Əsas Səhifə > Gündəm, Manşet > "Azəriqaz"ın işçiləri yerlərdə özlərini qoçu kimi aparırlar...

"Azəriqaz"ın işçiləri yerlərdə özlərini qoçu kimi aparırlar...


1-07-2015, 09:21
"Azəriqaz"ın işçiləri yerlərdə özlərini qoçu kimi aparırlar...
DİA.AZ: - Redaksiyamıza şikayət edən Ucar rayonu Gəraybəyli kəndində yaşayan Həmidov Samir Tarif oğlunun narazılığı "Azəriqaz"ın yerli əməkdaşlarının özbaşınalığındandır. Bu barədə Ucar sakini DİA.AZ-a yazır:

""Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları və onların tabeçiliklərində olan Ucar Xidmət Sahəsinin əməkdaşları heç bir qanunu əsas olmadan mənim yaşadığım evə basqın edib qaz sayğacımızın blombunu qəsdən qırıb mənə qanunsuz olaraq cərimə tədbiq ediblər ki, bu kimi saxtakarlıqdan, özbaşınalıqlardan rayon sakinləri bezar olublar. Belə ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin 2 əməkdaşı dayım Məmmədov Nadir Əziz oğlunun adına olan mənim yaşadığım evə gəlib heç bir sənəd təqdim etmədən qaz sayğacıma müdaxilə edib blombunu qırdılar və bunun mənim tərəfimdən edildiyini utanmadan israr etdilər".

Narazı Ucar sakini daha sonra dia-az.life-a yazır: "Bu hadisədən bir neçə gün sonra Ucar Xidmət Sahəsinin əməkdaşları gəlib qəsdən yararsız hala salınmış qaz sayğacını açıb apardılar ki, guya labaratoriyaya göndəriləcək. Buna görə bizə 216 manat cərimə tətbiq etdilər ki, qaz sayğacına guya müdaxiləni biz etmişik.Həmçinin qazdan istifadəyə görə heç bir borcumuz olmasa da 116 manat əsas borc yazıblar. Qonşuların və ya digər şəxslərin iştirakı olmadan özlərinin tərtib etdikləri saxta akta ancaq özləri imza etdilər.Qeyd edim ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsində talançılıqla mənimsənilən pulun əvəzini vətandaşlardan belə saxtakarlıqla əldə alırlar ki, bu açıq-aşkar cinayət əməlidir.Qaz İstismar İdarəsinin əməkdaşlarının bütün bu qanunsuz əməlləri evimizin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmişdir. "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsi və həmin İdarənin tabeçiliyində olan Ucar Xidmət Sahəsinin rəhbərliyi belə saxtakarlıq və özbaşınalıq yolu ilə vətəndaşlara qanunsuz olaraq cərimələr tətbiq edirlər, saxta hesablamalarla borclar yazırlar. Yaşayış evlərinə gəlib qaz sayğaclarına özləri müdaxilə edib blombları qırıb yararsız hala salıb belə saxtakarlıqla vətəndaşlara cərimələr tətbiq edib büdcələrini doldururlar.Onların bu qanunsuz əməlləri obyektiv araşdırılarsa cinayət əməlləri ilə məşğul olmaları tam subut olunacaq".

"Azəriqaz"ın işçiləri yerlərdə özlərini qoçu kimi aparırlar...

Şikayət məktubunun davamında deyilir: "Mən "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin və həmin İdarənin tabeçiliyində olan Ucar Xidmət Sahəsinin əməkdaşlarının bu qanunsuz əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm.Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə müraciət edib xahiş edirəm bu saxtakarlıq, qanunsuzluq faktını obyektiv araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz, vətəndaşlar bu saxtakarların qanunsuz əməllərindən çox əziyyət çəkirlər.Xhiş edirəm tədbir görəsiniz".

Geri qayıt