Əsas Səhifə > Gündəm, Manşet > Özünü Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim etdi və..
Özünü Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim etdi və..13-07-2015, 09:11 |
DİA.AZ: - Qobustan rayon sakini Habil Əlikram oğlu Bayramov redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. DİA.AZ-a daxil olan müraciətdən anlaşılır ki, özünü Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim edən Nizami adlı şəxs onun pulunu mənimsəyib. Müraciəti təqdim edirik: “Çox hörmətli Prezident Cənab İlham Əliyev! Siz həmişə çıxışlarınızda bütün xalqımız üçün çox dəyərli fikir sələndirirsiniz: “Mən hər bir azərbaycanlının prtezidentiyəm”. Sizin bu ifadəniz biz sadə insanlara Azərbaycanda təhlükəsiz yaşamaq, işləmək və istirahət etmək üçün stimul verir, özümümzü güvənli hiss edirik. Lakin elə də olur ki, özlərini yüksək dövlət məmurlarının yaxın qohumları və dostları kimi qələmə verən dələduzlar öz səlahiyyətlərindən istifadə edərək bizi kimi hüquqdan bixəbər sadə insanları aldadır, dövlətin adından çıxış edərərk Azərbaycanda özlərini cəmiyyətə ən qüdrətli adamlar kimi təqdim edirlər. Belələrindən biri də özünü əslən Ermənistanın Vedi bölgəsindən olduğunu bildirən, şəxsi mühafizə idarəsinin rəisi kimi təqdim edən İbrahimov Nizami İslam oğludur. O əvvəlcə özünü bizə general Bəylər Əyyubovun bacısı oğlu kimi təqdim edirdi. Sonra nədənsə fikrində bəzi düzəlişlər edib atasının Bəylər müəllimlə bir kənddə bir sinifdə oxududqlarını qeyd edib, özünün də bu xəttlə şəxsi mühafizə sistemində çalışdığını vurğuladı. 2008-ci ildə qardaşım Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət hadisəsi törətmiş və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilinərək istintaqa cəlb edilmişdir. Bu zaman mənim kəndlim Ramin məni Nizami İbrahimovla tanış edərək qardaşımın həbsdən qurtarması üçün kömək edə biləcəyini bildirərək məni onunla tanış etdi. Biz, 4 nəfər “20 yanvar” metrostansiyasının yanındakı çayxanada oturub məsələni müzakirə etdik. Bizimlə yanaşı söhbətdə Niyazi, Nadir və Ramin adlı mənə tanış olan şəxslər də iştirak edirdilər. Nizami İbrahimov da görü.ə tanımadığım bir şəxslə gəlmişdi. Nizami qardaşımın tam qurtarıb azad olunması üçün 15000 (on beş min) ABŞ dollar pul dövlət rüsumu və cərimənin ödənməsi üçün bu işə lazım olduğunu bildirdi. Mən Qobustan rayonunda olan mal-qaranı satdım, qohum-qardaşdan borclar aldım. Qalan pulu da ACSSES bankdan kredit götürüb 15000 dollar bitirdim və yenə də “20 Yanvar” da görüşüb pulu şahidlərin yanında N.İbrahimova verdim. O pulu aldı və qeyd etdi ki, mən elə bu saat birbaşa yetkililərdən birinin “Memar Əcəmi”metrosunun yaxınlığında yerləşən ofisinə gedirəm məsələni danışmağa, arxayın olun. Bu pulu da aparıb orda verəcəyəm.” Aradan bir müddət keçdi. Mən qardaşımın işini aparan müstəntiqlə görüşüb işin nə yerdə olduğunu soruşdum. Qeyd etdi ki, heç bir yenilik yoxdur və qardaşın Bayrama həbs hökmü oxunacaq. Mən Nizami ilə əlaqəyə girib məni aldatdığını