Əsas Səhifə > Gündəm, Manşet > "Nehrəmli İmperiyasının imperatoru" haqda yeni iddialar...
"Nehrəmli İmperiyasının imperatoru" haqda yeni iddialar...26-06-2015, 10:22 |
Diasporla iş üzrə dövlət komitəsinin sədri Hazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Hehrəmli ilə bağlı İstiqlal.az-a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, o, Azərbaycan Beynəlxalq Bankından götürdüyü 600 milyon manat məbləğində krediti özü də daxil olmaqla bir neçə nəfərin adına rəsmiləşdirib. Hacı İbrahimin 600 milyonluq kreditinin 25 milyonu onun qaynı Nadirov Ələsgər Məşdi oğlunun rəhbərlik etdiyi "Həsən-96" Mənzil Tikinti Koperativinin adına rəsmiləşdirilib. Məlumata görə, hal-hazırda bu kooperativin üzvlərinin kimlərdən ibarət olması dəqiq məlum deyil. Ancaq Hacı İbrahim Nehrəmlinin baldızı oğlu İlqar Vidadi oğlu İbrahimov "Həsən-96" MTK-nın təsisçiləri sırasına daxil edilib və Nadirov Ələsgər Məşdi oğlu Kooperativdə üzvlük haqqının artırılmasından sonra qurumun nizamnaməsninin yeni redaksiyada təsdiq edilməsi ilə bağlı 01 mart 2013-cü il tarixli iclasının protokolu var. Təsisçilər MTK-nın üzvləri kimi Nadirov Ələsgər Məşdi oğlu, İbrahimov Sahib Hüseyn oğlu, İbrahimov İlqar Vidadi oğlu, "Kondor Qrup" MMC və "Siqma Layn" MMC-dən ibarət olub. Sahib İbrahimov Hacı İbrahim Nehrəmlinin, qardaşı, İlqar İbrahimov baldızı oğlu, Ələsgər Nadirov qaynıdır. "Siqma Layn" MMC-nin isə Beynəlxalq Banka 185 milyon kredit borcu olduğu halda ölkədən qaçmış və Bakıdakı binaların təhküləli üzlüklə üzlənməsində adı hallanan Xaqani Bəşirovun şirkətlərindən biri olması haqqında xəbərlər var. Beynəlxalq Bankın 25 milyon manat kredit verdiyi "Həsən-96" MTK-nın iki il 2 il öncə təsisçiləri olmuş bu şəxs və şirkətlərdən indi MTK-nın təsisçiləri və üzvləri kimi qalması dəqiq məlum olmasa da, Ələsgər Nadirov hələ də kooperativin sədridir. Kredit də məhz onun sədr olduğu vaxt götürülüb. Bu kredit hesabına isə "Həsən-96" MTK-ya Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə, ümumi sahəsi 0.763 ha olan ərazidə yaşayış binaları tikməli imiş. Bu tikinti işləri üçün "Həsən-96" MTK-ya Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 21 may 2004-cü il tarixli, 109 saylı sərəncamı ilə icazə verilib. Tikinti işləri üçün Bakı şəhər icra hakimiyyəti başçısının müfaviq razılığı və Beynəlxalq Bankının krediti olsa da, MTK öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Bunun isə çox sadə səbəbi var. Beynəlxalq Bankdan götürlən kreditlər təyinatı üzrə xərclənməyib. Beynəlxalq Bankın Abay döngəsi, 360-cı məhəllədə mövcud olan evlərin və digər daşınmaz əmlakların satın alınması məqəsdi ilə verdiyi 8 milyon manat kreditdən yalnız 4.2 milyon manatı təyinatı üzrə xərclənib. Məlumatlara görə, kreditin təxminən yarısı 20-30 avqust 2014-cü il tarixdə keçirilən "Miss Globe" gözəllik yarışmasının təşkilinə və iştirakçıların Bakıdakı xərclərinin qarşılanmasına sərf edilib. Nəsimi rayonu Abay döngəsində "Həsən -96" MTK-nın yaşayış binaları inşa etməsi üçün ayrılmış kreditin təyinatı üzrə deyil, "Miss Globe" gözəllik yarışmasına xərcləndiyindən tikintiyə icazə verən sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək mümkün olmayıb. Bu isə sərəncamın ləğvinə əsas verir. Tikintinin aparılması nəzərdə tutulan sahədə evləri və daşınmaz əmlakları olan mülk sahiblərinin bir hissəsi mülklərini boşaltmırlar. Səbəb isə çox sadədir. Abay döngəsinin, eləcə də Ə.M.Tobçubaşov və Sübhi Salayev küçələrinin tikinti sahəsinə düşən hissələrində evləri və daşınmaz əmlakı olan 40-dan artıq şəxs bankdan onların adına ayrılmış pulu bu günə kimi də ala bilməyiblər. Əlbəttə bu maliyyə fırıldağı Beynəlxalq Bankın rəhbər şəxslərinin yardımı olmadan həyata keçirilə bilməzdi. Əks halda Beynəlxalq Bankın, eləcə də onun "Premyer Müştəri Xidməti" Filialının rəhbərliyi pulu mülk sahiblərinin özlərinin almasını təmin edə və beləliklə də maliyyə fırıldağına imkan yaratmazdılar. Ancaq görünür, bu işdə ABB-ın da onun filialın rəhbərinin marağı olub. Bunun nəticəsində bankın 3.8 milyon manat həcmində krediti sadəcə talan edilib. Geri qayıt |