50.000.000-a qədər otellərə pul ödəyir və bütün otaqları bron edir. Azərbaycandan kimsə otelə müraciət edəndə deyilir yer yoxdu, Bakıda “Era Style”yə müraciət edin.

Müqayisə üçün deyək ki, məsələn Rixos Bodrum otelində deluxe room otagına Era Style günlük 300 dollar ödəyir , amma vətəndaşlarımıza 700 dollardan satır.

Ona görə də vətəndaşlarımız Gürcüstandan uçmağa məcbur olur.

Niyə Mahirə verilən qiymətə vətəndaşlarımıza bilet verilmir?

Ümid edirik ki, hörmətli Prezidentimiz bu monopoliyaya son qoyacaq.


Geri qayıt