bildirdim. Pulun geri qaytarılmasını istədim.O isə məni hər dəfə bir bəhanə ilə süründürürdü. Ona görə də Yasamal rayon Polis İdarəsinə şikayətlə müraciət etdim. İş müstəntiq Əli Məsimovda idi. Müstəntiq onu çağırdı. Yazdığı izahatında bir daha etiraf etmişdi ki, o məndən pul alıb. Və müstəntiqin yanında ilkin olaraq 2500 dollar pulumu qaytardı. Sonralar isə hissə-hissə 2500 dollar da ödədi. Və birdəfəlik yoxa çıxdı. Mən yenidən şikayətlər etsəm də, xeyri olmadı. Bu ilin yanvarın 13-də Baş Prokuror cənab Zakir Qaralov Şamaxı rayonunda vətəndaşları səyyar qəbul edərkən mən də qəbula düşdüm. Başıma gələnləri dedim. Cənab Z.Qaralov işi şəxsi nəzarətinə götürəcəyini bildirdi və şikayətin araşdırılmasını dərhal yanındakı baş köməkçisi olan prokuror Mübariz Əhmədova tapşırdı. O da öz növbəsində Yasamal rayon Prokurorluğuna bu məslənin araşdırılması barədə tapşırıq verdi. İş yenidən araşdırılması üçün Yasamal Polis İdarəsinin müstəntiqi (əvvəlki müstəntiq) Əli Məsimova həvalə edildi. Lakin çox təəssüflər olsun ki, aradan xeyli müddət keçsə də, müstəntiq heç bir iş görməmişdir.Heç telefonuma da cavab vermir. Və bilə bilə ki, iş Baş Prokurorun nəzarətindədir. Dələduz Nizami İbrahomov isə öz qanunsuz əməllərini davam etdirməkdədir. Xatırladım ki, 2009-cu ildə mən həmkəndlimi olan Raminə dedim ki, N,İbrahimovu sən mənimlə tanış etdin ki, qardaşının işini bu adam görə bilər. Görə bilmədi və qardaşım həbs olundu. İndi Nizamini çağır pulumu qaytarasın. O da Nizamini mənim yaşadığım Abşeron rayonundakı Nübar qəsəbəsindəki evimə dəvət etdi. Fevral ayı idi. Axşamın qaranlığında Nizami evimizə gəldi, əlindəki tabel silahı ilə ailəmin yanında məni hədlədi ki, bir də sənin Raminlə işin olmasın, yoxsa öldürərəm. O bu hədə-qorxu ilə istəyirdi ki, mən ondan pulu geri istəməyim.Ailəm bərk qorxmuşdu. O hadisədən sonar Nizami gözə görünmədi. Yalnız bu ilin mart ayında onu təsadüfən “20 yanvar” metrosu yaxınlığında gördüm. Gedib tutub pulumu istədim. O isə verəcəyəm deyərək qaçıb aradan çıxdı”. Daha sonr anarazı vətəndaş dia-az.life-a yazısında deyir: “Cənab Prezident ! Sizə ona görə müraciət etmək məcburiyyətində qalmışam ki, Cənab Baş Prokuror Z.Qaralovun nəzarətində olan bu məsələdə son 7 ayda heç bir irəliləyiş yoxdur. Yəni, bu işin həllinə Baş Prokurorun gücü çatmır. Ona görə də bu işin tezliklə həll edilməsi üçün göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm. Daxili İşlər naziri Cənab Ramil Usubovdan da xahişim budur ki, Yasamal Polis İdarəsinin müstəntiqi Əli Məsimov bu işi ikinci dəfə araşdırmaqda maraqlı deyil. Ona görə də iş materiallarının digər peşəkar, savadlı, nəfsi təmiz zabit müstəntiqə verilməsinə, məni evimə gecə vaxtı hücum çəkib silahı ilə öldürməklə hədələyən dələduz haqqında qanuni ölçü götürülməsi, və ailəmin təhlükəsizliyinə zəmanət verilməsi barədə göstəriş verəsiniz. Ombudsman Aparatının rəhbəri xanım Elmira Süleymanovadan da xahişim budur ki, mənim hüquqlarımın müdafiəsinə yardım göstərsin”. Geri qayıt |