Əsas Səhifə > Gündəm, Manşet > "Azərişıq" Şəmkirdə 30 ailənin qəsdinə durub?

"Azərişıq" Şəmkirdə 30 ailənin qəsdinə durub?


29-06-2015, 09:52
"Azərişıq" Şəmkirdə 30 ailənin qəsdinə durub?
DİA.AZ: - Şəmkir rayonu Düyərli kənd sakini, sahibkar Süleymanov Qədir Ziyəddin oğlu prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb. Həmin müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

“Mən Süleymanov Qədir Ziyəddin oğlu Şəmkir rayonunda 2013-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, kənd təsərrüfatı məhsulları istehsal edirəm. Külli miqdarda vəsait xərcləyərək heyvandarlıq üçün mal tövləsi,1 ha istixana inşa etmişəm, 13 ha yonca sahəsi, 2 ha qarışıq meyvə bağı salmışam. Qanuni olaraq Şəmkir Elektrik Şəbəkəsi İdarəsi tərəfindən elektrik xətti çəkilib, “smartkart” tipli sayğac qoyulub, texniki şərt verilib. Bu günə kimi elektrik sərfiyyatını əvvəlcədən ödəməklə ödəmişəm. Fəaliyyət göstərdiyim 3- il müddətində Şəmkir Elektrik Şəbəkəsi İdarəsi ilə heç bir mübahisəmiz olmayıb.

27.06.2015-ci il tarixdə saat 13 –də heç bir yazılı, şifahi xəbərdarlıq olmadan təsərrüfatın elektrik xətti açılıb. Səbəbini soruşduqda şifahi olaraq bildirdilər ki, borca görə elektrik xətti açılıb. Mən isə onlara bildirdim ki, “smartkart” tipli elektrik sayğacında borc yaranması mümkün deyil. Mən hal-hazırda istixanada yetişdirilən pomidorun suvarılmasını həyata keçirirəm, istixananın içərisində 60 dərəcədən çox istilik var, əgər vaxtında suvarılmasa məhsulumuz bata bilər. Nəticədə indiyə qədər çəkdiyimiz küllü miqdarda vəsaiti itirmiş olarıq. ........Təsərrüfatda daimi 10 işçi , mövsümi olaraq 20 dən çox işçi çalışır.Məhsulun batması 30 ailənin ac qalması ilə nəticələnə bilər.
Aidiyyəti qurumlardan təcili olaraq təxirəsalınmaz tədbirlər görmələrini xahiş edirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt